14 Məsum və əxlaq

Bəşəriyyətin ən üstün qadınının rəftarları çərçivəsində yaşayış üslubu.

Hər bir insanın seçimlərnin kökünün onun düşüncə və rəftar tərzində olması hamıya bəllidir. Bunun heç bir əlavə sübuta ehtiyacı yoxdur. Amma

hər bir insanın düşüncə və seçimlərinin onların gündəlik rəftar və davranışlarına təbe olması iddiasi ilk baxışda təəccüblü görünsə də bu bir həqiqətdir. Hətta insanların yemək yeməsi, yatması və yerimələri də onların düşüncəsinə təsir qoyur. Başqa sözlə desək, insanların rəftarlarının onların düşüncələrindən qaynaqlanmasını iddia edə bildiyimiz kimi, onların düşüncələrinin də rəftarları sayəsində formalaşdığını iddia edə bilərik.

Əlbəttə, İslam dünyagörüşündə bu məlum bir haldır ki, iman ilə saleh əməl bir-birlərini inkişaf etdirəndir. Yəni, insan təsir etmə və təsir qəbul etmə xüsusiyyətinə malikdir. İmanın güclənməsi həmin insanın əməlini inkişaf etdirir, əməl və rəftarların keyfiyyəti isə imanı artırır. Misal üçün, öz varlığını yaxşı tanıya bilən şəxs özünün zati (təbii) ehtiyaclılığına agah olur. “Siz hamınız Allaha ehtiyaclısınız” (fatir surəsi 15-ci ayə) cümləsini tam mənada dərk edir.

Həyat və yaşayış üslubu mövzusunda yazılar yazanların bir çoxları əxlaqi və mədəni mövzuları yaşayış üslübu olduğunu güman edirlər. Halbuki bunlar tamamilə bir-birindən fərqlidirlər. “Kimlərlə dostluq edək?” , “qonşularla necə davranaq?” , “ibadət, iş və istirahətimiz necə olsun?” və sair bu mövzular əxlaq və mədəniyyət mövzusuna aiddir, yaşayış üslubu deyildir.

Yaşayış üslubu insanın seçimlərindən qaynaqlanan bir məcmuədir. Buna əsasən “həyat və yaşayış üslubunun” iki xüsusiyyəti vardır. Birinci, nümunə, ülgü və üslubun olması. İkinci, bu rəftarlarda bir növ üstün tutmaq, tərcih etmək vardır.

Yəni, insanın rəftar və davranışlarının bəziləri məcburiyyət və ya adət əsasında baş verir, amma rəftar və davranışlarının bəziləri isə seçimlər və üstün tutmaları əsasında olur. Bu seçimlər də insanların inamları və zövqlərinə qayıdır, nəticədə bir-biri ilə uyğunluq və rabitələri vardır. Ya da ən azı üstün tutmalardan qaynaqlanan rəftarların hərəsi öz dairəsində uyğunluğa malikdirlər, bu uyğunluqlardan da nümunə və ülgülər üzə çıxır. Bu uyğunluqla və ülgülər həmin yaşayış üslubudur.

Düzgün yaşayış üslubunu tanımaq üçün ən yaxşı və rahat yol məsum Rəhbərlərimizin (onların hamısına salam olsun) həyat üslübundan istifadə etməyimizdir.

Qurani-kərim Əhzab surəsinin 21-ci ayəsində buyurur:

 

لَّقَدْ كاَنَ لَكُمْ فىِ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كاَنَ يَرْجُواْ اللَّهَ وَ الْيَوْمَ الاَخِرَ وَ ذَكَرَ اللَّهَ كَثِيرًا

 

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”

 

Başqa tərəfdən həzrət Muhəmməd səllAllahu əleyhi və alih dəfələrlə xanım Fatiməni (ə) “atasının anası” , “sinəsindəki ruhu” , “canının parası” adlandırmış, müxtəlf ibarələrlə Fatimənin (ə) razılığını öz razılığı, onun narahatlığını öz narahatlığı olduğunu hamıya elan etmişdir.

Bu qədər təkid etmələr ona görədir ki, tarix boyu bütün imanlı insanları xanım Fatimənin (s) həyatının müxtəlif sahələrindən özləri üçün həyat üslübu seçimlərinə cəlb etsin. Çünki xanım Fatimənin (ə) varlığı həqiqətdə həzrət Peyğəmbərin varlığından kənar deyil.

Xanım Fatimənin (ə) varlığı həzrət Peyğəmbərin (s) canının bir hissəsi olduğu kimi, onun həyat üslübu da Allahın Rəsulunun (s) həyat üslübunun cilvələridir.

Xanım Fatimə (ə) gözəl bir nümunə və həyat ülgüsüdür. O, İslam dəyərlərinin yaşaması üçün bütün varlığı ilə mübarizə etmiş, ilahi hidayət yolunun davam etməsi yolunda öndə çalışanlardan olmuşdur. Həmçinin xanım Fatimə (ə) mədəni və əxlaqi dəyərlərin tanınması və öyrədilməsində bütün səylərindən istifadə etmişdir. O, bütün bəşəriyyət üçün Qiyamət gününə qədər iman, həya, elm, təqva, ibadət, mehribanlıq, ilahi eşq, hicab, övlad tərbiyəsi, həyat yoldaşına ruhi-mənəvi dəstək, sözün qısası tərəqqi və təkamül yolunun bütün sahələrinin misilsiz nümunə və ülgüsüdür.

Məhz buna görədir ki, xanım Fatimə (ə) məsum İmamların (s) da örnək və nümunəsidir. Odur ki, məsum İmamlar (ə) xanım Fatimənin barəsində buyurublar:

 

نَحْنُ حُجَهُ اللَّهِ عَلَى الْخَلْقِ وَ فَاطِمَهُ حُجَّهٌ عَلَیْنَا

 

“Biz (məsum imamlar) Allahın insanlar üzərindəki höccətiyik, Fatimə isə Allahın bizim üzərimizə olan höccətidir.”

əl-İntisar 7-ci cild 237-ci səhifə (hədis İmam Həsən Əskəri əleyhissalamdandır)

 

Həmçinin həzrət Sahibəzzaman əleyhissalam buyurur:

 

وفي ابنة رسول الله صلى الله عليه وآله لي أسوة حسنة

 

“Allahın Rəsulunun –ona və əhli-beytinə salam olsun- qızı (Fatimə) mənin üçün gözəl bir nümunə və ülgüdür.”
əl-İhticac (Təbərsi) 2-ci cild 266-cı səhifə

 

Bəli, xanım Fatimə (ə) təkcə ümmətin deyil, ümmətin rəhbərləri olan məsum İmamlar (ə) üçün də gözəl həyat nümunəsi, ülgü və örnəkdir.

Deməli, xanım Fatimənin (ə) nümunəliyi əslində Allah Taalaya itaət əsasında həzrət Muhəmmədin (s) nümunəliyidir.

baxılıb: 539 dəfə