Nəfsin islahı

İxlaslı olmaq üçü sınaqlardan keçmək lazımdır

Əxlaqın ən əhəmiyyətli səviyyəsi İxlasın insanın qəlbində çiçəklənməsidir.

Günah nədir?!

“Günah, yəni İnsan elə bir işə qədəm qoyur ki, Allah ona həmin işi qadağan edib. Başqa sözlə günah Allahın təyin etdiyi qırmızı xətti aşmaqdır. Qurani-kərim qırmızı xəttəri “Allahın həddləri” adlandırır.”

Allah insanları çox sevir, bunun sübutu üçün haramlardan çəkinməyi əmr etməyinə baxmaq kifayətdir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

اجتناب السیات اولی من اکتساب الحسنات

 

“Pis işlərdən çəkinmək yaxşı işlər görməkdən daha əhəmiyyətlidir.”

Qurərul hikəm 185-ci səhifə.

 

Tağut, yəni Allahdan başqa olan tanrılar (insanların pərəstiş etdikləri canlı və cansız məbudlar) isə insanlara günahlara icazə verməklə nəinki insanlara üstəlik insanlığa xəyanət etmişdirlər.

İnsanın qəlbinin saflığı onun günah etməmisi ilə mümkündür. Təbiidir ki, insanların çoxları möminlik iddiasındadır.

Bu iddianın doğru yaxud yalan olması üçün tərəzi İxlas tərəzisidir.

Bəzi hallarda Allah Taala imanı ilə qürurlanan bəndəsinin ixlasının sınanması üçün şeytanların ona yaxşınlaşmasına icazə verir, dünya mənfəətləri ilə dolu və zəngin olan günah qapıları həmin insanın üzünə açılır. İnsan günahla elə bir halda qarşılaşır ki, onun günah etməsi üçün hər bir şərait var və heç kimin nə indi nə də sonra bunun günahından xəbərdar olmayacaq.

Deməli, ixlas məqamına çatmaq istəyən insanı Allah Taala günah qapılarını onun üzünə açıq qoymaqla bəndəsini imtahan edir.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

تمام الاخلاص اجتناب المحارم

 

“İxlas yalnız haramlardan çəkinməklə tamamlanır.”

Deməli, ixlasımızn olmasının təsdiqi haramlardan, yəni günahlar və pis işlərdən çəkinməklə mümkündür.

Çəkinməkdən məqsədin nə olduğunu çoxları səhv başa düşürlər, elə bilirlər ki, çəkinməkdən məqsəd günahlarla qarşılaşmamaqdadır. Halbuki bu cür rəftar həmin insanın günahlara meyilli olmasını amma özünü zorla gizlətməsini göstərir. Yalnız evdə və ya məsciddə orurub cəmiyyət içinə çıxmamaqla təqvalı, imanlı və ixlaslı olduğunu güman edir. Halbuki belə insanların cəmiyyətə təhlükəsi çox böyükdür. Belə ki, əgər bu insan təsadüfən günahla qarşılaşarsa fikirləşmədən həmin günah və cinayətə razı olacaqdır. Belə insana kimsə böyük məbləğdə pulu əmanət verərsə o pulları götürüb uzaqlara qaçacaq, ərli bir qadınla qatarda bir kupedə rastlaşarsa zina edəcək, açıq-saçıq qadınların çox olduqları yerə çıxarsa gözələrini naməhrəmlərdən çəkə bilməyəcək, qeybət edənlərin içinə düşsə hamıdan çox qeybət edən bu olacaq, vəzifəyə təyin edilərsə dövlətə və xalqa xəyanət edəcək, qüdrətlənərsə zəiflərə zülm edəcək, kimsə malını yaddan çıxarıb bunu yanında qoysa onu oğurlayacaq ...

Çəkinmək budur ki, insan bu saydıqlarımızla rastlaşdığı anlarda ağlına xəyanət və günah etmək fikri gəlməsin. Görürsən ki, çox rahat və şirin bir haram müamilə isə rastlaşırsan, zahiri şəkili də qanuni kimidir lakin sən yaxşı bilirsən ki, bu günahdır, haram loğmadır.

Çəkinmək budur ki, Allah günah qapısını hər şəraiti ilə açıq halda sənin qarşında qoyur, sən isə YOX deyirsən.

Çəkinmək budur ki, sən “daha günah etməyəcəm” qərarını verdikdən sonra həqiqətən də günah etmirsən. İnsan ayaqyolunda öz qarnından çıxanı yemək fikrinə düşə bilərmi?! Əlbəttə ki yox, bax günahlara və haramlara da, pis işlərə də belə nifrət etməlidir.

Görürsənmi ki, elə ki qadınlara baxmayacaq qərarına gələn kimi hara getsən qarşına elə naməhrəmlər çıxır ki, onlara baxmamaq sənin üçün qaynar dəmir parçasını əlində tutmaq qədər çətin olur. Çəkinmək budur ki, gözün haramlara baxmamaqla fəxr etsin.

Çəkinmək budur ki, nə vaxt günah etməyə şərait yaranarsa günah etməyəsən. Günah sənin qarşından çəkilən deyil, sən günah etməməklə ixlası qəlbində çiçəkləndirirsən.

baxılıb: 549 dəfə