14 Məsum və əxlaq

Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər -3

3-Haqq (doğru, həqiqi) ilə batil (yalan) arasındakı fərqi anlamaq

Müasir dünyanın xüsusiyyətlərindən biri də xəbər və məlumatların heyrətləndirici şəkildə yayılmasıdır. Bu yayılma və çoxalma o həddədir ki, insanların seçmə və fərqləndirmə qüdrətini azaldır, düzü səhvdən, xalisi saxtadan ayırma qüdrətindən məhrum edir.

Belə bir dünyada biz həddən çox məlumatlar əldə edirik, ancaq bu çoxlu sayda məlumatların hansılarına etimad edə biləcəyimizi bilmirik.

Əmirəlmöminin Əli əleyhissalamın təlimat və göstərişlərindən biri də biliklər və öyrənilənlərin barəsindədir:

أما أنّه ليس بين الباطل والحقّ إلَّا أربع أصابع ، فسئل عن معني قوله عليه السّلام هذا ، فجمع أصابعه ووضعها بين اذنه وعينه ثمّ قال : الباطل أن تقول سمعت ، والحقّ أن تقول رأيت

“Bilin ki, haqq ilə batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur. Bu sözlərin mənasını İmam (Əli) əleyhissalamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyub buyurmuşdur: Batil və səhv “eşitmişəm” dediklərin, haqq və doğru isə “görmüşəm” söylədiklərindir.”

Nəhcül-bəlağə 141-ci səhifə

.

Bu sadə və eyni halda çox əsas bir təlimdir ki, ona əməl etmək bizim fərdi və ictimai həyatımızın mühüm bir hissəsini təkmilləşdirə bilər.

Müasir dünyanın zərurətlərindən biri də mətbuat savadına yiyələnməkdir, həmçinin hər tərəfdən sürətlə gələn saysız-hesabsız xəbərləri dəyərləndirmə qüdrətinə malik olmaqdır.

Biz imam Əli əleyhissalamın bu təlimatına diqqət etmədiyimizə görə vaxtımızın böyük bir hissəsini faydasız və bizə aidiyyatı olmayan məlumatları mənimsəməyə sərf edir, başqalarının şəxsi həyatlarına müdaxilə edirik. Həm də təhlil etmə və qərar verməkdə çıxardığımız qərarların çoxunu həqiqətə uyğun olmayan xəbərlər və məlumatlar əsasında qururuq.

Peyk şəbəkələri və xəbər saytları insanlar arasında milli, dini, ictimai və sair zəmində məlumatları şişirdilmiş şəkildə yayırlar ki, hər bir tərəfin o biri tərəfə nifrəti daha da artsın.

Odur ki, dövri mətbuatın genişlənməsi ixtilafları söndürmək əvəzinə daha da alovlandırmağa xidmət edir. Ona görə də biz belə bir aləmdə (mühitdə) hər şeyi oxumaq vərdişindən çəkinək. Mötəbər və bizim həyatımıza faydalı olan məlumatları seçək.

Başqalarının bizim üçün Məlumatlar seçməklərinə imkan verməyək.

baxılıb: 37 dəfə