Nəfsin islahı

Elm və hikməti hər yetənə öyrətməyin.

Layəqətli insanlar əxlaqlı insanlardırlar.

Elm və Hikmətə hər yetənə öyrətməyin!
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

اَيُّها النّاس! لاتُعْطُوا الْحِكْمَةَ غَيْرَ اَهْلِها فَتَظْلِمُوها، وَلا تَمنعوها اَهْلَها فَتَظْلِمُوهُمْ

"Ey insanlar! Hikməti (ləyaqət) əhli olmayan adamlara öyrətməyin, yoxsa Elm və hikmətə zülm etmiş olarsınız.
Həmçinin (ləyaqətli) adamlara Elm və Hikməti öyərtməyi əsirgəməyin, yoxsa layiqli insanlara zülm etmiş olarsınız..."
.
Hədisin qısa şərhi:
Sevimli Peyğəmbərimiz(s) bu hədisdə insanları iki qrupa bölür, Ləyaqətli insanlar və ləyaqətsiz insanlar.
Elm öyrədilməyə ləyaqəti olmayan adamlara Elm və Hikmət öyərtməyin, çünki belə insanlar Elmdən sui istifadə edəcək, öyrəndikləri Elmin vasitəsilə yer üzündə fəsad törədəcəklər, həqiqi Elm əhli ilə paxıllıq üzündən mübarizə edəcəklər, pis əxlaqları daha da pisləşəcək...
İnsanda ləyaqətin meyarı Əxlaqdır, əxlaq və ədəbdən uzaq olanlar adamlara Elm və Hikmət öyrətmək düzgün deyil, bəlkə qadağandır.
Hazırkı dünyamızda görürük ki, Dünyanı fəsada sürükləyənlər, fəsad və pozuculuğu yayanlar, insanların əxlaqi-mənəvi oyaqlığına əngəl törədənlər, istismarçıları dəstəkləyənlən, insanları inhiraf və uçuruma aparanlar... məhz (əxlaqdan kənarda olan) Elmli adamlardırlar. Bu elm adamlarının hərəsinin iki, bəzilərinin hətta üç ali təhsil diplomları var.
Onlara qarşı etiraz edənlərin gözünə onalrın diplomlarını soxurlar.
.
Qurani-kərim Ali-İmran surəsinin 159-cu ayəsində sevimli peyğəmbərimiz həzrət Muhəmmədə xitabən buyurur:

فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ ۖ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ

"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər kobud xasiyyətli, sərt ürəkli (daş qəlbli) olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər."
.
Gördüyünüz kimi həzrət Peyğəmbərin(s) ətarafında minlərlə insanların birləşmələrinin və o həzrətə itaət etmələrinin səbəbi Peyğəmbərin(s) Elmi yox, gözəl əxlaqı olmuşdur.
Deməli, məqam və dərəcələrdə insanların Elmlərindən öncə onların Əxlaqları nəzərə alınmalıdır. 
Adam var ki, onun maariflənməsinə Qürbətən ilƏllah kömək edirsən, amma o Günlərin biri sənə deyir ki "Sənin minnətin olsun ki, mənə yaxşılıq etməklə savab qazanırdın" ...
Bax, həyatda belə insanlar da var. Çoxları elə bilir ki, bir nəfər Allaha xatir bizə kömək edirsə daha sənin boynunda heç bir haqq olmur, halbuki belə deyil. Kim bizə Allah xatirinə yaxşılıq edərsə bizim boynumuza düşür və bizə vacib olur ki, biz də Allaha xatir ona yaxşılıq edək.
Qurani-Kərimə baxın. Quranda Qəsəs surəsində Musa peyğəmbərin hadisələri var. Musa(ə) bir yerə çatdı, gördü camaat qoyunlarını suvarır, baxdı kı, kənarda iki qadın dayanıb gözləyirlər. Musa(ə) o iki qadına yaxınlaşıb dayanmalarının səbəbini soruşdu, onlar dedilər: Biz də qoyunlarımıza su verəcəyik. Həzrət Musa(s) dedi: Elə isə nə üçün suya getmirsiniz. Dedilər: Bizim atamız qoca kişidir, qoyunları biz gətiririk, kişilər öz mal-qaralarını suvarmayınca biz ora gedə bilmərik. Musa(ə) bu iki qadının qoyunlarını su quyusunun yanına gətirdi, hamını kənarlaşdırdı, qoyunlara su verdi. Sonra Qadınlar getdilər. Bir az sonra o qızlardan biri geri qayıtdı və Musaya(ə) dedi: Atam sənin Qürbətən ilAllah bizə etdiyin yaxşılığının əvəzini Qürbətən ilAllah verək istəyir.
İmam Zeynul Abidin əleyhissalam buyurur: Sənə yaxşılıq edənin sənin boynunda olan haqqlardan biri də budur ki, bu yaxşılığı yadında saxlayasan və fürsətin olan kimi sən də ona yaxşılıq edəsən..."
İmam Əliyyən Nəqi əleyhissalam buyurur: "Gövhərləri (qiymətli bəzəkləri) donuzların boyunlarına taxmayın. Soruşdular: Ya İmam, nə demək istəyirsiniz? İmam əleyhissalam buyurdu: Yəni Elm və Hikməti ləyaqəti olmayanlara öyrətməyin."

baxılıb: 482 dəfə