İctimai Əxlaq

Heç kimin pisinə danışma!

İnsan adətən, dost və yoldaşlarla bir yerdə olarkən onların hərəsinin hər hansı bir adamın qeybətini etdiyini gördükdə, bunun nəfsində də "ayıbdır, mən də özümü göstərim, mən də kiminsə barəsində danışım" kimi fikirlər dolaşır. Məsələn, onların biri kiminsə qeybətini edir və başqaları da onun qeybətini alqışlayırlarsa, sənin nəfsin səni vadar edir ki, sən də kiminsə qeybətini edəsən, çünki qeybətin bəyənildiyinin şahidi olursan və sən də alqışlanmaq istəyirsən.
Nəfsin səni başqalarının barəsində danışmağa sövq, bəlkə də sövq yox, məcbur edir.
Belə olan halda bil ki:
Əvvəla heç nə danışma,
İkinci, heç nə danışma
Üçüncü, heç nə danışma
Dördüncü, başqasının barəsində heç nə danışma.
Əgər 100 dəfə də nəfsin təhrikinə tuş gəlsən yenə də başqasının barəsində heç nə danışma.
Birdən 101-ci dəfədə daha döxə bilməsən və kiminsə barəsində danışmağa məcbur olsan, yəni susmağa gücün çatmazsa, danışacağın adam barəsində elə sözlər danış ki, sən özün başqalarının sənin barəndə elə sözlər danışmalarını istəyirsən.

baxılıb: 122 dəfə