Nəfsin islahı

Nəfsin paklanması

İmam Əli (ə) “Nəhc əl-bəlağə”-nin 32-ci xütbəsində insanları dörd sinifə bölərək, birinci sinifi belə vəsf edir: “مِنْهُمْ مَنْ لَا يَمْنَعُهُ الْفَسَادَ فِي الْأَرْضِ إِلَّا مَهَانَةُ نَفْسِهِ وَ كَلَالَةُ حَدِّهِ وَ نَضِيضُ وَفْرِهِ” Yəni, bəzi şəxslərin fəsada getməməsinin səbəbi budur ki, ruhları qüdrətsiz, silahları küt və maddi imkanları zəifdir.

Ruhi və əxlaqi məsələlərdə pis sifətləri yaxşı sifətlərdən seçmək çox çətindir. Çünki, şeytan çox mahirdir. Bəzən pis sifətləri bizə fəzilət kimi göstərir və ona müsbət ad qoyur. Misal üçün, bir şəxs məclisin yuxarı başında əyləşərkən xəcalət çəkir və adını təvazökarlıq qoyur. Yaxud, bəzi yerlər və işlərə girməyə qorxur, lakin, adını ehtiyat qoyur.

Bəzi şəxslərin pul və vəzifəyə çatmağa imkanı olmadığı üçün zahid olurlar və onlarda zöhd halı yaranır. Belə məqamları ayırd etmək çox çətindir. Belə ki, bu cür şəxs fəzilət əhlidir ya yox?

Əbdülməlik məsciddə Quran oxuduğu zaman ona xəbər verdilər ki, sən xilafətə çatdın. O da quranı yerə qoydu və dedi: “هَذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ” (“Kəhf” surəsi, 78-ci ayə) (Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır!)

Buna görə, insan səhv etməməlidir. Məsələn belə desin: -“Biz Qum şəhərindəyik” və təsəvvür etsin ki, gözəl bir əxlaqa yiyələnib. Amma, cəmiyyət içinə düşdükdə, o zaman biləcək ki, yox, heç bir iş görməyib və nəfsini saflaşdırmayıb.

Siz özünüzü müəyyən bir yerdə “ağa” fərz etsəniz, təsadüfən həmin yerdə başqa bir şəxs minbərə qalxıb söhbət etsə, bundan sonra heç bir şəxs sizin minbərinizə gəlməsə və ya camaat namazınızda iştirak etməsə və yaxud az adam gəlsə; Əgər bu vəziyyətdə sizin halınız dəyişməsə, o müridlərə kin bəsləməsən, dəməsən ki, “onlar başa düşmürlər”, bu zaman məlum olur ki, nəfsini paklamısan. Amma, həqiqət budur ki, belə bir hala malik olmağı demək asandır. Lakin, əməl zamanı çox çətindir.

Bəzi şəxslər də var ki, fəsad işlər görmə ruhiyyələri və imkanları var, amma, qılıncları iti deyil. Əgər bir iş görsə, qarşısını alacaqlar. Bəziləri də maddi imkanları olmadıqlarına görə fəsad işlər görmürlər. Zahirdə yaxşı adamdırlar. Amma, imkan, pul, iti qılınc, mürid və tərəfdar sahibi oldu, təhlükəli olur.

Bir camaat namazının imamı şəhərlərdən birində deyirdi ki, mən bir nəfərə dedim: -“Siz nə üçün ətrafınızda olan və dərs də oxumayan bu şəxslərə pul verirsiniz?” Cavab verdi ki; -“Sənin imkanın yoxdur. Yoxsa, sən də belə yaxşı əməllərdən edərdin!” Mən də dərs verməyə başladım və tələbələrə təqaüd də verdim. Bu məsələ dərsin izdihamlı olmasına səbəb oldu. Bir müddət sonra, pul verməyi tərk etdim. Həmin şəxsə dedim: -“Gördün ki, bacarıram və etdim də. Bu işi sən də tərk et!”

Məqsəd budur ki, fəsad və günahların bir çoxu vasitə və vəsilələrin olmadığına görə yerinə yetirilmir. Yoxsa ...

Qardaşlar! Gələcəkdə sizlərdən hər hansınız bir vəzifədə olduğunuz zaman, orada diqqətinizdə olmalıdır ki, özünüzü nə qədər paklamısınız və buna nə qədər müvəffəq olmusunuz. Həzrət Əli (ə) xütbənin davamında buyurur: “وَ مِنْهُمْ الْمُصْلِتُ‏ بِسَيْفِهِ لِسَيْفِهِ وَ الْمُعْلِنُ بِشَرِّه” (Bəzilərinin də qılıncını heç qını yoxdur. Hara oldu, kimə gəldi, istədiklərinə hücum edirlər.) Burada qılınc dedikdə, dil, əl, qələm, imza və camaatı əldən salacaq hər bir vasitə nəzərdə tutulur.

Allaha pənah. Bəzi şəxslər var ki, təbiətcə belə bir halətə malikdirlər və rahat otura bilmirlər! Allaha pənah aparırıq ki, insanın dili onun ixtiyarında olmasın. Qulaq və gözü onun ixtiyarında olmasın.

“رَبِّ لَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ أَبَداً” (İlahi! Məni bir göz qırpımı müddətində öz nəfsimin ixtiyarında qoyma!)

Ustad Əhməd Miyanəci

baxılıb: 315 dəfə