İctimai Əxlaq

Təmiz həyat yaşayaq

Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Ey Allah bəndələri! Bilin ki, pərhizkarlar(müttəqilər) keçici dünyanı və gələcək axirəti qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında şərik oldular. Dünya əhli isə onların axirətlərində şərik olmadılar. Onlar dünyada ən yaxşı şəkildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan xoşgüzaran və rifah əhli kimi bəhrələndilər, və itaətsizlərin (imansizların) aldıqları ləzzəti aldılar." Şərhu İhqaqul Haqq 26-cı cild 490-cı səhifə

Bu sözlər ilə Əmirəlmöminin Əli əleyhissalam həqiqi möminlərin sifətini tanıtdıraraq bəyan edib. Həqiqi möminlər o insanlardırlar ki, həm bu dünyanı həm də axirəti qazanıblar. Odur ki, Qurani-Kərim Bəqərə surəsinin 201-ci ayəsində möminlərin həm dünya həm də axirət xoşbəxtliyi qazanmaq arzusunda olduqlarını bəyan edir, və möminlərin belə bir duasını Allah Taala bəyənir. 
Həmçinin Qurani-Kərim İsra surəsində "Bu dünyada kor olan adam Axirətdə də kordur" deyərək dünyada zəlil olan adamın axirətdə xoşbət ola bilməsini mümkünsüz olduğunu bildirir.
Bu dünyanın yeganə bəhrəsi əksər insanlar üçün Əylənmək və keyf etməkdən ibarətdir. Dünyada olan bütün ləzzətlər cəmi 6 qismə bölünür.
1- Yemək. Möminlər yalnız pak və təmiz yeməklər yeyir, amma dünya əhli pakla murdarı qarışdırıb yeyirlər.
2- İçmək. Möminlər yalnız pak və təmiz içkiləri içir, amma dünya əhli pakla murdarı qarışdırıb içirlər.
3- Minmək. Möminlər də dünya əhli kimi minik növlərindən istifadə edirlər.
4- İyləmək. Möminlər də əngözəl gül-çüçək, eləcədə ən yaxşı ətirlərdən istifadə edirlər.
5- Geyinmək. Möminlər də təmiz, keyfiyyətli və layiqli geyimlər geyirlər.
6- Cinsi münasibət. Möminlər də evlənirlər, ailə həyatı qururlar. Möminə qadınıar öz mömin ərlərindən, Mömin kişilər öz möminə arvadlarından bəhrələnirlər.
Gördyyünüz kimi bu dünya həyatında dünya əhli heç cürə mömindən üstün deyil.
Axirət isə yalnız təqvalılara məxsusdur. Deməli mömin hər iki dünyanı qazanmaq yarışının qalibidir.
Biharul ənvar kitabının 10-cu cildində belə bir hədis var:
"İmam Cəfər Sadiq əleyhissalamın yanına bir dinsiz filosof gətirirlər. 
Filosof deyir: "Mən axirətin varlığına inanmıram. Ona görə də mənim üçün bu dünyada halal haram yoxdur."
İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Sən özün elm adamısan, deməli ağlını işə sala bilərsən. Bax tutaq ki, biz hər ikimizin əcəli çatdı və ikimiz də öldük. Məlum oldu ki, Axirət doğrudan da yox imiş -halbuki axirətin varlığı danılmaz bir həqiqətdir- onda sən heç nə itirmədiyin kimi mən də heç nə itirmiş olmayacağam. Əksinə mən səndən daha şərəfli həyat yolu yaşamış olacağam. Çünki Din mənim pak və təmiz həyat yaşamağıma səbəb olmuşdur. Təmiz geyinmişəm, pak yeməklər yemişəm, pak sular içmişəm. İnsanlara bacaqdığım qədər yaxşılıq etmişəm.
Amma əgər biz öləndən sonra görsək ki, doğrudan da axirət var imiş -halbuki axirətin varlığı danılmaz bir həqiqətdir- elə isə onda necə olacaq?! Onda mən qalib olacam sən isə məğlub. Deməli hər iki halda mən düz yoldayam. Amma sənin aqibətin necə olacaq?!
Filosof bir az düşündükdən sonra tövbə edərək İmamın vasitəsilə hidayət oldu."
Allah Taala bizləri həqiqi mömin və pərhizkarlardan, eləcə də hər iki dünyanın qaliblərindən etsin. Amin.

baxılıb: 685 dəfə