14 Məsum və əxlaq

Günah etmək istəyənlərə xəbərdarlıq.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: اذكروا عند المعاصي ذهاب اللذات و بقاء التبعات “Günah etmək istəyərkən günahın ləzzətinin tezliklə gedəcəyini amma günahın ziyan və pis nəticələrinin qalacağını (davam edəcəyini) yadınıza salın.”

Uyunul hikəm vəl-məvaiz 89-cu səhifə

Ğurərul hiləm 1-ci cild bab əz-əzzənb vəl-isyan

 

Dişi ağrıyan insanları yəqin ki, görmüsünüz. Onlar səhərə qədər diş ağrısından yata bilmirlər. O tərəb bu tərəfə qısılırlar. Əllərini dişlərinin üstünə qoyurlar. Elə insanlar var ki, illərlə diş narahatlığı ilə yaşayır. Bu dişini çəkdirir o biri dişi ağrımağa başlayır. Bəzən dərman işin dişinin ağrısı keçir bir müddət sonra ağrı yenidən başlayır.

Bəzi insanlar dişlərini qorumağa məhkumdurlar. Onlara soyuq su içmək olmaz, soyuq su içən kimi dişlərinin ağrısı başlayır. Əlini qoyur üzünə.

Və yaxud dondurma yeməkdən çəkinməlidirlər. Dondurma yeyən kimi dişləri ağrımağa sızıldamağa başlayır. Saatlarla dişinin ağrısından əziyyət çəkir.

Dostlar, indi siz o ağrıların da zamanına diqqət edin, ləzzətlərin də zamanına diqqət edin. Soyuq su işməyin və ya dondurma yeməyin ləzzəti nə qədərdir, soyuq sudan və dondurma yeməkdən ağrıyan dişin ağrısının zamanı nə qədərdir?!

İnsanın etdiyi günahdan qazandığı əzab və ziyanlar onun həmin günahdan qazandığı ləzzətdən qat-qat çoxdur. Günahın ləzzəti bəzən bir an (naməhrəmə baxmaq kimi), bəzən iki dəqəqə (şərab işmək kimi), bəzən beş-on dəqiqə (qeybət etmək kimi), bəzən yarım saat (zina etmək kimi) və sair olur. Amma günahların əzabı bəzən Qiyamət gününə qədər uzanır, insana hər gün ağrı-acı verir. İnsanın ruhunu pis xəstəliyə düçar edir.

Allah Taalanın lütfündəndir ki, insanlara cənnət ruhunu bəxş etmək üçün Peyğəmbərlər göndərmişdir.

İnsanın müəllimi, valideyni və ya ona ürəyi yanan hər bir yaxını “dişlərin ilə badam sındırma” , “dişlərin ilə fındıq sındırma” dediyi kimi Peyğəmbərlər də insana “ruhunuzun qayğısına qalın yalan danışmayın, çünki günah sizin ruhunuzu sındırır, sızın dəyərinizi endirir, sızın düşüncənizi kütləşdirir” kimi nəsihətlər edirlər.

Vicdanlı həkimlər insanın dostu olduqları və insana “bu işləri etməyin cisminizə ziyandır, bu dərmanlardan istifadə edin ki, sağalasınız” deyirlər. Həkimə müraciət edən hər bin insana həkim həm nüsxə (resept) yazır ki, insan bu dərmanları alıb istifadə etsin. Həm də həmin insana tapşırır ki, filan şeyləri yeməsin və sair.

Eləcə də Peyğəmbərlər Allah Taala tərəfindən insanların ruhlarının təbibi və həkimidirlər.

Məşhur yunan həkimi Calinus həzrət İsa peyğəmbər ilə eyni zamanda yaşamışdır. Calinus həzrət İsaya bir məktub yazmışdır ki, məktubun başlığını belə qeyd etmişdir:

من طبيب الابدان الي طبيب الانفس

“Bədənlərin (cismlərin) təbibindən nəfslərin (ruhların) təbibinə!”

 İnsanın ruhunu yaradan Allah Taala bizlər ilə həmin Peyğəmbərlərin dili ilə danışmışdır. Bizlərə deyib ki, nələr lazımdır (vaciblər) nələr sizə xeyirlidir (müstəhəblər), həmçinin nələrdən mütləq uzaq olmalısınız (haramlar) nələrdən bacardıqca ehtiyat edin (məkruhlar).

Deməli, Peyğəmbərlərin dedikləri hər bir insanın həyat proqramı olmalıdır. Ağıllı insan qısa müddətli ləzzətin ardınca getməz, çünki o qısa müddətli ləzzətin uzun müddətli əzabı və ağrı-acısı olacağını bilir.

baxılıb: 590 dəfə