14 Məsum və əxlaq

İmam Hüseyn əleyhissalam nümunəvi şəxsiyyətdir

Məhərrəmlik daxil olan kimi Əhli-beyti sevən hər bir kəs bacardıqca əza məclislərində iştirak etməyə çalışır.


Əzadarlığın əsas mahiyyəti əzadarlıqda iştirak edən hər bir insanın İmam Hüseyn əleyhissalama bənzəməyə çalışması,
Başqa sözlə desək İmam Hüseyn əleyhissalamı özünə ülgü, örnək və nümunə bilməsidir.
Əgər biz İmam Hüseyn əleyhissalamı özümüzə ülgü və nümunə qərar verib səy və çalışmağımızla özümüzü o həzrətə bənzədə biliriksə deməli, əzadarılığımız Allah Taala tərəfindən qəbul edilmişdir.
Yox, əgər, Allah eləməsin, əzadarlıq bizdə heç bir müsbət mənəvi-əxlaqi təsir qoya bilməyibsə, deməli, əzadarlığımız Allah Taala tərəfindən qəbul edilməyib və axirətdə də heç bir əcrimiz də olmayacaqdır.
Təbəri öz "Tarix"inin 5-ci cildində yazır:
"İmam Hüseyn əleyhissalam üzünü insanlara tutaraq buyurdu:
ان فی لکم اسوه
"Mən sizin üçün nümunəyəm."
.
İmam Hüseyn əleyhissalamın necə nümunəvi şəxs olması barədə nəql edilmiş qiymətli və dəyərli hədislərdən birini nəzərinizə çatdıraq!!!
İmam Mehdi Sahibəzzaman əleyhissalam imam Hüseyn əleyhissalama xitab edərək buyurur:
كنت للرسول ولدا " ، وللقرآن سندا " ، وللأمة عضدا " ، وفي الطاعة مجتهدا "
حافظا " للعهد والميثاق ، ناكبا " عن سبيل الفساق ، تتأوه تأوه المجهود ، طويل
الركوع والسجود ، زاهدا " في الدنيا زهد الراحل عنها ، ناظرا " إليها بعين المستوحش
منها
"Ey, Hüseyn(əleyhissalam)!
Sən Allahın Rəsulunun (səllAllahu əleyhi və alih) övladı idin.
Sən Qurani-Kərimin sənəd və sübutu idin.
Sən ümmətin bilək və gücü idin.
Allah Taalaya itaətdə çox çalışqan idin.
Əhd-peymanında və söz verməkdə vəfalı idin.
Aşkara günah edən fasiqlərin tutduqları yoldan bizar (uzaq) idin, ah çəkirdin, zəhmətkeş və əziyyət çəkən adamın ahı kimi.
Sənin səcdə və rükuların uzun idi,
Sən dünyaya zahid və təqvalı idin.
Sənin zahidliyin (dünyaya meylsizliyin) dünyadan köçmək anında dünyadan əl çəkən və qorxu gözü ilə dünyaya baxan insanın zahidliyi kimi idi."
Biharul ənvar 98-ci cild 239-cu səhifə 17-ci bab 38-ci hədis
 

baxılıb: 417 dəfə