14 Məsum və əxlaq

Əxlaq nümunəsi -xanım Zeynəb

Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.

Səbir etmək, yəni çətinliklər qarşısında müqavimət, bəla və imtahanlar qarşısında mətinlik, öz taqət və vəziyyətinə istənilən vaxt layiqli şəkildə nəzarət edə bilməkdir. Səbir elə bir işlək qüvvədir ki, hər hansı bir xoşagəlməz hadisələr zamanında insanı qüvvətli və güclü edir. Qarşıya çıxmiş hər növ bəla və müsibət anı həmin insanın ruhi və mənəvi halını tənzimləyir.

Səbir və dözümlülük nümunəsi olan xanım Zeynəb əleyhasalamdan necə səbirli olmaqla əlaqədar bir neçə dərs öyrənək.

 

1- Reallığı görək, mövcud durumu olduğu kimi başa düşək.

Səbir və dözümlülük qüdrətinin artırılması səbəblərindən, eləcə də ruhi-mənəvi sıxıntılar zamanı lazım olan məharət və bacarıqlardan biri də budur ki, dünya həyatının çətinlikləri və bəlaları barədə olan həqiqətləri tanıya bilək. Dünyanın bəla, müsibət, sıxıntı və çətinliklər diyarı olduğunu başa düşək. Belə olduqda bizim bu baxışlarımız hər bir xoşagəlməz hadisələr zamanında bizim intizarımızı, umacağımızı və proqnozlarımızı tənzimləyir.

Məsələn, siz bir çayçıda oturan kimi çayçı sizə bir neçə stəkan-nəlbəki və çay gətirir. Təbii ki, siz bu çaydanın içində üzüm şirəsi olduğu intizarında ola bilməzsiniz. Əgər dünyanın hər bir izini belə tanıya bilsəniz heç zaman özünüzə nəzarəti itirməzsiniz.

Şamda lənətlik Yezidin sarayında əsirləri bir küncdə saxlamışdılar. Yezid dedi: “O qız kimdir elə, bu qədər qürurlu dayanıb?! Dedilər: Əlinin (ə) qızı Zeynəbdir. Yezid dedi: “indi mən onun qürurunu sındıraram, onu elə vəziyyətə gətirim ki, fəryadı göylərə ucalsln. Yezidin əmri ilə imam Hüseyn əleyhissalamın başını teştin içində gətirdilər. Yezid xanım Zeynəbə baxa-baxa əlindəki çubuqla əvvəlcə teştin üstündəki parçanı yerə atdı. Sonra isə əlindəki əsanın ucunu imam Hüseyn əleyhissalamın dodaqlarına toxundurdu.

Amma xanım Zeynəb əleyhasalam kinayəli təbəssüm ilə buyurdu: “Vur, vur, ey buraxılmışların oğlu! Bunu sən də etməsən kim etməlidir?! Siəndən yalnız belə işlər gözləmək olar.”

 

2- Çətin vəziyyətin sonunu görmək, hər çətinlik və bəlanın qurtaracağını bilmək çətinlillər zamanında insanın səbir və dözümünü artırır. Beləliklə bu cür düçüncə insanı çətinliklər və bəlaların əbədi və həmişəlik olma fikrindən uzaqlaşdırır, insanda ümidi gücləndirir. İnsan çətinliyi daimi və həmişəlik bilmir.

Qurani-kərim İnşirah surəsinin 5-ci ayəsində buyurur:

ان مع العسر یسرا

“Hər bir çətinliyin arxasınca (yanınca) asanlıqlar vardır.”

Bir nəfər İmam Cəfər Sadiq əleyhissalamın yanına gəlib düşdüyü çətin vəziyyətin davamlılığından və bu gedişlə həmişəlik olacağından şikayət etdi. İmam ona buyurdu: “Səbirli ol, Allah Taala tezliklə sənə qurtuluş və nicat nəsib edəcəkdir.”

əl-Kafi 2-ci cild 150-ci səhifə

 

Xanım Zeynəb əleyhasalam Kufədən Şama gedərkən yolda ağlayan qız-qadınlara xitabən buyurdu: “Ey Peyğəmbərin(s) ailəsi, səbir edin. Qurtuluşa lap az qalıb”

 

3- Çətinliklər zamanı vəziyyəti qəbul etmək insana ikiqat səbir gücü verir.

Dostlar, siz indiyədək çətinliklər vaxtı dözümsüzlük edən və daima şikayətlənən insanları görmüsünüz? Onların üz cırmaqları və gileyləri onları xilas edibmi?!

Çətinliklər zamanında, yəni çətinlik və müsibət artq baş vermişdirsə bunu qəbul etmək lazımdır. Bu özü insanın səbir və dözümünün artmasına böyük kömək edir.

Çox insanlar var ki, çətinliklər zamanında fəryad və nalə edir, gileylənir, şikayətlənir, bundan əlavə başqa işlərini atıb yalnız fikirə dalır, heç bir vəzifələrini yerinə yetirmirlər, həyata keçirmir.

Xanım Zeynəbin Kərbəladakı vəziyyətinə baxdıqda görürük ki, xanım hər bir vəzifəsinin öhdəsindən layiqincə gəlib. Hətta imam Hüseyn əleyhissalam axırıncı dəfə bacısı Zeynəb ilə vidalaşanda buyurdu:

یا اختاه! لا تنسینی فی الصلاه

“Ey əziz bacım! Gecə namazında məni unutma!”

Bilirsiniz ki, gecə namazı vacib deyil, müstəhəbbdir, yəni Allah Taalanın razılığına səbəb olan işdir. Bununla belə imam Hüseyn əleyhissalam bilir ki, bacısı Zeynəb nəinki üzərində olan vacibi vəzifələri, hətta müstəhəbblərin belə hamısını yerinə yetirəcəkdir.

 

4- İşlərin, yəni çətinlik, bəla və müsibətlərin batinini görmək insanda səbir və dözüm gücünü artıran amillərdəndir. Hadisələrə səthi baxanlar çətinlikləri Allahın qəzəbi kimi başa düşürlər.

Xanım Zeynəb əleyhasalamın həyatına nəzər saldıqda görürük ki, Kufənin cəllad valisi İbn Ziyad xanım Zeynəbə xitab edərək deyir:  Gördünmü Allah sizə neylədi?

Xanım Zeynəb əleyhasalam onun cavabında buyurdu:

فقالت : ما رأيت إلا جميلا ، هؤلاء قوم كتب الله عليهم القتل فبرزوا إلى مضاجعهم

وسيجمع الله بينك وبينهم فتحاج وتخاصم ، فانظر لمن الفلج يومئذ ثكلتك أمك يا

ابن مرجانة

قال : فغضب وكأنه هم بها ، فقال له عمرو بن حريث : إنها امرأة والمرأة

لا تؤاخذ بشئ من منطقها

“Mən (Kərbəlada) yalnız gözəlliklər gördüm. Onlar bir dəstə idilər ki, Allah onlara mübarizəni vacib etmişdi. Onlar öz məqamlarına çatmaq üçün mübarizə etdilər. Vaxt gələcək (qiyamət günü) Allah səninlə onları bir yerə (məhşərə) yığacaq, onda onlarla höcətləşər və düşmənçiliyini göstərərsən. Görəcəksən ki, həmin gün fərəc və qurtuluş kimin nəsibidir, anan sənin yasında ağlasın ey Mərcanənin oğlu!

İbn Ziyad qəzəbləndi, sanki xanımın ölümünü istədi. Əmr ibn Hurəys dedi: “O qadındır, qadını danışdıqlarına və dediklərinə görə cəzalandırmazlar.”

Biharul ənvar 45-ci cild 116-cı səhifə

 

5- Allah Taalanı hər anda yadda saxlamaq insana çətinliklər zamanı əlavə dözüm və güclü səbir bacarığı verir.

Kərbəla müsibətinin pik nöqtəsi olan imam Hüseyn əleyhissalamın şəhid edildiyi zamanı xanım Zeynəb qaçaraq halqa qardaşı imam Hüseyn əleyhissalamın yanına gəlib imamın cənazəsinin yanında iki dizini torpağa qoyub əllərini İlahi dərgaha qaldırdı və buyurdu:

اللهم تقبل منا هذا القربان

“Allahım! Bu qurbanı (Sənin yolunda fəda olmuş Hüseyni) bizdən qəbul et.”

əl-Kibritul əhmər 3-cü cild 13-cü səhifə

 

6- Çətinliklər qurtardıqdan sonra Allah Taalanın əcr və savabının, həmçinin həmin insanın dillərdə qəhrəmanlıq rəmzi kimi tanınacağına inam insanın vücudunda səbir və dözümlülük əzmini gücləndirir.

Xanım Zeynəb əleyhasalam hamının yanında üzünü qardaşı imam Zeynul Abidin əleyhissalama tutaraq buyurdu:

وينصبون لهذا الطف علما لقبر أبيك سيّد الشهداء عليه السلام لا يدرس أثره ولا يعفو رسمه على كرور الليالي والأيام

“Bu Kərbəla çölündə şəhidlər sərvəri olan atanın qəbri üzərində bir əlamət qoyulacaq, günlərin və gecələrin saysız qədər keçmələrinə baxmayaraq bu hərəkatın dərsləri davam edəcək, baş vermiş həqiqətlərin heç biri unudulmayacaq...”

Mədarikul Urvə 9-cu cild 46-cı səhifə

baxılıb: 157 dəfə