İctimai Əxlaq

Düzgün yaşayaq

Biz həyatda çox şeyin yerini səhv salırıq.
- Yaşayan insanların gül və ehtirama ehtiyacı vardır;
- Rəhmətə getmişlərin isə Fatihəyə ehtiyacı vardır.
Amma biz isə adətən əksinə edirik:
- Ölülərə baş çəkməyə gedib onlar üçün güllər aparırıq, halbuki onların gülə ehtiyacları yoxdur, onlar bizdən Fatihə umurlar,
- Həyatdakı insanlarla isə elə kobud və soyuq davranırıq ki, onlarla ünsiyyət və dostluğun Fatihəsini oxumuş oluruq.
- Elə isə, həyat fürsətlərindən istifadə edək, bu bayram tətili günlərində gülləri ölülərə yox, dirilərə təqdim edək; insanlarla mehriban və səmimi davranaq,
Heç kimin xətrinə dəyməmək, hamının qəlbini sevindirmək, şüarı ilə yaşayaq!!!

baxılıb: 128 dəfə