Nəfsin islahı

Özünü islah etməyin yolu

Sual: Salam aleykum. Biz əxlaq barədə kitablar oxuyuruq, alimlərin moizələrinə qulaq asıb çoxlu şeylər öyrənirik amma özümüzü islah edə bilmirik, əxlaqımızı gözəlləşdirə bilmirik. Bunun səbəbini bilmək istərdik.

Cavab: Aleykum Salam və rəhmətullah.
Sizin mütaliə əhli olmağınız və moizələri dinləyərək bilmədiklərinizi öyrənməyə çalışmağınız yaxşı haldır, müvəffəqiyyətin astanasında olmağınızın əlamətidir.
.
1- Özünü islah etmək, -insanın özünü mənəvi cəhətdən təkmilləşdirmək üçün çalışmaq və nəfsi qüvvələrini (şəhvət, qəzəb və xəyalı) ağıla tabe etdirərək onları yalnız Allah Taalanın razılığı olan işlərə istiqamətləndirmək, daxili istedadları üzə çıxararaq gözəl xasiyyətlərə yiyilənməklə dünya və axirət xoşbəxtliyinə nail olmaqdan ibarətdir.
.
2- Özünü islah etmək, özünü düzəltmək və eləcə də əxlaq barədə çoxlu sözlər eşitmək və öyrənmək sizə asan gələ bilər. Halbuki onu işlətmək, yəni ona yiyələrnə bilmək və əməl edərək həyata keçirmək çox çətindir.
Baxın, bəzi elmləri öyrənmək çox çətindir, məsələn riyaziyyat, məntiq və fəlsəfə kimi. Ancaq onları öyrənmiş insanlar üçün bu elmləri işlətmək heç də çətin deyil. Fəlsəfəni öyrənə bilmiş bir şəxs hər hansı bir mövzunun özü ya mahiyyəti üçün dəlil və sübut gətirməkdə çətinlik çəkmir. Eləcə də riyaziyyatı mənimsəmiş və riyaziyyatçı olmuş şəxs dərsdə istənilən məsələ və tənliyi asanlıqla həll edə bilir.
Lakin elə elmlər də var ki, onları öyrənmək və bilmək asandır, riyaziyyat və fəlsəfə kimi çətin deyil; özünü islah etmək və əxlaq elmi bu qəbildəndir, onları öyrənmək və onlar barədə məlumatlanmaq asandır, lakin onları işlətmək və həyata keçirmək çətindir.
Qurani-kərimə görə bu özünü islah etmək və əxlaq elmi insanda hətta fitri və təbiidir. Qurani-kərim Şəms surəsinin 7 və 8-ci ayələrində buyurur:

وَ نَفْسٍ وَ مَا سَوَّئهَا
فَأَلهْمَهَا فجُورَهَا وَ تَقْوَئهَا

“And olsun nəfsə və onu yaradana. Sonra da ona pislikləri və təqvanı (günahlardan çəkinməyi) öyrədənə.”
Başqa sözlə ayə deyir ki, “and olsun insana; and olsun onun mələkut aləminə məxsus olan nəfsinə; and olsun onun insanlıq cəhətinə. And olsun insanın o cəhətinə ki, fitrətən (təbiətcə) pis və yaxşı sifətlərin (xasiyyətlərin) hamısını dərk edir və bilir.”
Biz hamımız bilirk ki, təkəbbürlü olmaq çox pisdir, paxıllıq çox pisdir, kin saxlamaq çox pisdir, yalan danışmaq çox pisdir və ilaxır. Əgər bir müddət onların barəsində dərindən düşünsək təkəbbür, paxıllıq, kin və sair kimi pis xasiyyətlərin ziyan və zərərlərini özümüz tapa biləcəyik. Deməli, əxlaq və özünü islah etmə barədə eşitmək və danışmaq çox asandır. Çətin olan, onlara əməl etməkdir.
Özünü islah etmək istəyən, pis xasiyyətləri özündən uzaqlaşdırmaq və yaxşı xasiyyətlərə yiyələnmək istəyən şəxs uzun müddət ciddi səy və təlaş ilə öz üzərində çalışmalıdır, iradə və əzmkarlığını gücləndirməlidir.
Qurani-kərimdə bəzi ayələrin təkrar işlədilməsinin məqsədlərindən biri də budur ki, Quran hidayət kitabıdır, yəni islah etmə kitabıdır. İslah üçün isə təkrar zəruridir.
.
3- Əxlaqlı olmaq və özünü düzəltmək (islah etmək) bizim başlıca hədəfimizdir. Biz gərək bir an belə hədəfimizi unutmayaq.
İmam Həsən Əskəri əleyhissalam buyurur: “Bizim üçün (Əhli-beyt üçün) zinət olun, bizim eyibimiz olmayın.”
Deməli, özünü düzəltmək və özünü islah etmək üçün gecə-gündüz çalımalıyıq.
Vaxtilə başqa şəhərdən Qum şəhərinə vəzifəyə gəlmiş bir nəfər səhər tezdən ustad Hairinin görüşünə gedir. Ustad Hairi ondan soruşur: “Sübh namazını qılmısanmı?” Həmin şəxs “bəli” deyə cavab verir. Ustad Hairi deyir: “Elə isə,hər gün sübh namazından sonra əlinə təsbeh götür və qırx dəfə de “bura Qumdur, bura Qumdur.”
Bəli, insanın özünü islah etməsində hədəfini bir an belə unutmaması lazımdır.
İyirminci əsrin dahi əxlaq ustadlarından olmuş Ayətullah Bəhauddinidən soruşdular ki, “ustad, hansı zikri çoxlu təkrar etməyi məsləhət görürsünüz?” Ustad cavabında dedi: “Bacardığınız qədər bu zikri təkrar edin “yaxşı adam olsam, çox yaxşı olar.”
Elə isə, əgər biz həqiqətən özümüzü islah etmək istəyiriksə hər gün sübh namazından sonra əlimizə təsbeh ya zikrmatik götürək və belə deyək: “Mən müsəlmanam, mən müsəlmanam…..”
Xanım Zəhra təsbihi insanın ədiqə və düşüncəsini düzəldir, belə zikrlər isə insanın qəlbini və rəftarını düzəldir.

baxılıb: 118 dəfə