14 Məsum və əxlaq

Rəftarımızı və düşüncəmizi islah edək

İmam Əliyyən Nəqi əleyhissalamın təvəllüdü manasibətilə
.
10-cu imam Əli ən-Nəqi əleyhissalam bir gün Abbasi xəlifəsi Mütəvəkkilə belə buyurdu:

وقال عليه السلام للمتوكل في جواب كلام دار بينهما : لا تطلب الصفا ممن كدرت
عليه ، ولا الوفاء لمن غدرت به ، ولا النصح ممن صرفت سوء ظنك إليه ، فإنما
قلب غيرك كقلبك له

"Kinli olduğun (və nifrət etdiyin) adamdan saflıq (səmimiyyət) gözləmə, 
Aldatdığın (xəyanət etdiyin) adamdan vəfa və dürüstlük gözləmə,
Bədgümanlıq etdiyin (və barəsində pis fikirdə olduğun) adamdan xeyirxahlıq gözləmə. 
Bil ki, sənin qəlbin (fikir və düşüncələrin) başqaları barədə necədirsə, başqalarının da qəlbləri (fikir və düşüncələri) sənin barəndə elə o cürdür."

Biharul ənvar 75-ci cild 370-ci səhifə
Tənbihul xəvatir 142-ci səhifə
.
Tarix kitablarının yazdıqlarına əsasən Abbasi xəlifəsi Mütəvəkkil çox bic, riyakar və hiyləgər idi. İnsanlarla üz-üzə gələrkən yalandan üzlərinə gülər və özünü həmin adamı sevən kimi göstərərdi. Ondan uzaqlaşandan sonra həmin adamın əleyhinə min kələk qurardı. 
Mütəvəkkil günlərin birində imam Əliyyən Nəqi əleyhissalam ilə qarşılaşdı və İmamdan nəsihət və moizə istədi. İmam Əliyyən Nəqi əleyhissalam da yuxarıdakı hikmətli kəlamları Mütəvəkkilə eşitdirdi. 
Mütəvəkkili başa saldı ki, insanların üzlərinə gülüb dalda onlara pislik etməklə özünü fərasətli və camaatı avam sanma. Kimlərə qarşı riyakarlıqla davranırsansa onlar sənin içini yaxşı bilirlər və ürəyindəki hiyləni hiss edirlər.
İndiki zamanda da bir çox insanlar Mütəvəkkilin həyat tərzindən istifadə edirlər. 
İnsanların dalınca qeybətini edir lakin yanında olanda onları tərifləyirlər, Və ümidləri də bu olur ki, onlar bunu hər yerdə tərifləsinlər.
İnsanların dalınca pis sözlər deyir və söyüşlər söyürlər, amma onlarla qarşılaşanda ona gözəl sözlərlə müraciət edirlər, Və ümidləri də bu olur ki, onlar hər yerdə bunun barəsində yaxşı sözlər danışsınlar.
Sözün qısası, riyakarlığı özünə sənət etmiş Mütəvəkkilin düşüncəsinə cavab olaraq İmam Əliyyən Nəqi əleyhissalam ona anlatdı ki, özünü ağıllı başqalarını isə ağılsız bilmə, özünü bic başqalarını isə avam bilmə, özünü alim başqalarını isə nadan sanma.
Gəlin, hamı ilə üzdə mehriban və səmimi olduğumuz kimi, dalda da insanlara mehriban və səmimi olaq. Heç kimlə süni tərzdə və yalan rəftarlarla davranmayaq.

baxılıb: 62 dəfə