İctimai Əxlaq

Ünsiyyət əxlaqı

Dostluq bəhanəsi ilə hörmətsizlik

İnsanlarla ünsiyyət və dostluq ilə əlaqədar ən mühüm incəliklərdən biri də həyatın bütün  mərhələlərində, eniş və yoxuşlarında dostluq hüquqlarına düzgün riayət etməkdir. İnsan kimisə özünə dost seçdikdə tədriclə özünün səmimiyyət və açıqlıq qapısını dostunun üzünə açır.

Bəzən bu dostluq və səmimiyyət onu dostunun hüquqlarına riayət etməyi unutdurur və bu da cəmiyyət içində dostunun hüquqlarına riayət etməməsinə səbəb olur. Hər bir insanın dostunun onun boynunda olan hüquqlarından biri də budur ki, insanların arasında dostunun hörmətini saxlasın, yaxşılıq edərkən dostunu irəli salsın, onun nəyəsə ehtiyaclı olduğundan xəbər tutan kimi ona tez yardım etsin...

Amma təəssüflər olsun ki, bəzi hallarda bu səmimiyyət və açıqürəklilik cəmiyyət içində dostunun hüquqlarına riayət edilməməsinə, hətta bir çox hallarda dostunun özünü belə unutmasına səbəb olur.

Əlbəttə bu hal əsasən ondan qaynaqlanır ki, dostlar bir birlərinə o qədər açıq və səmimi olurlar və adətən bir birləri ilə səmimi olan insanlar öz aralarında hüquqlara az diqqət edirlər, hətta bir çox hallarda hər iki tərəf hüquqları tamamilə unudurlar. Məsələn: Öz aralarında dostluq və dərin səmimilik hiss etdikdə bir birlərinə “siz” ilə deyil, “sən” ilə müraciət edirlər. Belə şeylər adət şəklini alanda onlar cəmiyyət içində belə bir birləri ilə ehtiramsız və ictimai hüquqları nəzərə almadan davranırlar.

Diqqət edilməlidir ki, dostlar arasında belə bir tərzdə rəftar edilməsi dostluğu zəiflədir, dostluğun möhkəmliyini kölgə altına alır. Açıqlıq, səmimilik və birrəngli olmaq insanların arasında dostun hüququnun unudulmasına səbəb olmamalıdır, onun hüququna ehtiram etmək lazımdır. Çünki dostun hüququna ehtiram etmək həqiqi mənada dostun özünə ehtiramın əlamətidir. Səmimiyyət ehtiramsızlığa və ictimai hüquqlardan yayınmağa səbəb olmamalıdır. Çünki hər bir şəxsin cəmiyyətdə özünəməxsus mövqeyi və hüquqları vardır, elə buna görə də onun hüquqlarına və ictimai mövqeyinə ehtiram edilməlidir.

Bu əxlaqi incəlik və qaydaya hətta ailə həyatında da riayət edilməlidir. Təbiiidir ki, ailədə ər və arvad bir birlərinə tam səmimi və xüsusi münasibətdə olmalı, bir birilərinə heç bir pərdə və maneə olmadan məhəbbət bəsləməlidirlər, lakin bu səmimiyyət və xüsusilik onların cəmiyyətdə və camaatın arasında da bir birləri ilə ailə daxilindəki kimi rəftar etmələrinə əsas ola bilməz. İctimai ehtiramlar insanın öz həyat yoldaşına da cəmiyyətin qəbul etdiyi tərzdə ehtiram etməyi, hətta danışıqda belə ehtiram və ədəbləri nəzərə almağı zəruriləşdirir.

Buna görə də onların evdə bir birlərinə xüsusi ad və ya ləqəblər vasitəsilə müraciət etmələri, onların cəmiyyətdə və insanların qarşısında da həmin müraciət kəlmələrindən istifadə etməyə səbəb ola bilməz.

Deməli, hər bir şəxs öz dostu və əzizi ilə münasibətdə qərar tutduğu vəziyyətin sərhədlərini nəzərə almalı, onları qorumalıdır. Səmimilik və həmrənglik bəhanəsi ilə ictimai ehtiramın sərhədlərini aşmamalıdır. Yoxsa bu növ sərhədaşmalar dostluğun əsasını titrədir və davamlığını təhlükə altına alır.

Əgər dostluq və yoldaşlığı bəhanə edib insanlar arasında ona ehtiram etməsək həqiqi dostluq tədriclə əriyərək yox olacaqdır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

لا تضيعن حق أخيك اتكالا على ما بينك وبينه ، فإنه ليس لك بأخ من أضعت حقه

 

“Dostunla sənin aranda olan səmimi əlaqəyə arxalanaraq dostunun haqqını (cəmiyyətdə) zay (puç) etmə. Həqiqətən cəmiyyət arasında onun sənin boynunda olan haqqlarına riayət etməlisən.”

əl-Vafi 26-cı cild 239-cu səhifə

baxılıb: 185 dəfə