Nəfsin islahı

Əxlaq qəlbin saflaşmasıdır

Allaha yaxınlaşma yolunun ikinci mərhələsi Təxliyə, yəni qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləməkdir.

İkinci mənzil “Təxliyə” (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək)

.

Təxliyə sözü ərəb dilində təmizləmək, saflaşdırmaq və boşaltmaq mənasınadır.

Əxlaq elmlərində isə “Təxliyə” -pis xasiyyətlər və nalayiq adətlərin fərdi və ictimai zərər və ziyanlarına agah olmaq, bunun üçün qəlbi həmin pis xasiyyət və adətləri təmizləmək mənasınadır.

Allaha sarı yol gedən aşiq bəndə öz batinini təkəbbür, həsəd, bədbinlik, paxıllıq, kin, bədgümanlıq və sair bu kimi çirkin xasiyyət və pis sifətlərdən təmizləməli və beləliklə qəlbini saflaşdırmalıdır.

Çünki insanın qəlbində olan bu çirkin xasiyyət və pis sifətlər insanı tərəqqi və təkamüldən saxlamaqdan əlavə həm də onun etdiyi yaxşı əməlləri və savabları yandırıb kül edir. Təsəvvür edin ki, içində siçanlar olan bir otağa iki kisə buğda qoyub o otağın qapısını bağlayırsınız, bir müddətdən sonra qapını açdırda görəcəksiniz ki, o buğdalardan əsər əlamət yoxdur. Deməli, əvvəlcə otaqdan siçanları çıxarmaq sonra isə oraya buğda kisələrini qoymaq lazımdır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

ايّاكُم و الحَسَدَ فَانّ الْحَسَدَ يأكُلُ الْحَسَناتِ كَما تَأكُلُ النارُ الحَطَبَ

 

“Həsəd və paxıllıqdan uzaq olun, çünki od (alov) odunları yediyi (kül etdiyi) kimi həsəd (və paxıllıq) da insanın yaxşı əməllərini (savablarını) yeyir (puç edir).”

Biharul ənvar 73-cü cild 255-ci səhifə

.

Günlərin bir günü həzrət Muhəmməd səllAllahu əleyhi və alih üzünü insanlara tutub buyurdu: Kim” SübhanƏllah” desə onun üçün cənnətdə bir ağac əkilər. Kim “Əlhəmdulillah” desə onun üçün cənnətdə bir ağac əkilər. Kim “La ilahə illAllah” desə onun üçün cənnətdə bir ağac əkilər... Bu vaxt orada oturanların biri təəccüblə dedi: Ey Allahın peyğəmbəri! Onda cənnətdə bizim çoxlu sayda ağaclarımız olar ki!! Həzrət Peyğəmbər (s) buyurdu: “Əlbəttə! Bir şərtlə ki, (günah etməklə) oraya od göndərib ağacların hamısını yandırmayasanız.

Bu hədisdən məlum olur ki, günah əməllər və pis xasiyyətlər insanın etdiyi yaxşılıqları puç və məhv edir.

Ümumiyyətlə yaxşı işlər pis işləri aradan apardığı kimi, pis işlər də yaxşılıqları puç edib aradan aparır.

Qurani-kərim Hud surəsinin 114-cü ayəsində buyurur:

 

اِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيئاتِ

 

“Həqiqətən yaxşı əməllər günahları yox edir.”

Bəli, günah etmiş insan peşman olaraq yaxşı əməllərlə məşğul olmağa başlayırsa onun yaxşı əməlləri pislik və günahlarını yox edir.

Başqa bir ayədə, Bəqərə surəsinin 264-cü ayəsində Qurani-kərim buyurur:

 

لا تُبْطِلُوا صَدَقاتِكُمْ بِالمَنِّ و الاَذْى

 

“Sədəqələrinizi (etdiyiniz yaxşılıqları qarşı tərəfə) minnət qoymaq və (mənəvi) əziyyət etməklə puç etməyin.”

Bu ayədə ümimi bir qayda insanların ixtiyarına qoyulur. İnsan yaxşı işlər gördükdə çalışmalıdır ki, günah etməklə o yaxşılıqları puç etməsin, əməl dəftərindən o yaxşılığı silməsin. Əgər (Allah eləməsin) hansısa günahı etmiş olarsa tez tövbə etsin və onun əvəzində yaxşı işlər görsün, təki həmin yaxşı əməli ilə etdiyi günah silinsin.

Təxliyə (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək) aşiq bəndənin Məşuq Rəbbinə qovuşması üçün qət etdiyi yolun ikinci mərhələsi olmaqdan əlavə insandan çox böyük səy və bacarıq istəyir. Yəni Allaha yaxınlaşma yolunu getmək istəyən insan bilməlidir ki, o yatsa da onun düşmənləri (şeytan, nəfs, kafirlər, münafiqlər, mürtədlər...) oyaqdırlar. Buna görə də daha çox çalışmalı, özünü gözləməli, elm öyrənməli, ustadlarla oturub durmalı və sair...

Başqa sözlə insan üçün nəfsi ilə mübarizənin ən mühüm mərhələsi burada başlanır. İnsan “böyük cihad” mərhələsinə həqiqi mənada daxil olmuş olur.

Əmirəlmöminin Əli əleyhissalamın Nəhcül-bəlağədə Misir camaatına yazdığı məktubda çox gözəl bir sözü var, buyurur:

 

و من نام لم یُنم عنه

 

“Kim yatırsa elə bilməsin ki, onun düşməni də yatıb”

Yəni əgər sən yatmısansa elə bilmə ki, sənin düşmənin də yatıb; sən ondan qəflətdəsənsə elə bilmə ki, o da səndən qəflətdədir;

baxılıb: 722 dəfə