Nəfsin islahı

Nəfslə mübarizədə qalib gəlmək üçün neyləyək?!

Nəfslə mübarizədə qalib gəlmək üçün insan köməyə ehtiyaclıdır.

Qurani-kərim Tövbə surəsinin 109-cu ayəsində buyurur:

 

أَ فَمَنْ أَسَّسَ بُنْيَنَهُ عَلىَ‏ تَقْوَى‏ مِنَ اللَّهِ وَ رِضْوَانٍ خَيرْ أَم مَّنْ أَسَّسَ بُنْيَنَهُ عَلىَ‏ شَفَا جُرُفٍ هَارٍ فَانهْارَ بِهِ فىِ نَارِ جَهَنَّمَ

 

“Öz dininin təməlini İlahi təqva və Onun razılığının əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçma ərəfəsində olan bir uçurumun kənarında qurmuş və bununla da onun (və binasının) Cəhənnəm oduna yuvarlanacağı şəxs?!”

Deməli, nəfs ilə mübarizə üçün kənardan kömək almalıyıq. Bunu bizə Quran tapşırır;

Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur:

 

وَ اسْتَعِينُواْ بِالصَّبرْ وَ الصَّلَوةِ

 

“(Nəfslə mübarizədə) Səbirdən və Namazdan kömək istəyin.”

Kənardan gələ biləcək köməkçi oldulardan biri Səbir o birisi isə Namazdır. Bu o demək deyildir ki, kənardan ağıl qüvvəsinə yalnız iki kömək gələ bilər, bəlkə məqsəd budur ki, Səbir və Namaz o köməklərin ən güclüləridirlər.

Hədislərdə birində oxuyuruq:

Həzrət Muhəmmədin (s) yanına bir qadın gələrək dedi: ey Allahın Peyğəmbəri! Mən günah etmişəm.

Peyğəmbər (s) buyurdu: Nə günah etmisən?

Qadın dedi: Camaatın eşitmələrini istəmirəm, bu sirdir.

Onlar bir kənara çəkildilər, qadın dedi: “Mən ərli bir qadınam. Ərim səfərdə olan zaman nəfsim mənə qalib gəldi və mən bir kişi ilə zina etdim, o zinadan hamilə qaldım. Hamiləliyimi uşağı doğana qədər gizlətdim. Gizlincə uşağı dünyaya gətirdim. Mənim ərim sikrə satmaqla məşğuldur. Evdə böyük dolçalarda sirkələr var, hər gün ərim onlardan bir az qaba töküb bazara satmağa aparır. Mən dünyaya gətirdiyim uşağı o sirkə ilə dolu olan böyük qabların birinin içinə saldım, həmin qabı ən arxaya qoydum, uşaq o sirkədə həll olub yoxa çıxdı. Növbə həmin qaba çatdıqda ərim onu götürüb bazara apararaq camaata satdı. Mən nə edim?!

Gözləri yaşla dolu olan həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

 

انی ظننت انک تارک الصلاه

 

“Ey qadın! Mən belə günah edirəm ki, sən namaz qılan deyilsən.”

Bu hədisdən namazın insana nəfslə mübarizədə nə qədər köməkçi və yardımçı ola bilməsi tam aydın görünür. Ağıl üçün ən gözəl yardımçılardan birincisi namazdır.

İkinci köməkçi isə Səbirdir.

Səbir sözü istiqamət, müqavimət, mətinlik və səbatlıq mənasınadır.

İnsanda səbiri gücləndirəcək ən böyük təsirlərdən biri Oruc tutmaqdır. Odur ki, Qurani-kərimin bəzi tərcüməçiləri yuxarıdakı ayəni tərcümə edərkən Səbir sözündən sonra mötərizədə Oruc kəlməsini yazmışlar.

İnsan təbiətcə səbirsiz, hövsələsiz və dözümsüzdür.

Qurani-kərim  Məaric surəsinin 19 və 20-ci ayələrində buyurur:

 

إِنَّ الْانسَانَ خُلِقَ هَلُوعًا

إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا

 

“İnsan həris və hövsələsiz yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad və səbirsizlik edir.”

Səbir üç qismdir;

1- Xoşagəlməz hadisələrdə, eləcə də müsibət, bəla və çətinliklərdə səbir etmək.

2- İbadət və itaətdə səbir etmək.

3- Günah və xata qarşısında səbir etmək.

Ayədə səbirin namazdan əvvəl gəlməsi xüsusi ismin ümumi isimdən əvvəl olmasıdır, bu da namazın daha əhəmiyyətli olmasını göstərir. Yoxsa səbir namaza da aiddir, yəni namaz ibadət və itaətdə səbir etmək vasitələrindəndir.

Elə isə nəfs ilə mübarizədə bu iki yardımçıdan gözəl istifadə edək, nəfsimizin ağlımıza qəlib gəlməsinə imkan verməyək.

Allah Taalaya da bu barədə çoxlu dualar edək ki, bizi bu mübarizədə müvəffəq etsin.

Səbir və Namazı həyatımızın, daha doğrusu dünya və axirətimizin xoşbəxt olması üçün ən yaxşı köməkçi olduğunu heç vaxt yaddan çıxarmayaq.

Allah Taala bizə göstəriş verir ki, “Səbirdən və Namazdan yardım istəyin.” (Bəqərə 45)

baxılıb: 559 dəfə