Nəfsin islahı

Tacir şeytan

Dünən meydanlardan birində bir qələbəlik gördüm. Təəccüb etdim ki, görəsən insanlar nə üçün toplaşıblar? Yaxınlaşanda gördüm ki, Şeytan yerdə oturub satlıq mallarını yerə töküb camaatla alver edir. Şeytanın qarşısında daha nələr yox idi: -Təkəbbür, Həsəd, Kin, Xəyanət, Satınçılıq, Yalan, Aldatmaq, Zülm, Paxıllıq, Söyüş, Qeybət, Riyakarlıq, Dələduzluq, Həyasızlıq, İkiüzlülük...
İnsanlar hərə bir şey alırdı. Aldığın şeyin əvəzini hərə bir şeylə ödəyirdi. Kimisi Qəlbini, kimisi Sevgisini, kimisi Əzizini, kimisi sevgilisini, kimisi dostunu, kimisi İmanını, kimlər isə Vətənini, Düzlüyünü, Qeyrətini, İnsanlığını, Mehribançılığını, Namusunu... verir əvəzində Şeytan ilə alver edirdi.
Camaatın şıdırğı alverinə Şeytan qəhqəhə ilə gülürdü. Onun ağzından Cəhənnəm iyi gəlirdi. Bu hadisə mənə çox pis təsir etdi. Ürəyimdən keçdi ki, içimdəki bütün nifrətimi tüpürcək vasitəsi ilə Şeytanın üçünə səpim.
Şeytan mənim qəlbimi oxudu. Kinayəli şəkildə mənə güldü və dedi: -Mənim heç kimlə işim yoxdur, yalnız bir küncə mallarımı tökmüşəm, pıçıltı ilə qəlblərə vəsvəsə edirəm, onlar da mənimlə alver edirəm. Görürsənki mən heç kimi məcbur etmirəm. İnsanlar öz xoşları ilə mənim ətrafıma toplaşıb və mənimlə alver edirlər. Onlar məndən əl çəkə bilmirlər. Hətta günlərin birində xəbər tutdum ki, bir nəfər var ki, gecə-gündüz mənə lənət göndərir, getdim onun evinə, qapını döydüm, dedi: -gəl içəri. Qapını açdım amma içəri girmədim, salam verdim salamımın cavabını aldı, məndən soruşdu ki, sən kimsən? dedim: Şeytan. Bunu demişkən başladı mənə lənətlər oxumağa, mən heç bir söz demədən geriyə qayıtdım, baxdım ki, ardımca gəlir. Dedim: -ay Kişi, özün mənə lənət oxuyursan və ardımca düşmüsən. Dedi: -Düzdür, lənət oxuyuram,amma şeytan qardaş, sənsiz də içim keçmir axı.
Mən cavab vermədim, Şeytan başını mənə tərəf yaxınlaşdırıb dedi: -Əlbəttə, sənin bunlardan fərqin var. Sən çox zirək və möminsən. Sənin zirəkliyin və imanın səni çox ucalara aparır. Amma bu caamat avam və dünya acıdırlar. Hər şeyə asanlıqla aldanırlar.
Şeytandan zəhləm gedirdi, amma onun bu sözlərindən xoşum gəldi. Dedim qoy nəyi var danışsın. Neçə saat onunla oturdum. Birdən gözüm "İbadət qususu"na sataşdı. Aaa, ibadət qutusu bunda nə gəzir? -deyə təəccüb etdim.
Gördüm şeytanın başı qarışıb alverə, ibadət qutusunu gizlincə oğurlayıb pencəyimin sinə cibinə qoydum. Ürəyimdə "Şeytandan nə oğurlasan qənimətdir" dedim.
Evə gəldim, qutunu açdım, qutunun içində təkəbbürlük, qürur və lovğalıqdan başqa heç nə yox idi. Özümü itirdim, qutu əlimdən yerə düşdü. O dəqiqə təkəbbürlük, qürur və lovğalıq yerə muncuqlar kimi yerə səpələndi, hər yerimdən -başımdan, üəyimindən,vicdanımdan, göz-qulağımdan... yerə təkəbbür tökülürdü..
Başa düşdüm ki, aldanmışam. Şeytanın mənə "Camaat avamdır, sən isə möminsən" deməyi mənə ləzzət etmişdi, sən demə bu ləzzət imanın getməsi qiymətinə olub.
Əlimi qəlbimin üstünə qoydum. Aman Allah, Qəlbim yerində yox idi. Başa düşdüm ki, Qəlbimi şeytanın yanında qoymuşam.
Dəhşət məni bürüdü. Var gücümlə meydana sarı qaçmağa başladım. Yol boyu dəfələrlə "Allah şeytana lənət etsin", "Allahım! etdiyim bəd gümana və günahlara görə Səndən bağışlanma istəyirəm" "Allahım, mənə kömək ol" deyə deyə o Lənətliyin yaxasından tutub yalançı ibadət qüruruna onun başına çırpmağı düşünürdüm.
Meydana çatdım. Amma Şeytan orada yox idi.
Meydanda oturub hönkür hönkür ağlamağa başladım, o qədər ağladım ki, göz yaşlarım qurtardı. Ayağa durdum ki, Qəlbsiz cismimi evə aparım, birdən Qəlbimin səsini eşitdim. Səmimi və ciddi tövbəmə görə Allah Taala məni bağışlamışdı.
Elə oradaca səcdəyə getdim, Torpağı öpdüm, çünki Qəlbimi tapmışdım.
Bəli əziz dostlarım, Şeytanın vəsvəsəsi çox təhlükəlidir.
Şeytan hər adamı onun zəif nöqtəsini tutaraq elə aldadır ki, insanın ruhunun da xəbəri olmur. Buna görə biz gecə-gündüz ayıq olmalıyıq, günahlardan uzaq gəzməliyik. Bizim yanımızda kimlərinsə qeybət edilməyinə, pislənilməyinə yol verməyək.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: -Sənin yanında başqasının qeybətini edən kəs varsa, deməli başqalarının yanında da sənin qeybətini edəcəkdir. Başqasının sözünü sənə çatdıran adam varsa deməli, sənin də sözlərini başqalarına çatdıracaqdır.
Günahlarımıza görə ağlayaq, sızlayaq. Allah Taaladan bizi əfv etməsini istəyək və bunun əvəzində bir də o günahları etməyəcəyimizə söz verək.

baxılıb: 396 dəfə