İctimai Əxlaq

İnsanlarla ünsiyyət qaydalarından


Hər bir mübahisədən sonra
-birinci kim üzr istəyərsə, deməli o, daha şücaətlidir;
-birinci kim qarşı tərəfi bağışlayarsa, deməli o, daha güclüdür;
-o mübahisəni kim daha tez unudarsa, deməli o, daha xoşbəxtdir.
.
Kimə qayğı və ehtiram göstərsəniz, deməli onu özünüzünkü etmisiniz, ancaq kimə pislik etsəniz, deməli onu itirmisiniz.
.
Danışanda söz və kəlmələrinizin qüdrətini çoxaldın səsinizin gücünü yox! Ən güclü kəlmələr Quranın, Məsumların (ə) və Ağılın sizə təqdim etdiyi hikmətli kəlmələrdir.
Baxın, yer üzündə bitki və ağacları çiçəkləndirən yağışdır, Göy gurultusu və şimşək deyil.
.
İnsanın oyanmasına səbəb olan şallaq yanğısı, insanın yatmasına səbəb olan nəvazişdən daha yaxşıdır. Elə isə sizin inkişafınıza səbəb olan tənqiddən qorxmayın, ondan müsbət istifadə edin.
 

baxılıb: 183 dəfə