14 Məsum və əxlaq

Ölüm astanasında

Çox varlı bir şəxs ölüm astanasında idi. O, kağız və qələm istədi, təki vəsiyyətnaməsini yazsın. Bu varlı kişinin övladı yox idi, bir bacısı vardı və bir qardaşı oğlu, bir də şəxsi dərzisi. Kişi vəsiyyətini yazmağa başladı:

 

“Bütün varımı bacıma verirəm yox qardaşım oğluna heç vaxt dərzimə heç kasıblara”

Kişi öldü, vəsiyyətinin nöqtə və vergüllərini qoya bilmədən.

Kişinin dəfnindən sonra onun qardaşı oğlu, bacısı, dərzisi və kəndin kasıbları haqlarının tələb etmək üçün məhkəməyə müraciət etdilər.

Qardaşı oğlu vəsiyyətnaməyə öz xeyirinə uyğun  nöqtə və vergül qoydu. “Bütün varımı bacıma verirəm? Yox. qardaşım oğluna. heç vaxt dərzimə, heç kasıblara”

Bacısı belə bir nöqtə-vergül qoydu. “Bütün varımı bacıma verirəm. yox qardaşım oğluna. heç vaxt dərzimə. heç kasıblara”

Varlı şəxsin dərzisi belə bir nöqtə vergül qoydu. “Bütün varımı bacıma verirəm? Yox. qardaşım oğluna heç vaxt. dərzimə. heç kasıblara”

Kəndin kasıbları dedilər, bu varlı kişi sərvətini bizlərə vəsiyyət edib. Onlar da özlərindən nöqtə-vergül qoyaraq məhkəməyə müraciət etdilər. “Bütün varımı bacıma verirəm? Yox. qardaşım oğluna? heç vaxt. dərzimə heç.  kasıblara”

Əziz dostlarım! Həyat da eynilə belədir. Həyat elə ber yazılı nüsxə və yazıdan ibarətdir ki, nöqtə və vergülləri qoyulmayıb. Biz gərək özümüz öz istədiyimiz kimi nüsxəmizə nöqtə-vergülləri qoyaq. Təvəllüd günündən ölənə qədər öz həyatımıza özümüz nöqtə-vergül qoymalıyıq.

İcazə verməyək ki, başqaları bizim həyatımıza dəxalət etsinlər. Çünki bizim həyatımıza dəxalət etmək istəyən hər adam öz meyli və istəyinə uyğun nöqtə-vergüllər qoyacaq. Bu da bizim həyatımızı acı edəcəkdir.

Allah Taala Qurani-Kərimin Maidə surəsinin 105-ci ayəsində buyurur:

“Ey iman gətirənlər! Sizi özünüzə tapşırırıq (öz qədrinizi bilin, özünüzdən muğayat olun)”

Allah Taala köməyiniz olsun.

baxılıb: 619 dəfə