İctimai Əxlaq

Ailədə "üzr istəmək" mədəniyyəti

Cəmiyyətdə üzr istəmək mədəniyyətinin yayılması ailələrdən başlamalıdır.

Görürük ki, cəmiyyətdə bir çox hallarda bəzi insanlara qarşı etdiyi səhvlərə görə üzr istəmək və eləcə də üzr istəyənlərin üzrlərini qəbul etmək çətin və mümkünsüz olur. Bunun kökünü ailədə axtarmaq lazımdır. Əgər ailədə ailə üzvləri arasında təqsirlər və səhvlər zamanı məntiqli əksül əməl baş veribsə onlar üçün cəmiyyətdə üzr istəmək və ya insanların üzrlərini qəbul etmək çətin olmayacaq.

Ailədə üzrxahlıq müxtəlif şəkillərdə ola bilər, onların ən sadəsi “üzr istəyirəm” sözüdür. Övladlarına qarşı xataya yol vermiş valideyn də övladdan üzr istəməlidir. Hərçənd bu üzr istəmə qapalı şəkildə olsa da, lazımlıdır, məsələn, valideynin öz səhvini hər hansı bir yol ilə etiraf etməsi və peşman olduğunu büruzə verməsi kifayət edər. Təki valideynin bu səhv rəftarı gələcəkdə övladların həmin səhvi təkrarlamalarına səbəb olmasın. O səhvin əvəzini isə övladlarına daha artıq mehribançılıq və məhəbbət göstərməklə çıxsınlar.  Valideynin üzrxahlığı aşkar və qabarıq şəkildə, özü də nə valideynin nə də övladların lehinə olmamalıdır. Yoxsa bu iş övladları valideynin əleyhinə cəsarətləndirər, valideyni isə övladların yanında alçaldar.

Odur ki, ailədə ata və ananın övladlarının gözü qarşısında bir birindən üzr istəmələri çox yaxşıdır, bununla həm də  övladlara üzr istəmək mədəniyyətini və məsuliyyəti aşılamış olurlar. Üzr istəmək mədəniyyəti o zaman ailənin təbii xasiyyətinə çevrilir ki, ər ilə arvadın rəftar və danışıqlarında baş vermiş olsun. Övladlara isə təbiyə, təqlid və adət yolu ilə keçir.

Bu o zaman baş verir ki, ailədə ananın atadan, atanın isə anadan üzr istəmələri baş verir və onlar bu məntiqli rəftarları ilə dürüst bir mədəniyyəti övladlara öyrətmiş olurlar. Amma fərz edin ki, yalnız ana atadan üzr istəyirsə, lakin ata heç bir səhvinə görə üzr istəmirsə ondan ailədəki oğlan övladda bu inam yaradacaq ki, sən heç vaxt üzr istəməməlisən, ya da ən azı qadın cinsindən üzr istəməməlisən.

Həmçinin valideyn çalışmalıdır ki, evdə bir xoşagəlməz hadisə baş verdikdə, məsələn hansısa qab sınarsa və ya nəsə xarab olarsa o zaman müqəssir axtarma ardınca olmasınlar. Çünki həmin halda ata və ana istər istəməz əsəbi və ya narahat olur, bu vaxt müqəssirin tapılması onun döyülməsi və ya danlanması ilə nəticələnəcək, bu da təbii ki, ailədə mehribançılığın əleyhinədir.

Belə hadisələr zamanı valideyn evdə müqəssir axtarmaq əvəzinə o problemdən qurtulmaq yollarını axtarsınlar. Onda təqsiri olan övlad öz günahını rahatlıqla boynuna alaraq üzr istəyəcəkdir.

Bax, belə bir ailə cəmiyyətdə də üzr istəmək mədəniyyətini yaymağa layiqdir.

Odur ki, bütün ailələrdə üzr istəmək mədəniyyətinin olması çox zəruridir. Çünki cəmiyyət həmin ailələrdən ibarətdir.

baxılıb: 700 dəfə