Nəfsin islahı

Böyük cihad və ya nəfslə mübarizə

Təxliyə (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək) mənzilinin ən əsas mövzusu insanın öz nəfsi ilə mübarizədir.

Allaha yaxınlaşma yolunun birinci mərhələsi şəriət və ədəblə zinətlənmək idisə, bu şərəfli yolun ikinci mərhələsi böyük cihad və ya nəfslə mübarizədir.

Şübhəsiz hər bir xasiyyət –istər yaxşı istər pis- insanın nəfsi ilə bir növ uyğunluq və uzlaşmaya malikdir. Odur ki, övliyaların heç bir günah etməmələri və ya hətta günah barədə fikirləşməmələrinin əsas səbəbi onların öz nəfslərini tərbiyələndirmələri, qəlblərini saflaşdırmaları və məsumluğa nail olmaları nəticəsindədir. Günahlar onların nəfsləri ilə uyğunluğa malik olmadıqları üçün onlar günah və xatalardan uzaqdırlar. Lakin başqa insanlar özləri ilə günah arasındakı uğyunluğu özlərindən kənarlaşdırmadıqları üçün onlar asanlıqla günaha düçar ola bilirlər. Məsələn, bir insanın nəfsi (Allah eləməsin) naməhrəmə baxmağı ləzzət və həzz sayır, bu şəxs evdən çölə çıxdıqda naməhrəmlərlə qarşılaşanda onun nəfsinin naməhrəmlərə baxmaq xəstəliyi ilə çöldəki günah arasında rabitə yaranır...

Günah ilə nəfsin arasında uyğunluq və münasibət olduqda, onların arasındakı rabitəni kəsmək çox çətin işdir.

Bununla da başa düşürük ki, Təxliyə (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək) çox çətin və ağır işdir. Elə ona görə də bu mərhələ böyük cihad adlandırılmışdır.

Məşhur bir hədisdə oxuyuruq:

 

ان رسول الله صلی الله علیه و آله بعث بسریه فلما رجعوا قال مرحبا بقوم قضوا الجهاد الاصغر و بقی لهم الجهاد الاکبر

قیل یا رسول الله و ما الجهاد الاکبر؟

قال صلی الله علیه و آله جهاد النفس ثم قال افضل الجهاد من جاهد النفس التی بین جنبیه

 

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih bir dəstəni döyüşə göndərmişdi. Onlar döyüşdən qayıdanda həzrət Peyğəmbər (s) onlara buyurdu: “Afərin bu dəstəyə ki, kiçik cihadı yerinə yetiriblər, indi onlar üçün böyük cihad qalmışdır.” Onlar soruşdular: “Ey Allahın peyğəmbəri! Böyük cihad nədir? Həzrət Muhəmməd (s) buyurdu: “Nəfs ilə cihaddır.” Sonra yenə buyurdu: “Cihadın (mübarizələrin) ən üstünü insanın sinəsində olan nəfsi ilə cihad və mübarizədir.”

Biharul ənvar 70-ci cild 65-ci səhifə

.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

اَفْضَلَ الجَهادِ جَهاُد النَّفْسِ عَنِ الهَوى وَ فِطامُها عَنِ لَذّاتِ الدُّنْيا

 

“Cihadın (mübarizənin) ən üstünü nəfsin istəkləri ilə mübarizə və nəfsi dünya ləzzətlərindən xilas etməkdir.”

Bəli, nəfslə mübarizə böyük qətiyyət tələb edir. Həyatda elə insanlar var ki, bu çətin mərhələni bir gündə, qəti bir qərar verməklə keçib getmişdir. Amma əksər insanlar ömürlərinin axırına qədər bu mərhələdə qalaraq nəfslə cihaddan qurtula bilmirlər.

Buşr adlı var-dövlərli bir şəxs vardı. Onun dəbdəbəli sarayı, çoxlü mülkləri, eləcə də qulamları və kənizləri vardı. Vaxtının çoxunu əyləncə və keyf məclisləri ilə keçirirdi. Günlərin birində 7-ci imam Musa Kazim əleyhissalam Buşrun evinin yanından keçirdi. Çalıb oynamaq səsi aləmi bürümüşdü. Evin kənarında isə bir kəniz zibil atırdı. İmam əleyhissalam kənizdən soruşdu: Bu mənzil kimə məxsusdur? Kəniz dedi: Ağam Buşr bu evin sahibidir. İmam əleyhissalam soruşdu: O, azaddır yoxsa bəndədir? Kəniz dedi: Əlbəttə azaddır, onun özünün çoxlu bəndələri vardır.

 İmam əleyhissalam buyurdu: “Bəli, əgər bəndə olsaydı bu qədər özbaşına olmazdı. Bəndə haqq və hüquqlara bağlı olmalıdır. Bəndənin qulağı Məbudun sözlərini eşitməyə hazır olmalıdır, yalnız çalıb oxumaqla gün keçirtməməlidir.”

 İmam əleyhissalam bunu deyərək getdi. Kəniz evə daxil oldu. Buşr kənizin gecikməsinin səbəbini soruşduqda kəniz başına gələnləri ağasına danışdı. İmamın kənizə dediyi sözlər Buşru silkələdi və o tez evdən çıxaraq İmamım ardınca qaçdı. Tələsdiyindən heç ayaqqabı da geyinmədi ki, birdən İmama çata bilməz. İmama yaxınlaşıb etdiklərindən peşman olduğunu dedi və Allah Taala qarşısında tövbə etdi. Buşr ayaqların halda İmamın ardınca qaçdığı üçün Buşr Hafi, yəni ayaqların Buşr ləqəbi ilə dillərə düşdü.

Gördüyünüz kimi Buş Hafi nəfslə cihad mərhələsini bir dəfəyə keçdi.

.

Əli ibn Həmzə deyir: Bəni-üməyyə xilafətinin məmurlarından biri mənim yanıma gələrək vəziyyətini mənə danışaraq dedi: “Vicdanım məni sakit buraxmır, axı nəqər günah etməklə və haram yeməklə yaşamaq olar?! Mənim nəyim varsa hamısını haram yolla qazanmışam. İndi bilmirən nə eidm.” Mən ona dedim: Əgər istəyirsənsə Mədinə şəhərinə İmam Cəfər Sadiq əleyhissalamın yanına gedək, o həzrət sənə yol göstərsin. O məmur razılaşdı və birlikdə Mədinəyə getdik. İmam Cəfər Sadiq əleyhissalam ona dedi: “Əgər sənə düz yolu göstərsəm sözlərimə əməl edəcəksənmi? Əgər əhdinə vəfalı olsan mən sənə söz verirəm ki, sənin ölüm anında yanına gələcəyəm, sənin başının üstündə olacağam.”

O kişi çoxlu fikirləşdikdən sonra qətiyyətlə qərar qəbul edərək dedi: Bəli, siz nə desəniz mən ona əməl edəcəyəm.

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Əlində olan mallardan hansının kimə məxsus olduğunu dəqiq bilirsənsə o malları sahiblərinə, yiyələrinə qaytar. Yerdə qalan mülk və malların hamısını Allah yolunda sədəqə ver (ehtiyaclı insanlara ver).”

İbn Həmzə deyir: Biz Kufəyə qayıtdıqdan sonra o dostum bütün mülk və var-dövlərini kacıblara payladı... Zaman keçdi... Günlərin birində xəbər tutdum ki, o kişi ölüm ayağındadır, yanına getdim, gördüm ki, can verir. Məni gördü, halını soruşdum, gülümsəyərək “dostun sözünə əməl etdi” yəni, İmam Cəfər Sadiq əleyhissalam mənim yanımdadır, deyib canını tapşırdı, haqq dünyasına qovuşdu. Mən tez dostlarımı çağırdım, onu dəfn etdik.

Gələn ili Mədinəyə gedib İmam Cəfər Sadiq əleyhissalam ilə görüşdüm. Mən heç nə deməmiş İmam Cəfər Sadiq əleyhissalam buyurdu: ey Əli ibn Həmzə, mən sənin dostuna verdiyim sözə əməl etdim. Yəni o can verən zaman onun yanında idim.

.

Fuzeyl ibn Əyaz quldur, yolkəsən və soyğunçu idi. Özünə quldur dəstəsi toplayaraq dağlardan birində gizlənirdi. Yaxınlıqdakı yoldan keçən heç bir karvan Fuzeylin əlindən amanda deyildi. Karvanlara hücum edir, onları qarət edirdi. Sürücülər və tacirlər Füzeylin ölümünü arzu edirdilər. Füzeyl ara sıra hətta evlərə də basqın edirdi. Günlərin birində Fuzeyl oğurluq üçün bir evin hasarına çıxırdı, bu vaxt bir nəfərin gözəl səslə Qurani-kərimin Hədis suəsinin 16-cı ayəsini oxuduğunu eşitdi.

 

اَلَمْ يَأنِ لِلَّذينَ آمَنُوا اَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللّه

 

“Allaha inanan insanların (günahlara və haramlara son qoyaraq) qəlblərlərinin həqiqi mənada Allahdan qorxmalarının vaxtı çatmayıbmı!?”

Bu ayə Füzeylin bütün vücudunu silkələdi. Öz-özünə dedi: ey Füzeyl, günah etməkdən, haram yeməkdən, insanlara hədə-qorxu gələrək onları qarət etməkdən, haqsızlıqdan, zülmərdən, insanları incitmək və onlara əziyyət etməkdən bezmədinmi?

Sonra eşitdiyi ayəyə cavab olaraq üzünü göyə tutub dedi: İlahi, bəli, vaxti çatıb. Mən tövbə edirəm. Beləliklə Füzeyl bütün günahlardan əl çəkdi, az bir zamanda dövrünün ən imanlı və ən təqvalı insanlarından birinə çevrildi. İmam Cəfər Sadiq əleyhissalamım və İmam Musa Kazim əleyhissalamın səhabəsi oldu.

.

Dostlar, bunlar bir gündə böyük cihadda, yəni nəfslə mübarizədə qalib gəlmiş, nəfslə mübarizə mərhələsini  bir dəfəyə və birdən-birə keçmiş insanların kiçik bir nümunəsi idi.

baxılıb: 633 dəfə