14 Məsum və əxlaq

Susmaqin manasi

İmam Rza əleyhissalam buyurur:"Həyatda (pisliklərdən) salamat qalmağın 10 yolu var. Bunun 9-u camaatdan uzaq gəzməkdə, 1-i isə camaatın arasında olarkən susmaqdan ibarətdir."

Dünya həyatı o qədər müxtəlifliyə malikdir ki, heç bir insan özbaşına olaraq bu qarışıq həyatdan tam qalib çıxa bilməz. 

Atalar elə bunu nəzərə alaraq "Ehtiyat igidin yaraşığıdır" demişlər.
Hədislərə əsasən SUSMAQ hikmət xözinələrindəndir.
Susmaqdan məqsəd tamamilə danışmamaq deyil, susmaqdan məqsəd dilini nəzarətdə saxlamaq, faydasız sözlər danışmamaq, başqalarını danışmaqla bezdirməmək, öz sirrlərini başqalarına açmamaq, başqalarının qeybətini etməmək, söyüş söyməkdən və kobud danışmaqdan çəkinmək...
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur: "İnsanların başına gələn bəla və problemlərin çoxunun səbəbi DİLdəndir."
Nə qədər olub ki, bizə aid olmayan söhbətlərə baş qoşmuşuq?!
Nə qədər olub ki, məlumatınız olmayan mövzular barədə mübahisə etmişik?!
Nə qədər olub ki, bilmədiyimiz halda başqalarının suallarını cavablandırmışıq?!
Nə qədər olub ki, sözü demişik və günlər, bəzən isə aylarla o sözü dediyimizə görə peşmançılıq çəkmişik?!
Nə qədər olub ki, ...
Bəli, biz gözəl danışa bilirik, amma gözəl susa bilmirik.
"Camaat arasında olarkən səndə danışmaq istəsən, əvvəlcə fikirləş, sonra isə sus!"
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
"Mömin nə qədər ki, susur ona savab yazılır, elə ki, danışmağa başladı ya savab ya da günah yazılır."
Allah Taala bizləri düşünən, dərk edən, ağıllı və ibrət götürən insanlardan qərar versin!

baxılıb: 538 dəfə