14 Məsum və əxlaq

Qəm qüssədən uzaq olun

Əgər güc qocalmaq və həmişə sağlam və təravətli olmaq istəyirsinizsə fikir çəkməkdən, qəmli qüssəli olmaqdan uzaq olun.

Bu gün imam Musa Kazım əleyhissalamın alimə qızı və imam Rza əleyhissalamın bacısı xanım Fatimeyi Məsumənin təvəllüdü günügür.

"Məsumə" sözü xəta və nöqsandan uzaq olan mənasınadır. Bu ləqəbi imam Rza əleyhissalam şəxsən özü bacısı Fatiməyə deyib. Bu isə o xanımın nə qədər uca məqamda olmasının əlamətidir.

Bu mübarək və səadətli mövlud münasibətilə bütün möminə və mömin dostlarımı təbrik edirəm!
Həmişə şad və sevinc içində olasınız!
Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 143-cü hikmətdə buyurur:

و قال علیه السلام  الهم نصف الهدم

"Fikir etmək (qəm-qüssəli olmaq) qocalığın yarısıdır."

Hər bir şəxs diqqət etməlidir ki, çox fikir çəkmək, qəmli qüssəli və kədərli olmaq qocalığın daha tez insanın sorağına gəlməsinə səbəb olur. Qocalıqdan məqsəd yaşlılıq və ağsaqqallıq, ya ağbirçəklik deyil.
Qocalıqdan məqsəd cismin çürüməyə və zəifliyə məruz qalması, əldən və gücdən düşmək, halsızlıq və sair bu kimi xüsusiyyətlərdir.
Bundan əlavə çoxlu qəm qüssə və kədər içində olmaq, yəni çoxlu fikir etmək insana qocalığın batini xüsusiyyətlərini də gətirir. Məsələn, hözsələsizlik, əsəbilik, insanlara bədbinlik, tez incimək, təkliyi istəmək, camaatdan uzaq olmağa meyllilik...

Deməli, qocalığın bəyənilməyən istər cismi-zahiri istərsə də ruhi-mənəvi mənfi hallarından uzaq olmaq istəyən hər bir insan Əmirəlmöminin Əli əleyhissalamın bu misilsiz hikmətli kəlamına riayət etməli və
həyatını şadlıq və sevinc üzərində qurmalıdır.
Bacardıqca fikir çəkməkdən, qəm-qüssə içində olmaqdan və kədərli olmaqdan uzaq olmalıdır.
Onu da deyim ki, Əmirəlmöminin Əli əleyhissalamın bu kəlamını Tibb alimləri qeybi kəlamlardan sayırlar.
Elə isə bu gözəl mövlud günündə hamınıza təbəssüm, şadlıq və sevinc arzu edirəm.
Sizi sevinc və şadlığa dəvət edən insanlarla olun.
İslamın həqiqi aşiqləri ağ könyəklilərdirlər...

 

baxılıb: 676 dəfə