Əxlaqi tərəqqinin yolları

Həyat çətinlikləri qarşısında müvəffəq insanlar ilə uğursuz insanlar arasında 6 əsas fərq!

Bu dünya qəmli və kədərli günlərin qarışığından ibarət bir zamandan ibarətdir. Təbiidir ki, ümidlərinizi, həyat məqsədlərinizi və yuxularınızı təhdid edən hadisələr hamınızın başına gəlib və gələcəkdir. İstər böyük istər kiçik olan gözlənilməz hadisələr baş verməkdədir.

Siz o hadisələrlə qarşılaşmaq məcburiyyətindəsiniz, onnların baş verməsinin qarşısını almaq olmur.

Siz yalnız o hadisələr qarşısında özünüzü necə qorumağınız barədə addımlar ata bilərsiniz.

Sizin müvəffəqiyyətinizin həddi gözlənilməz hadisələr baş verən böhranlı vəziyyətlərdə müəyyən edilir.

Bu barədə filirləşmisinizmi?!

Hər şey qaydasında olduğu zaman, hər şey biz istəyən kimi davam etdiyi zaman bizim bütün işlərimiz yaxşı alınır. Əslində isə ən mühüm budur ki, qaçılmaz və böhranlı vəziyyətlərdə də işlərimizi yaxşı edək.

Gözlənilməz hadisələr və böhranlı vəziyyətlərlə mübarizədə müvəffəq ya uğursuz olduğumuza necə arxayın ola bilərik?!

Həyatda müvəffəq və qalib olan insanlar ilə uğursuz və məğlub olan insanlar arasında altı əsaslı fərq mövcuddur.

1- Uduzmuş insanların bütün diqqətləri keçmişə cəmlənib, qalib insanlar isə gələcək barədə düşünürlər.

Ümumiyyətlə şikayətçi və narazı insanlar keçmişin hadisələrində qalmığı xoşlayırlar. Elə hey deyirlər: “Kaş bu hadisə baş verməyəydi.” Həmçinin deyirlər: “Mən deyən kimi edilsəydi bu baş verməyəcəkdir...”

Bu və bu kimi başqa cümlələr həyatda uduzmuş və uğursuzluğa düçar olmuş insanların daha çox təkrar etdikləri sözləridir.

Onlar bilməlidirlər ki, olmuş hadisələr artıq baş vermişdir, onları geri qaytarmaq mümkün deyil.

Halbuki müvəffəq insanlar deyirlər ki, “biz burada və bu zamanda yaşayırıq keçmişdə yox.”

 Müvəffəq və qalib insanlar hər bir gözlənilməz hadisə qarşısında özlərini itirmirlər, hansısa əməlləri bəhanə edib yalnız keçmiş zaman barədə danışmırlar, əksinə onlar yalnız gələcək barədə düşünür və gələcək həyatları üçün planlar hazırlayırlar.

 

2- Məğlub insanlar başqalarını günahlandırırlar, amma qalib insanlar məsuliyyəti öz boyunlarına götürürlər.

Həyatda hansısa hədəfi alınmayanda və ya səhvə düçür olduqda məğlub və uğursuz insanlar günahkar axtarışına çıxırlar. Adam axtarırlar ki, baş vermiş səhvin günahını onun boynuna yıxsınlar. Buna baş qoşmaq problemi həll etmək üçün onlara lazım olan onların bütün enerjilərini və qüvvələrini aparır, onları zəiflərdir.

Lakin qalib və müvəffəq insanlar belə hadisələrdə məsuliyyəti öz üzərinə götürürlər, həmiçinin iki əsas yöndə düşünürlər.

A) Burada hansı səhvlər olub ki, daha təkrarlamayam?!

B) Böhrandan uğurla çıxmaq üçün nələr etmək lazımıdr?!

 

3- Məğlub insanlar dərhal reaksiya verirlər, əksüləməl göstərirlər. Amma qalib insanlar fikirləşirlər.

Qaliblər fikirləşirlər deməkdə məqsədimiz bu deyil ki, papaqlarını qarşılarına qoyub fikirə dalırlar. Filirləşməkdən məqsəd budur ki, onlar dərhal baş vermiş hadisə barədə düşünüb o böhrandan tez bir zamazda yaxşı şəkildə çıxmaq üçün yollar araşdırırlar.

Amma məğlub  insanlar düşünmədən dərhal reaksiya verir  yaxud stress və iztiraba düçar olaraq ağıla zidd hərəkətlət edirlər.

 

4- Məğlub insanlar donub qalırlar, amma qalib insanlar hərəkət edirlər.

Qalib insanlar baş vermiş böhranda əvvəlcə o hadisə ilə bağlı hərtərəfli düşünürlər, sonra isə planlı hərəkət edirlər. Onlar kifayət qədər ağıllı olduqları üçün bilirlər ki, düşüncələr icra edilməzsə mənasız olarlar.

Amma məğlub insanlar televizoru açıb verlişlərə baxır və ya komputer ilə internetə girir...,  elə bilirlər ki, müşkül və problemləri özbaşına həll olacaqdır!

 

5- Məğlub insanlar böhranın müqəssiri ilə əlaqədar araşdırma ilə başlarını qatırlar, lakin qalib insanlar nümunələri araşdırırlar.

Məğlub insanlar ilə əlaqədar ən acınacaqlı hal bundan ibarətdir ki, böhranlar zamanında onlar baş vermiş hadisənin səbələri və ondan qurtuluş yollarını araşdırmaq əvəzinə öz problemlərini başqalarına danışırlar ki, onların “sənin günahın yoxdur” , “sən haqlısan” , “sən düz etmişdin” kimi sözlərindən ləzzət alsınlar.

Halbuki qalib insanlar  deyirlər: “Bu elə bir şeydir ki, artıq baş vermişdir. Bu hadisədən çıxış yolu olaraq mən filan addımları atmalıyam, bu işdə mənimlə birgə olmaq istəyən varmı?!

 

6- Məğlub insanlar vaxtı itirir, lakin qalib insanlar qərar qəbul edirlər.

Məğlub insanlar elə bilirlər ki, böhran və problemdən çıxış yolunu zaman özü təyin edəcək. Bir müddət gözləsələr nə etməyin lazım olduğunu tapacaqlar. Buna görə də onlar böhrandan çıxış üçün qərarları sonraya saxlayırlar. Bunun da əsas səbəbi onların öz seçimlərinə inamsız olmaqlarıdır.

Qalib insanlar isə dərin təfəkkür ilə tez bir zamanda ən yaxşı çıxış yolunu seçirlər və qərarlarını icra etməyin ardınca olurlar.

- Əziz dostlar, əgər siz də həyatın gözlənilməz problemləri ilə üzləşşəndə müvəffəq və qalib olmaq istəyirsinizsə, elə edin ki, qalib insanların atdıqları addımları atdığınıza arxayın olasınız.

Allah Taala hamınızı müvəffəq etsin, Muhəmməd və ali-Muhəmməd xatirinə!

baxılıb: 1132 dəfə