14 Məsum və əxlaq

Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər -4

Heç kimi kafirlikdə ittiham etməyək

4- Təkfirdən çəkinmək

.

Təkfir sözünün mənası –başqasını kafirlikdə və imansızlıqda təqsirləndirməkdir.

Çox təəssüf ki, zamanımızda “bizim kimi düşünməyənlər kafirdirlər” düşüncəsi müsəlman cəmiyyətində çox təhlükəli həddə yayılmışdır.

İlk baxışdan belə təsəvvür edilirdi ki, din alimləri bu təhlükəli düşüncə tərzinə tez bir zamanda reaksiya verəcəklər və həzrət Muhəmmədin (s) ümmətini bir-birlərini təkfir etməkdən, yəni bir-birlərini kafirlikdə ittiham etməkdən çəkindirəcəklər. Ancaq belə gözləntilər özünü doğrultmadı.

İndi bu iş çox çətin bir mərhələyə gəlib çatmışdır. Əslində hər bir insan bu yanlış məntiqin qorxulu nəticələrini görməkdədir.

Əsas məsələ budur ki, heç bir dinin və məzhəbin müqəddəslərini kafirlikdə, şirkdə və münafiqlikdə ittiham etməyək.

Biz gərək əmirəlmöminin Əli əleyhissalamın yolu ilə gedək, o həzrət hətta düşmənlərini də, cəməl və siffeyn əshabını da təkfir etməmişdir.

جعفر ، عن أبيه عليه السلام : أن عليا عليه السلام لم يكن ينسب

أحدا من أهل حربه إلى الشرك ولا إلى النفاق ، ولكنه كان يقول : " هم إخواننا

بغوا علينا "

“Həqiqətən Əli əleyhissalam onunla müharibə edənlərin (düşmənlərin) heç birinə şirk (Allaha şərik qoşmaq) və nifaq (münafiqlik və ikiüzlülük) nisbətini verməmişdir. Əksinə (onlar barədə soruşulduqda) deyərdi: - Onlar bizə zülm və təcavüz edən (müsəlman) qardaşlarımız idilər.”

Qurbul əsnad (müəllif: Həmiri əl-Qummi) 1-ci cild 94-cü səhifə

Həmçinin başqa mənbələrdə oxuyuruq:

محمد بن داود ، بإسناده ، عن علي صلوات الله عليه إنه سئل عن

قتلى الجمل ، أمشركون هم ؟ ؟ قال : لا ، بل من الشرك فروا .

قيل : فمنافقون ؟ ؟

قال : لا ، لان المنافقين لا يذكرون الله إلا قليلا

قيل : فما هم ؟ ؟

قال : إخواننا بغوا علينا ، فنصرنا عليهم

(İmam) Əli salavatullahi əleyhdən cəməl müharibəsində ona qarşı vuruşanlar barədə soruşaraq dedilər: -Onlar (cəməl əshabı) müşriklər idilərmi?

İmam Əli əleyhissalam buyurdu: -Xeyr, onlar şirkdən qaçdılar (və İslamı qəbul etdilər).

Dedilər: -Münafiqlər idilərmi?

İmam Əli əleyhissalam buyurdu: -Xeyr, münafiqlər Allahı az xatırlayırlar.

Dedilər: -Elə isə bəs kim idilər onlar?

İmam Əli əleyhissalam buyurdu: -Onlar bizə zülm və təcavüz edən (müsəlman hökmündə olan) qardaşlarımız idilər ki, Allah (Taala) bizi onların üzərində qalib (üstün) etdi.”

Şərhul əxbar (müəllif: Qazi Numan əl-Məğribi) 1-ci cild 399-cu səhifə

.

Bu yazıda məqsədimiz budur ki, əmirəlmöminin Əli əleyhissalamın öz düşmənlərinə belə kafir və müşrik deməməsi o həzrətin əxlaqının ən yüksək səviyyədə olduğunun göstəricisidir. Bizim məqsədimiz bu deyil ki, İmam Əli əleyhissalam ilə müharibə edən və tövbə etməyən Müaviyə, ƏmrAs və başqalarını təmizə çıxaraq. İmam Əli əleyhissalam ilə müharibə edən və tövbə etmədən dünyadan gedənlərin hamısı kafirdirlər və Allahın lənəti olsun onlara.
Məqsədimiz budur ki, biz əmirəlmöminin Əli əleyhissalamın əxlaqından nümunə götürək və zamanımızda dünyadakı bir milyard müsəlmanı kafirlikdə ittiham etməyək. Çünki bizim etiqadımıza görə onlar tarix boyu imperialist qüvvələr və Əhli-beytin (ə) düşmənləri tərəfindən aldadılaraq Əhli-beytdən (ə) uzaq düşmüş və müxtəlif məzhəblərə bölünmüşlər. Biz onlarla mühriban ünsiyyətdə olmalı və əxlaqımız ilə onlaqın haqqı tapmalarına vasitəçi olmalıyıq.

baxılıb: 38 dəfə