Nəfsin islahı

Mərifət aclığı

“Səhərdən heç nə yeməmişdim və artıq axşama yaxın idi. Yolun kənarında yeməkxana görcək maşını saxladım. Gözüm cücə kababına sataşdı və cücəyə alovlu eşq və məhəbbətim yarandı. Ancaq yeyib doyduqdan sonra yeməyə baxmaq da mənə ləzzət etmirdi, daha yeməyə meyil və istəyim yox idi.”

Bəl, aclıq və toxluq bizim yeməyə olan baxış və nəzərimizin dəyişməsinə səbəb olur. Biz nəyin aşiqi və vurğunu oluruqsa həmin şey heyranedici və məftunedici olur.

Əgər biz dünyaya (dünya malına, dünya həyatına, varlıların yaşayışına) hərislik və tamahkarlıq gözü ilə baxaraq onu istəsək həmin istək bizim qəlbimizdə özünə yuva salacaqdır, bizim üzün çox cazibəli və valehedici olacaqdır.

Yox, əgər Allahı istəsək, onda dünya bizim üçün Allaha çatmaq və kamillik yolunda alət və vasitə olacaqdır. Belə olduqda heç vaxt dünyanın aşiqinə çevrilməyəcəyik, həm də Allahın yadı və zikri nəticəsində Şeytan dünya malını bizim üçün yağlı, dadlı və ləzzətli göstərə bilməyəcək.

Odur ki, əmirəlmöminin Əli əleyhissalam buyurur:

ذِكرُ اللهِ مَطرَدَةٌ لِلشَّيطانِ

“Allahın zikri şeytanın həmlələrini (hücumlarını insandan) uzaqlaşdırır.”

Uyunul hikəm vəl məvaiz 255-ci səhifə

baxılıb: 72 dəfə