14 Məsum və əxlaq

Əxlaqlı insan gələcəyini düşünür


Təkbaşına səfər
.
Bu dünya müvəqqəti yaşayış yeridir. Ağıllı insan daima əbədi yaşayış yeri barədə fikirləşir və oranı abad etmək üçün çalışır.
Bu dünyada dostların, qohumların, yoldaşların, tanışların çoxluğu və sənin daima onların arasında olmağın sənə tənha gedəcəyin səfər yolunu unutdurmamalıdır.
Dostlar, baxın, səfərə gedən şəxsi hava limanında qohum və tanışlar müəyyən bir yerə qədər ötürə bilərlər. Lakin qırmızı xətt çəkilmiş yerdən o tərəfə yalnız səfərə gedən insan özü təkbaşına getməlidir. Axirət səfəri də belədir, insanın bu dünyadakı ömür fürsəti bitdikdə o şəxs yolun qalan hissəsini təkbaşına getməlidir.
Əmirəlmöminin Əli əleyhissalamın sözü ilə desək :"Ahh!! Azuqə az, yol uzun!"
Xanım Fatimə əleyhasalam bax belə bir gələcəyini düşünən şəxs idi. O xanımın toy gecəsi idi, bir dəstə qadın həzrət Fatiməni (ə) səs-küylə Əli əleyhissalamın evinə ötürdülər. Əmirəlmöminin Əli (ə) xanımın (ə) ağladığını görüb soruşdu: "Fatimə (ə)! Nə üçün ağlayırsan? Xanım Fatimə (ə) belə cavab verdi:

تفكرت في حالي وأمري
عند ذهاب عمري ونزولي في قبري ، فشبهت دخولي في فراشي بمنزلي كدخولي
إلى لحدي وقبري ، فأنشدك الله أن قمت إلى الصلاة فنعبد الله تعالى هذه الليلة

"Öz halım və gələcək işlərim barədə düşündüm. Ömrümün sonunu və qəbirə qoyulacağım barədə fikirləşdim, belə ki bu gün (qadınların müşayiəti ilə) atamın evindən sənin evinə köçdüm, və bir gün gələcək ki, buradan (sənin evindən bir dəstə insanın müşayiərti ilə) qəbirə və axirət evimə köçəcəyəm.
Elə isə, səni and verirəm Allaha, gəl bu gecəni namaz qılmaq və birlikdə Allaha inadət etməklə keçirək.”
Nəhcül-həyat 12-ci hədis
.
Təsəvvür edin, Fatimə (ə) gənc qızdır, hər bir qız üçün sevinclə və səbirsizliklə gözlədiyi gün həmin toy günüdür, ancaq bununla belə xanım Fatimə (ə) axirəti və qiyamət gününü unutmur. Axirəti daima xatırlamaq insanı məsuliyyətli edir. Bütün işlərin aqibəti və nəticəsi onun üçün mühüm əhəmiyyətə malik olur.
Görəsən biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?
 

baxılıb: 283 dəfə