Əxlaqi tərəqqinin yolları

İxlas və xalislik

İxlaslı olmaz hər şəxsin başlıca vəzifəsidir. Neçə üzlülük heç bir halda bəyənilən sifət deyildir.

Allah bizdən ixlas ilə ibadət etməyimizi istəyir. 
Elə isə necə edək ki, ixlas ilə ibadət edə bilək?!...
Gül-çiçəkləri gözümüzün özünə gətəirək...
Güllər heç kim onları görməyən ucqar dağlarda hansı ətiri saçırlarsa, şəhərdə Gül dükanlaında da, bulvarda Gül sərgilərində də həmin ətiri saçırlar. 
Dükanlarda və sərgilərdə olarkən demirlər ki, burada bizi görən və iyləyən çoxdur, elə isə burada çox ətir saçaq, amma dağlarda bizi görən yoxdur az ətir saçaq!!
İxlası Güllərdən öyrənək, namazı harada qılsaq belə insanları nəzərə almayaq, yalnız Allahı düşünək.
İbadət o vaxt ləzzətli olur ki, xalis olsun, yəni ixlaslı və səmimi olsun.
Baxın, əgər südü su ilə qarışdırsaq südün həcmi çoxalacaq, amma dadı və ləzzəti aradan gedəcəkdir. 
Beləliklə də südün təbii rəngi, qatılığı, çəkisi və dəyəri azalacaqdır.
İbadət də belədir, o vaxt dadlı, ləzzətli və dəyərli olur ki, o yalnız və yalnız aləmlərin Rəbbi olan ALLAH TAALA üçün olsun.
Allah Taaladan hamımıza ixlaslı ibadətə nail olmağınızı nəsib etsin, Muhəmməd və ali-Muhəmməd xatirinə!

baxılıb: 622 dəfə