14 Məsum və əxlaq

İnsanları məzəmmət etməyin

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

 مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ عَبْدِ اللَّه بْنِ سِنَانٍ عَنْ أَبِي عَبْدِ اللَّه ع قَالَ مَنْ عَيَّرَ مُؤْمِناً بِذَنْبٍ لَمْ يَمُتْ حَتَّى يَرْكَبَه

"Kim bir mömini etdiyi günaha görə qaxınc və məzəmmət edərsə Özü elə bir günaha düçar olmadan ölməz."
əl-Kafi 3-cü cild 356-cı səhifə

Bəli, bir kəlmə var ki, biz gərək onu şəxsi lüğətimizdən silək, özümüzlə əlaqədar onu həmişəlik yaddan çıxaraq, o kəlməni özümüzə haram edək...
O kəlmə "başqalarını məhkum etmək" yəni "başqalalarını barədə hökm çıxarmaq"dır.
Başa düşməliyik ki, başqaları barədə qəzavət etmək, hökm çıxarmaq haqqımız yoxdur.
Odur ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Kim bir mömini etdiyi günaha görə qaxınc və məzəmmət edərsə Özü elə bir günaha düçar olmadan ölməz." 
Çox heyrətləndirici bir kəlamdır. 
Axı sən bilmirsən o xətanı edən şəxs hansı halda olub. 
Bəlkədə sən onun vəziyyətində olsaydın daha pis günah edərdin.
Hətta zehnimizdə belə kimisə məhkum etməyə icazəmiz yoxdur.
Əmirəlmöminin Əli əleyhissalam dostu Malik Əştərə buyurur: "Ey Malik, əgər axşam bir nəfərin günah etdiyini görsən, səhər onun üzünə acıqlı halda baxma, bəlkə gecəni ağlayaraq tövbə etmişdir!?"
Bu da həmin mövzunun ikinci tərəfidir.
Halbuki biz özümüzə nə qədər arxayınıq.
Necə də rahatlıqla başqalarının əməllərini insanların yanında sadalayaraq onların barəsində hökm veririk, onları mühakimə edirik...
Heç özümüzdən soruşmuruq ki, Ay filankəs, başqalarını mühakimə etmək haqqını sənə kim verib?!
Sən özün onun yerində, onun vəaiyyətində olsan nə edərdin?!
Əgər o tövbə etmişdirsə bəs onda nə edəcəksən?!
Vəəəəəəə....
Elə isə bizim hamamımız başlıca vəzifəmiz özümüzü islah etmək və əxlaqımızı düzəltmək, sonra isə əməlimiz. rəftarımız və davranızlarımız ilə başqalarını tərbiyə etməkdir.
İmam Cəfər Sadiq əleyhissalamın şəhadət günü ilə əlaqədar hamınıza başsağlığı verirəm, Allah Taala əcrinizi böyük etsin!

baxılıb: 440 dəfə