14 Məsum və əxlaq

ƏN PİS PƏRƏSTİŞ...

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur: ما تحت ظل السماء من اله يعبد من دون الله اعظم عند الله من هوي متبع

"Yer üzündə Allahdan başqa sitayiş edilən məbudlarin, bütlərin içində ən böyük büt itaət edilən nəfsdir."
Əzvaul bəyan 6-cı cild 58-ci səhifə

Deməli, nəfsə pərəstiş etmək bütə pərəstiş etməkdən pisdir.

Başqa sözlə desək pərəstişlərin, sitayişlərin və itaətin ən pisi Nəfsə, Nəfsin istəklərinə itaət etməkdir.
Deyirsən söyüş söymə, deyir yaxşı edirəm Sənə nə, mənim ürəyim belə istəyir.
Deyirsən camaatın qeybətini etmə, deyir yaxşı edirəm Sənə nə, mənim ürəyim belə istəyir.
Deyirsən yalan danışma, deyir yaxşı edirəm Sənə nə, mənim ürəyim belə istəyir.
Deyirsən, özünü yaxşı apar, əyninə normal paltar geyin, deyir yaxşı edirəm Sənə nə, mənim ürəyim belə istəyir.
Bunun günahı, pisliyi və cinayəti sevimli Peyğəmbərimizin sözlərinə əsasən daşa pərəstiş etməkdən, bütə pərəstiş etməkdən, ağaca pərəstiş etməkdən, inəyə pərəstiş etməkdən ... daha pisdir.
Odur ki, Nəfsi zəif sanmayaq, Nəfs çox təhlükəlidir.
Nəfsin təhlükəsi bütlərdən daha pisdir, daha qorxuludur, çünki
- Büt bütpərəstdən aralıdır, amma Nəfs həmişə səninlədir.
- Bütpərəst nə vaxt işi çətinə düşsə bütün sorağına gedir, amma sən nəfsdən əl çəkə bilmirsən, Nəfs səni buraxmır.
- Büt öz-özlüyündə zərərli deyil, amma Nəfsin zərər və ziyanları məlumdur. Nəfs zərər və ziyan mənbəyidir.
- Bütpərəst bütpərəstliyini boynuna alır, amma Nəfsinə pərəstiş edən, Nəfsə pərəstiş etdiyini boynuna almır. Deyir: "Mən Allahpərəstəm."
- Büt ona pərəstiş edəni pis yollara və pis işlərə sürükləmir, amma nəfsin işi insanı pisliklər və şərrlərə sövq etməkdən, vadar etməkdən ibarətdir.
...
Elə isə Əxlaqımızı düzəltməklə Nəfsimizi saflaşdırmağa çalışaq.

 

baxılıb: 628 dəfə