14 Məsum və əxlaq

Əxlaq nümunəsi imam Rza (ə)

İmam Rza əleyhissalamın həyat tərzi onun ata babaları (onların hamısına Allahın salamı olsun), xüsusilə də cəddi həzrət Muhəmməd səllAllahu əleyhi və alih kimi bəndəçilik, eləcə də fərdi və ictimai cəhətlərdə çox bəyənilən və təqdirəlayiq olmuşdur.

İmam Rza əleyhissalamın həyatı barədə hədisləri və tarixi sənədləri araşdırdıqda o həzrətin həyat yolunun başdan-başa əxlaq məktəbi olduğunu görürük.

Təvazökarlıq və sadəlik, səxavət və comərdlik, helm və dözümlülük, şərəf və ləyaqət, Qurani-kərimlə ünsiyyət və onda təfəkkür, zamanın İmamına (Museyi Kazım əleyhissalama) itaət və tabelik, insanlara ehtiram və sevgi, köməyə ehtiyacı olanlara qayğı göstərmək, kasıblara və yoxsullara sədəqə vermək, qulamlar və xidmətçilər ilə eyni süfrədə oturmaq, zəhmətkeş insanlar ilə kübarlar arasında təqvadan başqa fərq qoymamaq, xoş üzlü və xoş ətirli olmaq, başqalarının dərdinə və qəminə şərik olmaq, dəfn mərasimlərində (cənazəni yola salmaqda) iştirak etmək, heç vaxt ucadan və qəhqəhə ilə gülməmək, möminlərin ehtiyaclarını aradan qaldırmaq və onların problemlərinin həllində onlara yardım etmək, dəbdəbədən uzaq və sadə həyat tərzi keçirmək, heç vaxt heç kimi dil və rəftar ilə incitməmək, insanlarla birgə olduğu zaman ədəb qaydalarına riayət etmək, başqalarının yanında heç vaxt yerə tüpürməmək, xatası və səhvi olanların təqsirindən keçərək onları əvf etmək, israfçılıqdan uzaq olmaq və pulu-malı lazımsız yerlərə xəcləməmək, köməyə ehtiyacı olanlara yardım etmək, şəxsi işlərini özü etmək və heç bir işini başlarına gördürməmək, cisminin və bədəninin təmizlik və səliqəsinə fikir vermək, camaatla gülərüz və mehribanlıqla davranmaq ... və sair gözəl xüsusiyyətlər imam Rza əleyhissalamın əxlaqi dəyərlərdən ibarət həyat kitabının bir səhifəsi, başqa sözlə okeanın bir damcısıdir.

İmam Rza əleyhissalamın gözəl əxlaqı  və kamil elmi sayəsində o həzrətin xristianlar, yəhudilər, dinsizlər və sair dini-dünyəvi məktəklərin nümayəndələri ilə tarixdə məşhur olan mübahisə və müzakirələrində onların bir çoxlarının yanlış etiqadından əl çəkərək İslam dinini qəbul etmələrinə səbəb olmuşdur.

İmam Rza əleyhissalam da o biri Məsumlar (ə) kimi yüksək səviyyədə əxlaqi üstünlüklərə və mənəvi kamilliklərə malik olduğu üçün bəşəriyyətə əxlaq nümunəsi və gözəl bir ülgüdürlər.

İmam Rza əleyhissalamın dostları və ardıcıllarından əlavə onun düşmənləri də o həzrətin saysız əxlaqi üstünlük və fəzilətlərinə etiraf etmişlər.

“İmam Rza əleyhissalamı xəlifə Məmunun göstərişi ilə Mədinə şəhərindən Mərv şəhərinə gətirmək üçün tapşırıq almış Rəca ibn Əbu Zəhhak deyir: “Mən Mədinə şəhərindən Mərv şəhərinə qədər İmam Rzanı (ə) müşayiət edirdim. And olsun Allaha! Təqvada, daima Allahı zikr etməkdə, Allah Taaladan qorxmaqda ..... onun kimisini görməmişəm...”

Daha sonra Rəca yol boyu İmam Rzanın (ə) bəndəçilik proqramını geniş şəkildə açıqlayır. Rəcanın hesabatını diqqətlə dinləyən xəlifə Məmun dedi:

“Ey Əbu Zəhhakın oğlu! Dediklərinin hamısı doğrudur. O (imam Rza-ə-) yer üzündəki insanların ən yaxşısı, ən elmlisi və ən kamilidir.”

Məmun daha sonra Rəcaya tapşırdı ki, imam Rzadan (ə) gördüklərini heç kimə danışmasın.”

Biharul ənvar 49-cu cild 95-ci səhifə

.

Sonda imam Rza əleyhissalam ilə əlaqədar qıza bir hadisəni diqqətinizə çatdırıq. Bu hadisədə imam Rza (ə) onun evinə qonaq gəlmiş şəxsi zəhmət çəkməyə qoymur. “Biz (əhli-beyt) qonaqlarımızı səhmətə salmırıq, qonaqlarımızı işlətmirik” deyərək həmin şəxsə, eləcə də bizlərə qonaqpərvərlik dərsi keçmişdir. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur:

 

سخافه المرء ان يستخدم ضيفه

 

“Oonağı işlətmək ev yiyəsinin düşüncəsizliyinin göstəricisidir.”

Nəhcül fəsahə 1738-ci hədis

.

“İmam Rza əleyhissalam bir gecə qonağı ilə üz-üzə əyləşib söhbət edərkən qarşılarındaki çirağın işiğı zəifləyir. Qonaq əl atıb çırağın yanacağını doldurmaq istədikdə imam Rza (ə) ondan öncə tərpənərək çırağı götürür, otağı yenidən işıqlandırdıqdan sonra isə buyurur: “Biz qonaqlarımızın zəhmətə qatlanmasına dözməyən insanlardanıq.”

Biharul ənvar 49-cu cild 102-ci səhifə

baxılıb: 93 dəfə