14 Məsum və əxlaq

YEMƏK YEMƏYİN ƏDƏBLƏRİ

1.Yeməkdən əvvəl və yeməkdən sonra əlləri yumaq. İmam Cəfər Sadiq əleyhissalam buyurur: من غسل يده قبل الطعام وبعده عاش في سعة وعوفى من بلوى في جسده ورواه الصدوق مرسلا

“Kim yeməkdən əvvəl və yeməkdən sonra əllərini yuyarsa həm yaşayışı rifahlı olar,  həmdə ki cismi xəstəliklərdən nicat tapar.”

Vəsailuş-şiə 24-cü cild 336-cı səhifə 30707-ci hədis (Alul-beyt çapı)

 

2.Yeməyi “bismillahir rəhmanir rəhim” ilə başlamaq.

Əmirəlmöminin Əli əleyhissalam buyurdu:

قال أمير المؤمنين عليه السلام  

ضمنت لمن سمى على طعام ان لا يشتكي منه فقال ابن الكوا : يا

أمير المؤمنين لقد اكلت البارحة طعاما فسميت عليه فاذاني قال : فلعلك

اكلت ألوانا فسميت على بعضها ولم تسم على بعض

“Kim (halal) yeməyini Bismillah ilə başlayarsa mən həmin insana o yeməkdən heç bir şikayəti olmayacağına zəmanət verirəm. (İmamın düşmənlərindən olan) İbn Kəvva bu sözləri eşiddi və dedi: Mən dünən yemək yeyəndə “bismillah” dedim, amma (cismimə) zərər etdim. Əmirəlmöminin Əli əleyhissalam ona dedi: sən bir neçə yemək yemirsən, onların bəzisinə “bismillah” demisən bəzisinə isə deməmisən.”

Vəsailuş-şiə 24-cü cild 362-ci səhifə 30780-cı hədis

 

3.Yeməyi duzla başlayıb, duzla qurtarmaq.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih imam Əli əleyhissalama buyurdu:

قال رسول الله ( صلى الله عليه وآله ) لأمير المؤمنين ( عليه

السلام ) : يا علي افتتح طعامك بالملح واختمه بالملح فان من افتتح

طعامه بالملح وختمه بالملح دفع عنه سبعون نوعا من أنواع البلاء

 “Ya Əli, yeməyi duz ilə başla, duz ilə də bitir. Həqiqətən kim yeməyini duz ilə başlayar və duz ilə bitirərsə həmin insandan 72 dərd (xəstəlik) uzaqlaşar.”

Vəsailuş-şiə 24-cü cild 405-ci səhifə 30896-cı hədis

 

4.Yeməyə sağ əllə başlamaq.

5.Yeməkdə qullar kimi oturmaq.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

إذا جلس أحدكم

على الطعام فليجلس جلسة العبد

 “Sizlərdən hər biriniz yeməyə oturduqda, qul necə oturursa o da elə otursun.”

əl-Kafi 6-cı cild 272-ci səhifə

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

ما كان رسول الله يأكل متكئا

على يمينه ولا على يساره ولكن كان يجلس جلسة العبد

 “Həzrət Peyğəmbər (s) yemək yeyəndə nə sağ tərəfə meyllənərdi nə də sol tərəfə. Bəlkə qullar kimi oturardı.” (namazda təşəhhüd halı kimi)

əl-Kafi 6-cı cild 272-ci səhifə

 

6. Süfrədə tələsməmək.

7. Acmamış yeməyə yaxın durmamaq və doymamış yeməkdən çəkinmək.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “ Biz bir ümmətik (xalqiq) ki, acmamış yemək yemirik və doymamışdan əvvəl əlimizi yeməkdən çəkirik.”

Sunənun Nəbi 181-ci səhifə

 

8. Yeməyə üfürməmək.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أقروا

الحار حتى يبرد

“ Yemək qaynar olanda gözləyin biraz soyusun.”

Vəsailuş-şiə 24-cü cild 366-cı səhifə 30882-ci hədis

 

9. Çox yeməmək.

İnsanlarda müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradan səbəblərdən biri də çox yeməkdir. Əsasən oturaq və hərəkətsiz olan insanlar  yeməklərinin çox olmamasına daha çox diqqət etməlidirlər.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

ما من

شئ أبغض إلى الله عز وجل من بطن مملوء

 “Allah Təala üçün ən qəzəbli şey dolu olan qarındır.”

əl-Kafi 6-cı cild 270-ci səhifə

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Az yemək - bütün dünya insanları nəzərində bəyənilən sifətlərdəndir, insanın həm zahirinin həm də batinin faydasınadır”.

İnsan qəlbi üçün çox yeməkdən təhlükəli bir şey yoxdur. Çox yemək iki şeyi irs qoyar:

 a) Qəlb qəsavətini. (daş ürəkliliyi)

 b) Gizli şəhvəti təhrik etməyi.

Çox yeməmək - qəlb və ruh üçün ən gözəl dərmandır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:  “Əksər dərd və xəstəliklər çox yeməkdən və həzmsizlikdən əmələ gəlir, hərarətdən  başqa”.

İmam Musa Kazım əleyhissalam buyurur: “Əgər insan yemək yeyən zaman mötədil olarsa (orta həddi gözləyərsə), bədəni sağlam qalar”.

İmam Əli əleyhissalam buyurur:

“Aclıq və xəstəlik bir yerə sığışmaz”. “Çox yemək adətindən çəkinin. Bu iş xəstəliklərin və dərdlərin mənbəyidir”. “Az yemək - nəfsi əziz və sağlamlığı davamlı edər”. “Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”.

İmam Zeynul Abidin əleyhissalam buyurur:

“Allahı düşünən insan Ondan qorxar (günah etməkdən çəkinər), Onun üçün iş görərsə (Allah üçün çalışmaq istəyirsə) gərək özünü aclığa öyrəşdirsin”.

 

10. Yemək süfrəsində başqalarına nəzər salmamaq.

11. Yeməyi boşqaba qədərində qoymaq və hövsələylə yemək. 

12. Yeməyi müəyyən olunmuş vaxtlarda yemək.

13. Yemək vaxtında öskürmək və ya asqırmaq istəyən insan ağzını dəsmalla tutsun.

14. Bazarda yemək yeməyin.

15. Piyada gedə-gedə yemək yeməyin.

16. Şübhəli yeməklərdən çəkinmək lazımdır.

17. Gecələr az və yüngül yemək müstəhəbbdir, yəni bəyənilir.

18. Yeməyi qurtaranda “Əlhəmdulillah” demək və dua etmək müstəhəbbdir, yəni bəyənilir. 

baxılıb: 701 dəfə