İctimai Əxlaq

Razılıq hissi qəzəbin qarşısını alır

“Sevindiyindən yerə-göyə sığmırdı, çünki iki həftədən sonra evlərinin tikintisi başa çatacaq və onlar yeni mənzilə köçəcəkdilər. Amma birdən işçilərin sözlərinə dönük çıxdıqlarından və evin tikintisinin üç ay gec başa çatacağından xəbər tutdu. Möhkəm qəzəbləndi və hirsindən əlləri əsirdi, qəzəb şölələri onun bütün vücudundan yayılırdı.”

Bəzən elə olur ki, Allah Taala bizləri imtahan və tərbiyə etmək üçün bir sıra müşkülləri və problemləri qarşımıza çıxarır, təki bütün işlərin Allahın əlində olduğunu dərk edərək anlayaq.

Qurani-kərim Nisa surəsinin 78-ci ayəsində buyurur:

قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ

“De: Bunların hamısı Allahdandır (dünyada baş verən bütün hadisələr birbaşa Allahın istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir).”

Odur ki, biz həmişə Allahın təqdirindən (nəsibindən) razı olmalıyıq.

Biz belə fikirləşirik ki, ətrafımızda baş verən bütün hadilə və işlər bizim hesablamamıza və meylimizə uyğun olaraq baş verməlidir, odur ki hər hansı bir hadisə ya işdə azacıq fərq ya müşkül yaranan kimi qəzəb hissi bizi boğur, hirslənirik.

Halbuki bizim hərəkət və əksüləməllərimiz meyil və istəyimizə uyğun yox, baş vermiş hədisənin nəticəsinə uyğun olmalıdır. Məsələn, sabah biz təbiət qoynuna səyahətə və yaxud dostumuz ilə görüşə getməliyik, səhər tezdən yuxudan durduqda havanın yağmurlu olduğunu yağış yağdığını görürük buna görə əsla narahat olmamalıyıq, biz qərar və hərəkətlərimizi bu yağışlı havaya uyğun təznimləməliyik. Belə olduqda qəzəb və əsəbilik bizim canımızdan çıxar. Rahat həyat yaşaya bilərik.

Eləcə də ailədə ər-arvad diqqət etməlidirlər ki, ailədə baş verən çətinlik və problemləri razılıq ilə qarşılasalar yaşadıqları mənzildə məhəbbət və eşq toxumları çiçəklənər, heç vaxt qəzəbli və hirsli olmazlar.

baxılıb: 83 dəfə