14 Məsum və əxlaq

Allah sevimli Peyğəmbərimizin (s) təsəlli verənidir

İnsan təbiətcə hər şeyin yaxşı olmasını və xoşbəxtliyi arzu edir. Amma onu əldə edə bilməyəcəyindən nigaran olur. Peyğəmbərlərin ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və alih də həyatı boyu bir çox şeylərdən nigaran olmuş, amma Allah Taala ona təsəlli verərək o həzrəti nigaranşılıqdan qurtarmışdır

1- Sevimli Peyğəmbərimiz (s) özündən sonra baş verəcək fitnələrə görə nigaran idi. Allah Taala 43-cü Zuxruf surəsinin 41 və 42-ci ayələrində o həzrətə təsəlli verərək buyurur:

فَإِمَّا نَذْهَبنَ‏َّ بِكَ فَإِنَّا مِنهْم مُّنتَقِمُون

أَوْ نُرِيَنَّكَ الَّذِى وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيهْم مُّقْتَدِرُونَ

“Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, (bil ki,) onlardan mütləq intiqam alacağıq! Yaxud (sən həyatda ikən) onlara vəd etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!”

 

2- Sevimli Peyğəmbərimiz (s) kafirlərin və azğınların günü-gündən tərəqqi etmələrinə görə nigaran idi. Allah Taala 5-ci Maidə surəsinin 41-ci ayəsində o həzrətə təsəlli verərək buyurur:

يَأَيُّهَا الرَّسُولُ لَا يحَزُنكَ الَّذِينَ يُسَرِعُونَ فىِ الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ ءَامَنَّا بِأَفْوَاهِهِمْ وَ لَمْ تُؤْمِن قُلُوبُهُمْ

“Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), ... küfr içində vurnuxanları səni kədərləndirməsin.”

 

3- Sevimli Peyğəmbərimiz (s) dinsizlərin və imansızların saylarının çoxalmasına görə nigaran idi. Allah Taala 5-ci Maidə surəsinin 100-cü ayəsində o həzrətə təsəlli verərək buyurur:

قُل لَّا يَسْتَوِى الْخَبِيثُ وَ الطَّيِّبُ وَ لَوْ أَعْجَبَكَ كَثرْةُ الْخَبِيثِ

“(Ya Rəsulum!) De: “(Ey insan!) Murdarların çoxluqları səni təəccübləndisə belə, (nigaran olma, bil ki) murdarla təmiz bir (eyni) ola bilməz.”

 

4- Sevimli Peyğəmbərimiz (s) ona qarşı edilən işkəncələrə və əziyyətlərə görə nigaran idi. Allah Taala 6-cı Ənam surəsinin 34-cü ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ لَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبرَواْ عَلىَ‏ مَا كُذِّبُواْ وَ أُوذُواْ حَتىَّ أَتَئهُمْ نَصرْنَا

“Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi.”

 

5- Sevimli Peyğəmbərimiz (s) onu dinsizlərin yalançı sayaraq inkar etmələrinə və o həzrətin peyğəmbərliyini danmaqlarına görə nigaran idi. Allah Taala 10-cu Yunus surəsinin 41-ci ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ إِن كَذَّبُوكَ فَقُل لىّ‏ِ عَمَلىِ وَ لَكُمْ عَمَلُكُمْ  أَنتُم بَرِيُونَ مِمَّا أَعْمَلُ وَ أَنَا بَرِى‏ءٌ مِّمَّا تَعْمَلُونَ

“Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

Həmçinin Allah Taala 9-cu Tövbə surəsinin 129-cu ayəsində buyurur:

فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبىِ‏َ اللَّهُ لَا إِلَاهَ إِلَّا هُوَ  عَلَيْهِ تَوَكَّلْتُ  وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

“(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!”

 

6- Sevimli Peyğəmbərimiz (s) müxaliflərin sərvətlərinin çoxluğuna və imakanlı yaşayışlarına görə nigaran idi. Allah Taala 9-cu Tövbə surəsinin 55-ci ayəsində o həzrətə təsəlli verərək buyurur:

فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَ لَا أَوْلَادُهُمْ  إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبهَم بهِا فىِ الْحَيَوةِ الدُّنْيَا وَ تَزْهَقَ أَنفُسُهُمْ وَ هُمْ كَافِرُونَ

“(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.”

 

7- Sevimli Peyğəmbərimiz (s) dinsizlərin və imasızların uzun ömürlü olmaqlarına görə nigaran idi. Allah Taala 13-cü Rəd surəsinin 32-ci ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ لَقَدِ اسْتهُزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُواْ ثمُ‏َّ أَخَذْتهُمْ  فَكَيْفَ كَانَ عِقَابِ

“(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhşətli) idi!”

 

8- Sevimli Peyğəmbərimiz (s) insanların vəfasızlıqlarına və özünün təkliyinə görə nigaran idi. Allah Taala 13-cü Rəd surəsinin 43-cü ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ يَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلًا  قُلْ كَفَى‏ بِاللَّهِ شَهِيدَا بَيْنىِ وَ بَيْنَكُمْ وَ مَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ

“(Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) şahid olan Allahın və kitabı bilən şəxsin (Əli əleyhissalamın) mənimlə olması yetər!”

 

9- Sevimli Peyğəmbərimiz (s) insanların kafirliyə və günaha meylli olduqlarına görə nigaran idi. Allah Taala 58-cü Mucadələ surəsinin 10-cu ayəsində o həzrətə təsəlli verərək buyurur:

إِنَّمَا النَّجْوَى‏ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ ءَامَنُواْ وَ لَيْسَ بِضَارِّهِمْ شَيْا إِلَّا بِإِذْنِ اللَّهِ

“Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz.»

 

10- Sevimli Peyğəmbərimiz (s) müxaliflərin batil yolda olduqlarını bildikləri halda haqq yola gəlməmələrinin və Peyğəmbərə (s) qarşı hiylələr qurmaqlarına görə nigaran idi. Allah Taala 16-cü Nəhl surəsinin 127-ci ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ اصْبرِ وَ مَا صَبرُْكَ إِلَّا بِاللَّهِ  وَ لَا تحَزَنْ عَلَيْهِمْ وَ لَا تَكُ فىِ ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

“(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan ötrü kədərlənmə və (sənin əleyhinə) qurduqları hiylələrə görə də ürəyini qısma!”

 

11- Sevimli Peyğəmbərimiz (s) haqq yolun düşmənlərinin tərslik və inadcıllıqlarına görə nigaran idi. Allah Taala 21-ci Loğman surəsinin 23-cü ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ مَن كَفَرَ فَلَا يحَزُنكَ كُفْرُهُ  إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُواْ

“Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik.”

 

12- Sevimli Peyğəmbərimiz (s) haqq yolun düşmənlərinin tərslik və inadcıllıqlarına görə nigaran idi. Allah Taala 6-cı Ənam surəsinin 89-cu ayəsində o həzrətə təsəlli verərək buyurur:

أُوْلَئكَ الَّذِينَ ءَاتَيْنَاهُمُ الْكِتَابَ وَ الحْكمْ‏َ وَ النُّبُوَّةَ  فَإِن يَكْفُرْ بهِا هَؤُلَاءِ فَقَدْ وَكلَّنَا بهِا قَوْمًا لَّيْسُواْ بهِا بِكَافِرِينَ

“Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı (Əli əleyhissalamı və onun şiələri kimi bir zümrəni) müvəkkil edərik (gətirərik).”

 

13- Sevimli Peyğəmbərimiz (s) münafiqlərin Qurani-Kərimi təhrif etmək fikrində olmalarına görə nigaran idi. Allah Taala 15-ci Hicr surəsinin 9-cu ayəsində o həzrətə təsəlli verərək buyurur:

إِنَّا نحَنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحَافِظُونَ

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”

 

14- Sevimli Peyğəmbərimiz (s) müsəlmanların gələcəkdə Allahın qəzəbinə tuş gələcəklərindən nigaran idi. Allah Taala 8-ci Ənfal surəsinin 33-cü ayəsində o həzrətə təsəlli verərək buyurur:

وَ مَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَ أَنتَ فِيهِمْ  وَ مَا كاَنَ اللَّهُ مُعَذِّبَهُمْ وَ هُمْ يَسْتَغْفِرُونَ

“Nə qədər ki, sən onların arasındasan Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Həmçinin) nə qədər ki, tövbə edib bağışlanmalarını diləyəcəklər, Allah onlara əzab verməz!”

Peyğəmbərlərin ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və alih vəfat etdikdən sonra Əmirəlmöminin Əli əleyhissalam buyurdu:

“Sizlərə əmin-amanlıq bəxş edən iki nemətdən biri getdi. Çalışın ikinci əmin-amanlıq nemətin olan istiğfarı qoruyub saxlaya biləsiniz. (Nəhcül bəlağə 88-ci hikmət)

baxılıb: 770 dəfə