İctimai Əxlaq

İnsanları əvf etməyi və bağışlamagı bacarın.

İnsanlardan intiqam və qisas almaq fikrində olmayın ki, rahat olasınız.

İntiqam almaq zahirdə rahat edici və sakitləşdirici kimi görünsə də əvvəla qeyri sabitdir, ikici yalançı rahatlıq gətirəndir və üçüncü zəif insanların işidir. Bağışlamaq, əvf etmək və güzəştə getmək ali insanların amalıdır.İnsan qəzəbli olduqda qarşı tərəfin ən ağır cəzaya belə düçar olmasını arzu edir, amma əsəbləri soyuduqda rəhm hissi yenidən baş qaldırır. Qəzəb ən geci üç günə soyuyur, buna görə də hədislərdə üç gündən artıq küsülü qalmaq çox pislənmişdir. Yəni, üç gün keşdikdən, qəzəb soyuduqdan sonra rəhm hissi insana qayıtmırsa bu həmin insan üçün çox pis əlamətdir. Həmin insanda rəhm və mərhəmət hissinin ölü vəziyyətdə olmasını göstərir.

Tarixi nəqlllərə əsasən böyük alimlərdən olan mərhum Şahabadi günlərin birində evə gedərkən küçədə bir nəfər onun qarşısını kəsərək onu təhqir edərək ona pis sözlər deyir. Əllamə Şahabadi ondan  aralandıqdan sonra həmin şəxsin cavabını verir, amma çox sakitcə və heç kin eşitməyəcəyi tərzdə.

Oğlu atasına deyir: -Ata, niyə belə etdin?! Onu nə üçün Allaha tapşırmadın?!

Əllamə Şahabadi dedi: -Oğlum, mən Allah Taalanın intiqam almasını gördüyüm gündən heç kimi Allaha tapşırmıram. Belə ki, günlərin birində hamama getmişdim. Krantı açanda su möhkəm fışqırdı və şahın məmurlarından birinin üstünü yaş etdi. O, əsəbləşib məni camaatın yanında təhqir elədi. Mən isə ona “səni Allaha tapşırdım” deyib hamamdan çıxdım. Evə gəldikdən bir saat sonra qapı döyüldü, qapını açanda gördüm ki, hamamın işçilərindən biridir. O mənim hamama gəlməyimi istədi, səbəbini soruşduqda “gəl özün gözünlə gör” dedi. Hamama gəldikdə gördüm ki, həmin məmur hamamın pilləkənindən yıxılıb və dili tutulub. Ağlayaraq işarə ilə məndən onu bağışlamağımı istədi. Mən əllərimi yuxarı qaldıraraq onun bağışlanması üçün Allah Taalaya dua etdim. Duam qurtaram kimi onun dili açıldı.

O gündən bəri kim mənə qarşı təhqir və ya ədəbsizliyə yol veribsə onun cavabına sakit halda özüm verirəm ki, Allah Taala ondan intiqam almasın. Allah Taala böyük intiqam alandır.

baxılıb: 475 dəfə