İctimai Əxlaq

Zəif və gücsüz insanın xüsusiyyətləri

İslam əxlaqında güclü və zəif insanın əlamətləri, nişanələri və xüsusiyyətləri barədə ayrıca bir mövzu vardır. Həmin mövzunun xülasəsini və ən mühümlərini burada qeyd edirik. . Birinci hissə Zəif və gücsüz insanın xüsusiyyətləri


1- Onun əməl və rəftarları ağıl və düşüncənin üzərində qurulmamışdır.
Elə insanlar vardır ki, onların əməl, hərəkət və rəftarları ağıldan kənardır. Etdiyi hərəkət və rəftarları barədə heç nə düşünmür. Kor-koranə əməl edir.
.
2- İradəsi çox zəifdir, heç bir işdə qəti qərara gələ bilmir.
Məsləhət olmayan işdə israr etmək və ya hər hansı işə düşünmədən ya dəlicəsinə meyilli olmaq iradəsizliyin əlamətidir.
Belə ki, iradəsi zəif olan insanlar etmək istədikləri işdə kiçik bir problem çıxmaqla və ya azacıq bir çətinliyə düşməklə o işdən soyuyurlar, səy və çalışmaqlarını dayandırırlar...
.
3- Zərfiyyət, qabiliyyət və bacarıqları zəifdir.
Hədislərə əsasən insanların ən zəifi və ən gücsüzü var-dövlət və sərvətə malik olmağa ləyaqət və qabiliyyətləri olmayan adamlardırlar. Belə insanlar varlı və pullu olduqda öz var-dövlətlərini haraya və necə xərcləməyin yollarını bilmirlər. Yaşayışlarında heç bir hesab-kitaba malik deyillər. Ehtiyacı olan insana pul vermir, xeyir işə pul xərcləmir, amma lazımsız yerlərə pulları israf edirlər.
Həzrət Muhəməd səllAllahu əleyhi və alih buyurur:
اضعف الناس من لا یحتمل الغنی

“İnsanların ən zəifi varlı olmağa (dözməyən) ləyaqəti olmayandır.”
.
4- Mərifətsiz və məntiqsizdir.
Məsumların buyurduqlarına əsasən ən gücsüz və ən zəif insanlar elm və mərifəti olmayan, bəsirət və uzaq görənlikdən məhrum olan, haqq ilə batil arasında fərq qoya bilməyən adamlardır.
Belə adamlar həqiqi rəhbərlə yalançı rəhbərin arasında fərq qoya bilmir, həqiqi vətənpərvər ilə yalançı şəxsin arasında fərq qoya bilmir, düzgün adam ilə riyakar adam arasında fərq qoya bilmir, həqiqi alim ilə dünyapərəstin arasında fərq qoya bilmir, xülasə bu şəxs seçimdə nadan və səviyyəsizdir.
.
5- Nəfsinin istəklərinə itaət edən
İnsanların ən gücsüzü və ən zəifi o şəsdir ki, nəfsi istəkləri onun ağıl və iradəsinə qalib gəlib.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur:
ما تحت ظل السماء من اله يعبد من دون الله اعظم عند الله من هوي متبع
"Yer üzündə Allahdan başqa sitayiş edilən məbudlarin, bütlərin içində ən böyük büt itaət edilən nəfsdir."
Əzvaul bəyan 6-cı cild 58-ci səhifə
Nəfsin təhlükəsi bütlərdən daha pisdir, daha qorxuludur, çünki
- Büt bütpərəstdən aralıdır, amma Nəfs həmişə səninlədir.
- Bütpərəst nə vaxt işi çətinə düşsə bütün sorağına gedir, amma sən nəfsdən əl çəkə bilmirsən, Nəfs səni buraxmır.
- Büt öz-özlüyündə zərərli deyil, amma Nəfsin zərər və ziyanları məlumdur. Nəfs zərər və ziyan mənbəyidir.
- Bütpərəst bütpərəstliyini boynuna alır, amma Nəfsinə pərəstiş edən, Nəfsə pərəstiş etdiyini boynuna almır. Deyir: "Mən Allahpərəstəm." “Mən möminəm.” “Mən dindaram”.
- Büt ona pərəstiş edəni pis yollara və pis işlərə sürükləmir, amma nəfsin işi insanı pisliklər və şərrlərə sövq və vadar etməkdən ibarətdir.
 

baxılıb: 338 dəfə