İctimai Əxlaq

Sağ-salamatlığın dəyəri

Dua etmək əxlaqı

İmam Rza əleyhissalam buyurur:

دعوات الراوندي : قال الرضا عليه السلام : رأى علي بن الحسين عليهما السلام رجلا

يطوف بالكعبة ، وهو يقول : " اللهم إني أسئلك الصبر " قال : فضرب علي بن الحسين

عليهما السلام على كتفه ، قال : سألت البلاء قل " اللهم إني أسئلك العافية والشكر

على العافية "

“İmam Zeynul Abidin əleyhissalam bir kişinin Kəbə evini təvaf edərək “Allahım, Səndən səbir istəyirəm” deyə dua etdiyini gördükdə həmin kişiyə yaxınlaşaraq əlinin onun çiyninə qoyub buyurdu: -Sən (belə dua ilə əslində özünə) bəla (müsibət) istəyirsən, (yaxşısı budur ki, belə) de: “Allahım, Səndən sağlıq və salamatlıq istəyirəm və bu sağ-salamatlığa görə Sənə şükür edə bilməyi mənə nəsib et”, çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.”

Biharul ənvar 92-ci cild 285-ci səhifə

.

Bildiyimiz kimi səbir üç növdür. İtaətdə səbir, günahlar qarşısında səbir və bəla-müsibət zamanı səbir. İnsanlar arasında səbir kəlməsi əsasən bəla və müsibətlər zamanı onlara dözmək mənasında başa düşülür. Kəbənin kənarında dua edən kişinin Allahdan istədiyi səbir də bəla və müsibətlər zamanına aid olan səbirdir.

Allahdan səbir istəməkdən məqsəd budur ki, başıma gələcək bəla və müsibətlərə səbir edərək dözə bilim. Məlum olur ki, sən bəla və müsibət yoluna qədəm qoymağa çalışırsan, bəla ilə əlaqədar özün üçün hazırlıq görürsən, sanki zəhərin qarşısını alacaq məcun (padzəhr) istəyirsən ki, bəla və müsibət zamanı ondan istifadə edərək bəlanın təsirini azalda biləsən.

Odur ki, İmam Zeynul Abidin əleyhissalam həmin kişiyə xəbərdarlıq edir ki, sən Allahdan səbir istəməklə, əslində özünə bəla və müsibət istəyirsən.

Onun əvəzində belə desən daha yaxşı olar: “Allahım, Səndən sağlıq və salamatlıq istəyirəm və bu sağ-salamatlığa görə Sənə şükür edə bilməyi mənə nəsib et”. Çünki sağlıq və salamatlıq duası həqiqətdə bəla və müsibətin tam əksidir. Hətta Allahdan istə ki, sağ-salamatlığın şükrünü edə bilmək qüdrətini sənə nəsib etsin. Beləliklə Allahdan həm sağlıq və salamatlıq istəyirsən, həm də Allahdan istəyirsən ki, salamatlığın şükrünü sənə nəsib etsin.

Bunun ardınca imam Zeynul Abidin əleyhissalam buyurdu: “Çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.” Ona görə ki, bəla və müsibət zamanı sənin səbir edib dözməkdən başqa çarən yoxdur. Başına bəla və müsibət gəldikdə nə edəcəksən? Dözməkdən başqa yolun yoxdur. Bəla zamanı olan səbirin dəyəri çox deyil, orada dəyər yalnız budur ki, az-zah etməyəsən, üz-gözünü cırmayasan, qışqır-bağır salmayasan, bütün işlərini buraxıb ağlamaq və gilieylənmək ilə gününü keçirməyəsən.

Ancaq Allahın sənə sağlıq və salamatlıq bəxş etməsi zamanı şükür edib etməmək sənin ixtiyarına buraxılıb, sənə qarşı heç bir təzyiq də yoxdur. Şükürün dəyəri səbirin dəyərindən çoxdur. Ona görədə İmam Zeynul Abidin əleyhissalam sonra o kişiyə belə buyurur: “Çünki sağ-salamatlığa görə şükür etmək bəla (və müsibətə) səbir etməkdən daha yaxşıdır.”

Deməli, insan dua etməyin yolu və qaydasını da Allahın vəlilərindən öyrənməlidir. Biz düzgün dua etməyin yolunu bilmirik, Allahın vəliləri əvvəlcə bizim imanımızı mülahizə edir, sonra isə bizə dua etməyin yolunu öyrədirlər. İmamın (ə) həmin kişiyə sözündən məqsəd bu idi: “Sən hara, bəlaya səbir edə bilmək hara!! Allahdan salamatlıq istə. Sonra da sənə verdiyi salamatlığa görə Ona şükür et, çünki sənin bu şükürün sənə bəxş edilmiş salamatlığın artması və davamına da səbəb olacaqdır.

baxılıb: 176 dəfə