İctimai Əxlaq

HEÇ VAXT ƏSƏBLƏŞNMƏYİN!

Mən gənc yaşlarımda qayığa minməyi xoşlayırdım. Bir dəfə kiçik bir qayığa minmişdim, dənizdə bir neçə saat o qayıqla seyr etdim, tək-tənha idim.

Özümdə sanki bir az yorğunluq hiss etdim, qərara gəldim ki, bir az qayıqda uzanım, qayıq artıq sahildə idi. Heç bir şey barədə fikirləşmədən gözlərimi yumdum. Gözəl sərin və mülayim bir xəzri küləyi əsirdi.
Gözlərim təzə yuxuya getmək istəyirdi ki, birdən mənim qayıqıma bir qayıq dəydi, mən diksinərək ayıldım. Əsəb və qəzəbdən partlayırdım. Çox əsəbi halda ayağa qalxdım ki, məni yatmağa qoymayan, mənim rahatlığımı pozan adama ağzıma gələn söyüşləri deyim və onunla dalaşım. Güclü əsəb və qəzəblə gözlərim o adamı axtarırdı ki, düşündüklərimi icra edim. Amma...
Bəli, düz tapdınız! O qayıqda heç kim yox idi...
Mat qaldım, axı mən indi hirsimi necə soyudum, söyüşləri kimin başına töküm, kiminlə dalaşım?...
Heç nə edə bilməzdim. Əsəbli halda yenidən uzandım qayığa, fikirə daldım.
Boş və sahibsiz qayıq mənim üçün həyatda böyük bir dərs oldu.
O vaxtdan bəri hər hansı bir hadisədə əsəbləşmək istəyəndə tez içimdə öz-özümə deyirəm:
"ELƏ BU QAYIQ DA BOŞ VƏ SAHİBSİZDİR."

Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Qəzəbinizi susmaq və sükutla, nəfinizin istəklərini isə agıl və düşüncənizlə müalicə edin."
Qürərul hikəm 5155-ci hədis

baxılıb: 633 dəfə