İctimai Əxlaq

Ağlımız nə qədərdir?!

Əmirəlmöminin Əli əleyhissalam buyurur:
خلیل المرء دلیل علی عقله

"Hər bir insanın dostu onun ağlının (səviyyəsinin) göstəricisidir." (Uyunul-hikəm vəl-məvaiz 1-ci cild 242-ci səhifə)
Yəni hər bir şəxsi onun dostarının kimlərdən ibarət olmasına baxmaqla həmin şəxsin ağlının nə qədər olduğunu bilmək olur. Əgər onun dostları nadan, cahil ya avaradırlarsa bu, onun ağılsızlığından xəbər verir. Amma əgər onun dostları ağıllı, əxlaqlı və təqvalı insanlardırlarsa bu, onun ağıllı və mərifətli olduğunun əlamətidir.
Odur ki, sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
المرء علی دین خلیله و قرینه

"İnsan öz dostu və yoldaşının dinindədir." (əl-Kafi 2-ci cild 375-ci səhifə)
Hədisin mənası budur ki, cahil, nadan və nəfspərəst insanlarla dostluq və yoldaşlıq etmək, onularla mütəmadi ünsiyyətdə olmaq insana çox ciddi mənfi təsir qoyur.
Yəni hər insanın dini onun dostunun dini, baxışları və əxlaqı ilə həmahəngdir. Əgər saleh əməlli, yaxşı, əxlaqlı və təqvalı dostları varsa deməli, o şəxs düzgün yoldadır. Yox, əgər cahil, nalayiq və təqvasız dostları varsa deməli, o şəxs də həmin yanlış yolun yolçusudur.
Əxlaqlı və təqvalı dostlarımızın qədrini bilək, onları özümüzdən uzaqlaşdırmayaq, onları qoruyaq.
Elə isə özümüzə layiqli, əxlaqlı və təqvalı dostlar seçək, pis dostlardan uzaqlaşaq. 
Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur:

وَ مَنْ تابَ وَ لَمْ يُغَيِّرْ رُفَقَائَهُ فَلَيْسَ بِتائبٍ

"Tövbə edən, lakin dostlarını dəyişməyən şəxsin tövbəsi qəbul deyil." (Biharul-ənvar 6-cı cild 35-ci səhifə)

baxılıb: 84 dəfə