14 Məsum və əxlaq

Əxlaqlı insanların bayramı

Mövlud günləriniz mübarək olsun!

Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir.
.
İmam Zeynul Abidin əleyhissalam dualarından birində belə buyurur: 
"İlahi, elə bir şəxs tapılarmi ki, desin: mən Allahın qapısına qonaq getdim, amma O məni qonaqlığa qəbul etmədi?!
Elə bir şəxs tapılarmı ki, desin: mən dəvəmi Allahın evinin qapısında yatırdım (yəni ümid gözü ilə Onun dərgahına göz dikdim), amma O məni naümid etdi?! 
İlahi, qapı bağlı deyil, bizim əlimiz bağlıdır".
*
Kumeyl duasında oxuyuruq: "İlahi, əl-ayağımı elə bağlamışam ki, yerimdən tərpənə bilmirəm, bunu aç!". "İlahi, əməllərim məni zəncirləmiş və yerə oturtmuşdur!"
*
İnsan nə ilə özünü zəncirləyir? 
Günahla!!
Günah insanın əllərini, ağlını, düşüncəsini və təfəkkürünü zəncirləyir.
Günah nədir?
Günah odur ki, insan Allahın qadağan etdiyi işə məşğul olur və ya Allahın vacib etdiyi şeyə əməl etmir. 
Allah Taala insanları çox sevir. Bunun sübutu üçün haramlardan çəkinməyi bizlərə əmr etməsinə baxmaq kifayətdir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اجتناب السیئات اولی من اکتساب الحسنات

“Günahlardan çəkinmək savab işlər etməkdən daha yaxşıdır.” (Qurərul hikəm 185-ci səhifə)
Dostlar baxın, insan günah etməyəndə vaxt ona mühüm deyil, Orucluğun qışa – yaya düşməsi onun üçün fərqli deyil. Bir nəfər tövbə etmişdi. Qış idi, orucluluq yanvar ayına düşmüşdü. İftar vaxtı tez gəlib çatırdı, bu şəxs hönkür-hönkür ağlayırdı ki, gün nə tez bitir!?
Ancaq insan günah edəndə 3 rəkətlik Şam namazı onun üçün dağı yerindən qoparıb o tərəfə qoymağa bənzəyir.
Namazı qılıb qurtarmasına elə sevinir ki!!
Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur:

وَ اسْتَعِينُواْ بِالصَّبرْ وَ الصَّلَوةِ وَ إِنهَّا لَكَبِيرَةٌ إِلَّا عَلىَ الخْاشِعِينَ

“Səbirdən və namazdan kömək istəyin. Şübhəsiz bu iş xüşu əhlindən (günah etməyənlərdən) başqalarına (yəni günah edənlərə) çox ağır gəlir.”
Bir çox insanlar üçün 2 saatlıq kinoya və ya 90 dəqiqəlik futbola baxmaq namazdan daha sevimlidir. Kinonun və ya futbolun vaxtının bitməsinə gileylənirlər, 2 saata və 90 dəqiqəyə "nə tez qurtardı?" deyə təəssüf edirlər. Lakin 5 dəqiqəlik namaza çox çətinliklə dözür və namazın salamını verdikdə namazı bitirməsinə sevinirlər. Nə üçün??
Çünki insan günah edəndə Allahdan soyuyur!
İbadət və itaətlərdən ləzzət ala bilmir!...
Şəban ayıdır, mübarək Ramazan ayının qapısıdır. 
Xalis tövbənin zamanıdır...

baxılıb: 161 dəfə