İctimai Əxlaq

Əxlaq və xoşrəftarlıq bayramı NOVRUZ

Novruz sözü yeni gün mənasınadır. Köhnə günəş ilinin bitməsi və yeni ilin başlanması novruz günü kimi qeyd edilir.

1- Əlamətdar günləri qeyd edərək bayram etmək çox bəyənilən işdir. Necə ki, həzrət İsa peyğəmbərin(ə) dostları o həzrətdən istədilər ki, Allah göydən onlara hazır yemək göndərsin.

Qurani-Kərim 5-ci Maidə surəsinin 114-cü ayəsində buyurur:

 

قَالَ عِيسىَ ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَائدَةً مِّنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لّأِوَّلِنَا وَ ءَاخِرِنَا وَ ءَايَةً مِّنكَ  وَ ارْزُقْنَا وَ أَنتَ خَيرُ الرَّازِقِينَ

 

“Məryəmin oğlu İsa dedi: Allahım, bizim üçün göydən hazır yemək göndər, təki bu bizm əvvəlincimiz və sonuncumuz üçün həm Bayram olsun, həm də Sənin tərəfindən nişanə və möcüzə olsun. Və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.”

Deməli yaxşı əlamətdar günləri qeyd etmək ilahi sünnətlərdəndir.

Bundan əlavə əgər göydən yerə xörək gəlməsi bayram edilirsə, ölmüş təbiətin dirilməsi və insanların qidasının ən mühüm mənbəyi sayılan bitki və ağaclar aləminin cücərib yetişməsi necə bayram olmaya bilər!? Odur ki, hədislərdə “bahar fəslində Allahı daha çox xatırlayın” söylənilmişdir. İnsan qışda təbiətə nəzər saldıqda ilk baxışdan ona elə gəlir ki, bu təbiət bir daha oyanmaz, lakin baharın gəlişi ilə təbiətdə İlahi möcüzə baş verir.

Həmçinin nəqllərə əsasən Aişəni iki kənizi vardı. Günlərin birində bu iki kəniz çalıb oynayırdılar. Əbubəkr onları belə görüb onları şeytan adlandırdı, şənlənmələrinə mane oldu. Amma həzrət Muhəmməd səllAllahu əleyhi və alih onlara şənlənməyə icazə verərək buyurdu: Hər xalqın bayramı var, bu da onların bayramıdır.

Umdətul Qari 6-cı cild 268-ci səhifə (müəllif əl-Ayni)

 

2- Hədislərə əsasən Novruz günü tarixdə bir çox əlamətdar hadisələr baş vermişdir.

1) Dünyanın yaranması

2) Adəmin yaranması

3) Günəşin saçmağa, küləklərin əsməyə və gül-çiçəyin bitməyə başlaması

4) Nuh peyğəmbərin gəmisinin Cudi dagında aramlıq tapması.

5) Ölümün qorxusundan evlərindən qaşarkən ölmüş neçə min insanın Allahın əmri ilə yenidən dirilməsi.

6) İbrahim peyğəmbərin bütləri sındırması

7) Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin imam Əli əleyhissalamı Qədir-Xum günü Vəsi təyin etməsi.

8) 12-ci İmamın(ə) zühur edəcəyi gün.

Biharul ənvar 56-cı cild 93-cü səhifə

 

3- Novruz günü baş vermiş çoxlu sayda əlamətdar hadısələrin ən mühümü Qədir-Xum hadisəsidir.

İslami bayramların içində heç bir bayram Qədir Xum bayramı qədər uca deyil.

Bildiyiniz kimi Qədir Xum günü hicri tarixi ilə 10-cu ilin Zilhiccə  ayının 18-də baş vermişdir ki, bu gün də mart ayının 20-sinə təsadüf etmişdir. Və bu hesablama da İmamların elmi möcüzələrindəndir.

İbn Fəhd Hilli özünün “Muhəzzibul bari” kitabında yazır:

و ممّا ورد فى فضله و یعضد ما قلناه، ما حدّثنى به المولى السید المرتضى العلاّمه بهاء الدین على بن عبدالحمید النسّابه دامت فضائله ، ما رواه بإسناده إلى المعلّى بن خُنیس عن الصادق(ع): إنّ یوم النوروز، هوالیوم الّذى أخذ فیه النّبى(ص) لأمیرالمؤمنین(ع) العهد بغدیرخم، فأقرّوا له بالولایه، فطوبى لمن ثبت علیها والویل لمن نکثها

Novruz gününün fəzilət və üstünlüyü ilə əlaqədar nəql edilmiş və bizim sözlərimizi təsdiq edən hədislərdən biri də Əllamə Seyyid Bəhaəddin Əli ibn Əbdulhəmidin sənəd ilə Muəlla ibn Hunəysdəndir ki, İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir: “Novruz günü həmin gündür ki, Qədir Xumda həzrət Muhəmməd səllAllahu əleyhi və alih Əli əleyhissalam üçün müsəlmanlardan beyət aldı və müsəlmanlar Əli əleyhissalama beyət etdilər. Xoş o adamların halına ki, ömürlərinin sonunadək bu beyətə sadiq qaldılar. Vay olsun o adamların halına ki, beyətlərini sındırdılar.”

Bu hədisi Əllamə Məclisi də “Biharul ənvar” kitabının 37-ci cildinin 108-ci səhifəsində nəql etmişdir.

Əllamə Məclisi “Biharul ənvar” kitabının 56-cı cildində bu hədisin üzərində 53 səhifəlik araşdırma apararaq 10-cu ilin Zilhiccə  ayının 18-inin mart ayının 20-sinə təsadüf etdiyini sübut etmişdir.

.

4- Əhli-sünnə mənbələrində novruzu təsdiq edən hədislər.

Əhli-sünnə mənbələrinə nəzər saldıqda görürük ki, orada novruz ilə əlaqədar hədislər iki qismdir, bu hədislərin bir qismi novruzu təsdiq edir, o biri qism isə tamamilə inkar edir.

Biz burada novruzu təsdiq edən hədislərin bir neçəsini qeyd edirik;

a) Buxari (vəfatı 256 h.q) özünün “ət-Tarixul Kəbir” kitabının 1-ci cild 414-cü səhifəsində yazır:


حمّاد بن سلمة بن على بن زيد، عن السعر التميمى: أتى عليٌّ بفالوذج. قال: «ما

هذا؟». قالوا: اليوم النيروز. قال: فنَيرِزوا كل يوم 

 

“Əli (əleyhissalam) üçün faludə (dondurma növü) gətirdilər. Buyurdu: Bu nədir? (nə münasibətlədir?) Dedilər: Bu gün novruzdur. Buyurdu: Hər günü novruz (kimi) edin.”

.

b) Biruni (vəfatı 440 h.q) özünün “əl-Asarul baqiyə”kitabının 230-cu səhifəsində yazır:

أو قسّم الجام بين أصحابه و قال: ليت لنا كلّ يومٍ نوروز

 

“Allahın rəsulu üçün içi halva ilə dolu cam gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruz günüdür.” Buyurdu: Bəli, bu gündə Allah əskərəni diriltdi. Soruşdular: Ey Allahın peyğəmbəri! Əskərə nədir? Buyurdu: Əskərə, ölümün qorxusunda şəhərlərindən çöllüklərə qaçan mənilərlə adamlardır ki, Allah onlara dedi: Ölün! Onlar da öldülər. Sonra isə Allah yenidən onları diriltdi, belə ki, Allahın buludlara əmri ilə onların üzərinə yağış yağdı. O vaxtdan (novruzda) su səpmək sünnət oldu.

Daha sonra Peyğəmbər (s) həmin halvadan yedi və buyurdu: Kaş, hər günümüz novruz olaydı.

Bu hədisdə işarə edilən hadisə Qurani-kərimin Bəqərə surəsinin 243-cü ayəsini əks etdirir. Həmin ayədə oxuyuruq:

 

أَ لَمْ تَرَ إِلىَ الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَ هُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ  إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلىَ النَّاسِ وَ لَاكِنَّ أَكْثرَ النَّاسِ لَا يَشْكُرُونَ

 

“(Ya Rəsulum!) Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!”

.

c) Firuzabadi (729-817 h.q) özünün “əl-Qamus” kitabının 2-ci cild 179-cu səhifəsində yazır:


قدم الى على شى‏ء من الحلاوى، فسأل عنه، فقالوا للنيروز فقال: نيروزنا كل يوم

 

“Əli (əleyhissalam) üçün bir qədər halva gətirdilər. Soruşdu: Bu nədir? Dedilər: Novruza görədir. Buyurdu: Bizim hər günümüz novruzdur.”

.

5- Novruz bayramının adət ənənlərindən biri də insanların bir-birləri ilə görüşməsi və bir-birlərinə hədiyyə verməsidir.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

فَنَیرزوا إن قدرتم کلَّ یومٍ یعنى تهادوا و تواصلوا فى اللّه

“Bacardığınız qədər hər gününüzü novruz edin, yəni Allah yolunda bir birinizə hədiiyə verin və bir-birinizlə görüşün”

Dəaimul İslam 2-ci cild 326-cı səhifə

 

Həmçinin başqa bir hədisdə oxuyuruq:

عدّه من أصحابنا، عن سهل بن زیاد و أحمد بن محمد جمیعاً، عن ابن محبوب، عن ابراهیم الکرخى، قال: سألتُ أباعبداللّه(ع) عن الرجل تکون له ضیعه، فإذا کان یوم المَهرَجان أو النَّیروز، أهدوا الیه الشى‏ء لیس هو علیهم، یتقرّبون بذلک الیه. فقال(ع): «ألیس هم مُصلّین؟». قلتُ: بلى. قال: فلیقبل هدیّتهم و لْیُکافِهِم؛ فإنّ رسول اللّه(ص) قال: «لو أهدى الیّ کراع لقبلتُ، و کان ذلک من الدین، ولو أنّ کافراً أو منافقاً أهدى الیّ وسقاً ما قبلت، و کان ذلک من الدین. أبى اللّه عزّ وجلّ لى زبد المشرکین والمنافقین وطعامهم». 
 

İbrahim Kərəxi deyir: İmam Cəfər Sadiq əleyhissalamdan soruşdum ki, bir nəfərintarlası var. Mehrəqan ya Novruz günündə ona hədiyyələr verirlər və onları götürsünmü? İmam(ə) buyurdu: Onlar namaz qılandırlarmı? Dedim: Bəli. İmam(ə) buyurdu: Gərək onların hədiyyəsini alsın və əvəzini versin. Həqiqətən həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurub: Əgər mənə bir keçi budu gətirsələr mən onu qəbul edərəm, çünki bu dundarlıqdandır. Amma əgər Kafir və ya Münafiqlər inək ya qoyun budunu mənə versələr qəbul etmərəm, çünki bu dindarlıqdandır. Allah Müşrik və münafiqlərin yeməklərini bizə rəva görmür.

Əl-Kafi 5-ci cild 142-ci səhifə

 

Başqa bir hədiqdə oxuyuruq:

أتى على(ع) بهدیه النَّیروز، فقال(ع): «ما هذا؟». قالوا: یا أمیرالمؤمنین! الیوم النَّیروز. فقال(ع): «إصنعوا لنا کلّ یوم نَیروزاً».   
روى أنّه قال (ع): نیروز ناکل یوم

Əmirəlmöminin Əli əleyhissalama Novruz bayramında hədiyyə gətirdilər. İmam(ə) buyurdu: Bu nədir belə? Dedilər: Ey əmirəlmöminin, bu gün novruz günüdür. İmam(ə) buyurdu: Hər günü Novruz edin. Bizim hər günümüz novruzdur.

Mən la yəhzurəhul fəqih 3-cü cild 300-cü səhifə

 

6- İslam şəriətinə əsasən Novruz bayramınqa qüsl almaq, təmiz paltarlar geyinmək, oruc tutmaq, Novruz bayramı namazını qılmaq çox savab əməllərdəndir, müstəhəbdir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

عن المُعلَّى بنِ خُنیس، عن مولانا الصادق(ع) فى یوم النَّیروز، قال(ع): إذا کان یوم النیروز، فاغتسل و البس أنظف ثیابک و تطیب بأطیب طیبک و تکون ذلک الیوم صائماً، فإذا صلّیت النوافل والظهر والعصر فصلّ بعد ذلک أربع رکعات، تقرأ فى أوّل کلّ رکعه فاتحه الکتاب و عشر مرّاتٍ «إنّا أنزلناه فى لیله القدر»، و فى الثانیه فاتحه الکتاب و عشر مرّات «قل یا أیها الکافرون»، وفى الثالثه فاتحه الکتاب و عشر مرّاتٍ «قل هو اللّه أحد»، و فى الرابعه فاتحه الکتاب و عشر مرّاتٍ «المعوّذتین»، و تسجد بعد فراغک من الرکعات سجده الشکر و تدعو فیها، یغفر لک ذنوب خمسین سنه.   
 

“Novruz günü olanda qüsl al, təmiz paltarlar geyin, özünə gözəl iyli ətir vur, həmin günü oruc tut. Zöhr və Əsr namazlarını nafilələri ilə qıldıqdan sonra 4 rəkətli (2 ədəd 2 rəkətli) namaz qıl. Birinci rəkətdə Fatihədən sonra 10 dəfə Qədr surəsi, 2-ci rəkətdə Fatihədən sonra 10 dəfə Kafirun surəsi, 3-cü rəkətdə Fatihədən sonra 10 dəfə İxlas surəsi, 4-cü rəkətdə Fatihədən sonra 10 dəfə Fələq və Nas surələrini oxuyarsan. Namazı bitirdikdən sonra şükür səcdəsi et və dua et. Sənin 50 illik günahın bağışlanar.

Vəsail 8-ci cild  173-cü səhifə

 

7- Novruz şərəfli və böyük gündür. Bu gündə arzular, dualar, istəklər qəbul olur.


Muhəddis Nuri “Mustədrəkul Vəsail” kitabında İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir:

عن المفضّل بن عمر، عن الصادق(ع)، قال له فى خبر طویل فى جمله کلامه(ع):أ فأوحى اللّه الیه: «یا حزقیل! هذا یوم شریف عظیم قدره عندى، و قد آلیت أن لایسألنى مؤمن فیه حاجه الا قضیتها فى هذا الیوم و هو یوم نیروز» 

Müfəzzəl ibn Ömər imam Cəfər sadiq əleyhissalamdan nəql edir ki, İmam(ə) buyurdu:

“Allah həzrət Həzqil Peyğəmbərə belə vəhy etdi: Bu gün Mənim yanımda şərəfli və böyük gündür. Özümlə əhd etmişəm ki, hansı mömin bu gündə məndən hacət və arzusunu istəsə Mən onun hacətini qəbul edərəm, həmin gün Novruz günüdür.”

baxılıb: 179 dəfə