14 Məsum və əxlaq

Əxlaq nümunəsi -Fatimeyi Məsumə

İmam Musa Kazım əleyhissalamın alimə qızı və imam Rza əleyhissalamın bacısı xanım Fatimeyi Məsumənin təvəllüdü günügür.

Yeddinci imam Museyi Kazım əleyhissalamın qızı və səkkizinci imam Rza əleyhissalamın bacısı olan xanım Fatimeyi Məsumənin əsil adı “Fatimeyi Kubra”dır. Onun anası iman və paklıq nümunəsi kimi tanınan Nəcmə xanımdır. Onu da qeyd edək ki, imam Museyi Kazım əleyhissalamın övladlarının içində yalnız imam Rza əleyhissalam və Fatimeyi Kubra bu nəcib xanımın övladıdırlar. Başqa sözlə desək Nəcmə xanım imam Museyi Kazım əleyhissalam üçün yalnız bu iki övladı dünyaya gətirmişdir.

Fatimeyi Kubranın ən məşhur ləqəbi “Məsumə”dir. Buna görə də o xanıma Fatimeyi Məsumə deyilir. Məsumə ləqəbini ona imam Rza əleyhissalam vermişdir. Məsumə sözünün mənası “günahsız” yəni, bəşəriyyət üçün ideal və nümunəvi şəxs deməkdir. Bu isə o xanımın ulu nənəsi Fatimeyi Zəhra əleyhasalam kimi çox böyük əxlaqa malik olmasının aşkar təzahürüdür.

Hədis və tarix kitablarında gəlmiş sənədlərə əsasən imam Museyi Kazım əleyhissalamın təxminən otuz yeddi övladının içində imam Rza əleyhissalamdan sonra ən fəzilətli və ən üstün övlad Fatimeyi Məsumədir. Deməli, imam Museyi Kazım əleyhissalamın oğullu qızlı bütün övladlarının içində imam Rza əleyhissalamdan sonra ən üstünü Fatimeyi Məsumədir.

Atası imam Museyi Kazım əleyhissalam şəhid ediləndə Fatimeyi Məsumənin 6 (altı) yaşı vardı. Atasının şəhid edilməsindən sonra o xanım əziz qardaşı imam Rza əleyhissalamın himayəsində yaşamışdır. İmam Rza əleyhissalam Fatimeyi Məsumədən 25 ( iyirmi beş) yaş böyük idi və o xanım 21 (iyirmi bir) il o həzrətin evində yaşamışdır. Bu da öz özlüyündə xanımın daha böyük mənəvi və əxlaqi zirvələrə yüksəlməsinə səbəb olmuşdur.

Xanım Fatimeyi Məsumənin zamanında yaşamış alimlər və tarixçilər o xanımın böyük əxlaq nümunəsi olduğuna etiraf etmiş, xalis ibadət, təqva, səbr, düzlük, həya, səxavət və mülayimliyi o xanımın əsas xüsusiyyəti kimi göstərmişlər.

İmam Rza əleyhissalam bacısı Fatimeyi Məsuməyə oxuduğu ziyarətnamədə o xanıma səkkiz ləqəblə müraciət edərək buyurur:

السلام عليك ايّتها الطاهرة الحميدة البَرّةُ الرشيدةُ التقيَّة النقيّة الرضية المرضية

“Salam olsun sənə ey Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə”

Biharul ənvar 102-ci cild 266-cı səhifə

.

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 143-cü hikmətdə buyurur:

و قال علیه السلام الهم نصف الهدم

"Fikir etmək (qəm-qüssəli olmaq) qocalığın yarısıdır."
Hər bir şəxs diqqət etməlidir ki, çox fikir çəkmək, qəmli qüssəli və kədərli olmaq qocalığın daha tez insanın sorağına gəlməsinə səbəb olur. Qocalıqdan məqsəd yaşlılıq və ağsaqqallıq, ya ağbirçəklik deyil.
Qocalıqdan məqsəd cismin çürüməyə və zəifliyə məruz qalması, əldən və gücdən düşmək, halsızlıq və sair bu kimi xüsusiyyətlərdir.
Bundan əlavə çoxlu qəm qüssə və kədər içində olmaq, yəni çoxlu fikir etmək insana qocalığın batini xüsusiyyətlərini də gətirir. Məsələn, hözsələsizlik, əsəbilik, insanlara bədbinlik, tez incimək, təkliyi istəmək, camaatdan uzaq olmağa meyllilik...
Deməli, qocalığın bəyənilməyən istər cismi-zahiri istərsə də ruhi-mənəvi mənfi hallarından uzaq olmaq istəyən hər bir insan Əmirəlmöminin Əli əleyhissalamın bu misilsiz hikmətli kəlamına riayət etməli və
həyatını şadlıq və sevinc üzərində qurmalıdır.
Bacardıqca fikir çəkməkdən, qəm-qüssə içində olmaqdan və kədərli olmaqdan uzaq olmalıdır.
Onu da deyim ki, Əmirəlmöminin Əli əleyhissalamın bu kəlamını Tibb alimləri qeybi kəlamlardan sayırlar.
Elə isə bu gözəl mövlud günündə hamınıza təbəssüm, şadlıq və sevinc arzu edirəm.
Sizi sevinc və şadlığa dəvət edən insanlarla olun.

baxılıb: 376 dəfə