Nəfsin islahı

Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?

Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi.

Özünü düzəltmə məsləsi Qurani kərimdə " təzkiyə" kimi bəyan edilmişdir. Bunun lüğətdə mənası isə özünü çirkinliklərdən təmizləməkdir.
Qurani kərimin bir çox ayələrində özünü düzəltmənin, yəni nəfsi islah etmənin əhəmiyyəti vurqulanmışdır. Məsələn: Şəms surəsində belə oxuyuruq: " Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.". Həmçinin Fatir surəsinin, 19- cu ayəsində, Əla surəsinin 14 və 15- ci ayələrində bu məsələyə təkid edilmişdir. Deməli nəfsin təmizlənməsi və özünü düzəltmə şəriət baxımından məqbul və bəyənilən işdir.
Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə mərhələləri hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Belə ki, bir çox əxlaq alimləri bunu dərəcələrə bölmüşlər: Əvvəl islam sonra iman. Üçüncü mərhələdə hicrət və sonra Allah yolunda cihat etmək də bu yolda mövcuddur.
Amma İslamı qəbul edən şəxslər üçün Qurani kərim belə müraciət edir: " Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur.", "Ey iman gətirənlər! Öz imanınızı artırın!" ..... qeyd etmək lazımdır ki, birinci mərhələ tənbeh və oyanışdır. Belə ki, başlamalı və özünü çirkinliklərdən ayırmalıdır. Tənbeh və agahlıqdan sonra belə sual meydana çıxır: Haradan başlamaq lazımdır? 
Qeyd etmək lazımdır ki, sualı verən şəxs özü bu mərhələni keçmişdir. Çünki öz ağlı və düşüncəsi ilə "bu aləmin əbədi qalıcı yer olmadığı və bütün bu imkanlar və peyğəmbərlərin göndərilməsi heyvani yaşayış üçün olmadığı" nəticəsinə gəlmişdir.
Bu mərhələdən (tənbeh və agahlıq) sonra tövbə məhələsi başlayır. Yəni əldən çıxmış işlərin əvəzinin verilməsi. Taptaladığımız şəxslərin hüquqlarının və Allah taalanın bizim boynumuzda olduğu haqqının əvəzini vermək.
Əlbəttə bu tövbə əzmlə yerinə yetirilir. Etdiyiklərimizdən tövbə və nə edəcəklərimizə doğru əzm və iradə. Buna görə də bir çox əxlaq alimləri ikinci mərhələni tövbə və bəziləri isə əzm adlandırmışlar.
Ayətullah Ruhullah Musəvi bu məqama uyğun əzm barəsində belə buyurur: "Günahlardan çəkinmə, vacibləri yerinə yetirilməsinə, keçmiş əməllərın əvəzinin qaytarılmasına çalışmaq, həmçinin surət və zahiri cəhətdən əqli və şəri insan olmağa əzm."
Məbəs gününün duasında belə qeyd edilmişdir: "Sənə çatmaq yolunda salikin (mənəvi tərəqqi yolunu gedənin) ən gözəl azuqəsinin iradə və əzm olduğunu bildik, təki onunla yalnız Səni seçək."
Növbəti mərhələ. Günahlardan çəkinmə və vaciblərin yerinə yetirilməsidir.
Ayətullah Behcətə "seyr sluk (mənəvi tərəqqi yolunu getmək ) qərarına gəlmişəm" Nə edim?
Verilən sualın cavabında belə buyurur: Günahlardan çəkinmək bütün ömür üçün kifayətdir. Min il belə olsa. Deməli, bu mərhələdə öz elmimiz miqdarında vaciblərə əməl etmək və haramlardan çəkinmək lazımdır. Bu mərhələ Allah Taalanın yeni elmlər əta etməsinə səbəb olur. Bununla da seyr- suluk yolunda inkişaf edir. Biz bildiklərimizə əməl edirik və Allah Taala da bizə bilmədiklərimizi mərhəmət edir. Və biz öz vəzifəmizə əməl etdikcə bu işıq həmişə yanacaqdır. Sonuncu Peyğəmbər həzrət Muhəmməd belə buyurur: "İnsan öz bildiyinə əməl edərsə, bilmədiklərini Allah Taala ona aydınlaşdıracaqdır." 

Bu xəbər Qurana uyğundur: "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)" Ənkəbut surəsi 69-cu ayə
Bundan əlavə insan yaşadığı müddətcə sabit deyil. Ya nura doğru (hidayət) hərəkətdədir ya da zülmətə doğru (azmaq). Və Burada ən mühüm olan nura doğru hərəkətə rəhbərlikdir.

 

baxılıb: 454 dəfə