İctimai Əxlaq

BÖYÜK HƏYAT DƏRSİ...

Şir olun, canavar olmayın!

... Bir gün erkək bir sərçə həzrət Süleyman əleyhissalamın yanına gəlib dedi: “Bu dişi sərçə mənə məhəl qoymur. Ona nə qədər qayğı göstərirəm, nə qədər sevgi, rəğbət göstərirəm, qarşılığında sevgisizlik görürəm”.

Həzrət Süleyman əleyhissalam dişi sərçəni çağırtdırıb izahat tələb etdi. 

Sərçə dedi: ey Allahın Peyğəmbəri, “O, mənə sevgi bəslədiyini yalan deyir. Başı altında başqasını da saxlayır və onu sevir”. 
Həzrət Süleyman əleyhissalam bu hədisənin onun üçün bir dərs olduğunu dərk edərək zar-zar ağlamağa başladı, o qırx gün ağladı və buyurdu: 
"İlahi, Süleymanın qəlbindən Səndən başqasının məhəbbəti boşalt."
Bilirsənmi niyə? Yəni İlahi, olmaya biz də qəlbimizdə səndən başqasına yer vermişik? 

فقال سليمان عليه السلام
للعصفورة : لم تمنعينه من نفسك وهو يحبك ؟ فقالت : يا نبي الله إنه ليس محبا ولكنه
مدع ، لأنه يحب معي غيري ، فأثر كلام العصفورة في قلب سليمان ، وبكى بكاء شديدا
واحتجب عن الناس أربعين يوما يدعو الله أن يفرغ قلبه لمحبته وأن لا يخالطها بمحبة
غيره 

Biharul-ənvar 14-cü cild 95-ci səhifə

Hər bir insan onun qarşı cinsdən sevgilisinin olmasının arzulayır, bu istək bütün insanlarda fitri bir istəkdir. Hər kəs öz qəlbinin istəklisini, öz eşqini və məhəbbətini tapmaq ardıncadır. Kimlər buna nə qədər nail olur ya olmur bu başqa mövzudur.
Mənim hər bir subay və ya dul kişilərə və qadınlara demək istədiyim budur ki,
çalışın ŞİR olasınız, CANAVAR olmayın!
Baxın, ŞİR ov üçün böyük bir dəstə kəşf edir, əvvəlcə diqqətlə onları izləyir, bəyəndiyini və xoşuna gələni taparaq dəqiqləşdirdikdən sonra o dəstəyə daxil olur, seçdiyini götürüb onlardan ayrılır.
Amma, CANAVAR bir dəstəni görən kimi onlara hücum edir, beşini, onunu, bəzən daha çoxunu yaralayır və birini götürüb onlardan aralanır.
Elə isə, ŞİR kimi olun, öz bəyəndiyinizi, qəlbinizə yatanı tapıb dəqiqləşdirdikdən sonra onu seçin və kənara çəkilin.
CANAVAR kimi, neçə neçə insanın qəlbini yaraladıqdan sonra birini seçənlərdən olmayın. Neçə neçə qəlbi yaralayan insan xoşbəxt ola bilməz. 
Çünki o yaralı qəlblərin ahı onları xoşbəxt yaşamağa qoymaz.
Allah Taala hamımızı xoşbəxt etsin!

baxılıb: 588 dəfə