Nəfsin islahı

Mühasibə rəvayətlərdə

Hədislərdə də mühasibəyə çox əhəmiyyət vermişlər

Peyğəmbər(s) öz vəsiyyətlərindən birində Əbuzər Ğəffariyə buyurur:

“Ey Əbuzər! Səndən sorğu-sual olunmamış özünlə hesablaş, çünki bu, qiyamətdə çəkiləcək sorğu-sualı daha asan edər. Səni yoxlamamışdan qabaq sən özünü yoxla. Özünü qiyamət günü üçün hazır saxla. Heç kim şərikin şəriklə hesablaşması kimi özü ilə ciddi hesablaşmasa, təqvalılardan sayılmaz. Təqvalı insan bilməlidir ki, yediyi, içdiyi və geydiyi şeylər haradandır. Görəsən, halal yolla qazanmışdır, yoxsa haram yolla? Ey Əbuzər! Allahın qayda-qanununa məhəl qoymayan və hansı yolla gəldi mal-dövlət qazanmaqdan qorxmayan şəxsi Allah da hansı yolla gəldi cəhənnəmə daxil edər.”

Başqa bir hədisdə o alicənabdan belə nəql olunur:

“Sizdən sorğu-sual olunmazdan qabaq özünülə hesablaşın, əməlləriniz yoxlanılmamışdan əvvəl özünüz öz əməllərinizi yoxlayın. Özünüzü qiyamət gününə hazırlayın.”

Nə barədə soruşulacaq?

1) Əhli-beytə məhəbbət

Bir hədisdə Peyğəmbər(s) belə buyurur:

“(Qiyamət günü) Allah bəndəsindən birinci soruşulacaq şey biz əhli-beytin məhəbbətidir.”

Digər bir hədisdə o ali Cənab buyurur:

«Qiyamət günü dörd şey barədə sorğu-sual olunmamış heç bir bəndə bir addım belə ata bilməyəcək: birinci, ömrünü nəyə sərf etməsindən; ikinci, cavanlığını harada və hansı yolda keçirməsindən; üçüncü, mal-dövləti hansı yolla qazanmasından və nəyə xərcləməsindən; dördüncü isə biz əhli-beytə məhəbbətindən soruşulacaqdır.»

2) Namaz. Əbi-Bəsir deyir: «İmam Baqir(ə)-dən belə eşitdim:

İnsandan soruşulan ikinci əməl namazdır.

“Qiyamət günü bəndədən sorğu-sual olunacaq birinci şey namazdır. Əgər namaz qəbul olunarsa, başqa əməlləri də qəbul olunar.”

Allahın razılığını qazanmaq istəyən insan İlahinin ona bəxş etmiş olduğu bu nemətdən yaxşı istifadə edərək onu uca Yaradana ibadət və itaətdə sərf etməlidir.

Həzrət Səccad(ə) Allaha belə ərz edir:

“İlahi! Ömrümü sənin yolunda itaətə sərf etmək iqtidarında olanadək məni öldürmə, amma əgər ömrüm şeytana xidmətdə və azğınlıqda keçərsə, sənin qəzəbinə layiq olmamış məni tez öldür.”

Buna görə də bu duanın başqa bir hissəsində həzrəti-Səccad Allahdan istəyir ki, onu özü ilə haqq-hesab çəkməkdə və əməllərinə yetişməkdə məvəffəq etsin:

“İlahi! Mühəmmədə və onun ailəsinə salam göndər. Həyatın çətinliklərində mənə kömək ol. Mənə kömək ol ki, bu yükün ağırlığı mənə güc gəlməsin və başımı özümə qarışdırmasın. Ey mənim Allahım! Sabah qiyamət günü torpaqdan qalxanda sənin ədalətin qarşısında cavab verməli olacağam. Elə et ki, bu gün sabahımı fikirləşib üzərimdə olan vəzifəni sənin istədiyin kimi yerinə yetirim.

baxılıb: 439 dəfə