Nəfsin islahı

Əxlaq qəlblərin şəfa tapmasıdır!

İnsanın cismi xəstəliklərə məruz qaldığı kimi onun qəlbi də xəstəliklərə məruz qalır.

Allah Taala Qurani-kərimin 26-cı Şüəra surəsinin 80-ci ayəsində buyurur:

وَ إِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

"Xəstələndikdə, mənə şəfa verən Odur."

Cismi, yəni bədəni xəstə olan insan, yeməyin ona həyat verəcəyinə və tez sağalmasına səbəb olacağına baxmayaraq yemək yeməyə meylli olmur. Yeməkdən imtina edir, yeməyin iyi ondan ikrah hissi yaradır.
Qəlb də nəfsi istəklər, təkəbbür, xəsislik, maddipərəstlik xəstəliyinə tutulduqda həmin insan Allah Taalanın zikrinin ona nəqədər çox faydalı olduğunu bilməsinə baxmayaraq zikrə meylli olmur.
Yemək nə qədər dadlı olsa belə cismi xəstə olanın ağzında heç bir dad və ləzzətin olmadığı kimi, Allahı zikr etməyin və ibadətin nə qədər şirin və ləzzətli olmasına baxmayaraq Qəlbi xəstə olan insan Allaha ibadət və bəndəçiliyin ləzzət və şirinliyini duya bilmir.
Odur ki, HƏKİMLƏR deyirlər: - Əgər dadlı yeməklərə səndə meyl (istək) yoxdursa və onlara qarşı səndə ikrah hissi varsa deməli cismində problem vardır.
Odur ki, ƏXLAQ USTADLARI deyirlər: - Əgər Allah Taalanın zikrinə, ibadətlərə, dua və münacatlara nisbət səndə meyl (istək) yoxdursa və sən onlardan ləzzət ala bilmirsənsə sənin Qəlbində və Ruhunda problem var.

baxılıb: 650 dəfə