Əxlaqi tərəqqinin yolları

Həyat kamillik uğrunda mübarizə meydanıdır.

Allah Taala Qurani-kərimin Nəcm surəsinin 39-cu ayəsində buyurur:

و آن لیس الانسان الا ما سعی

"İnsanın (dünya və axirət nəsibi) yalnız onun səy və təlaşındadır."
Xoşbəxtlik futbol topuna bənzəyir, Diyirlənəndə dalınca qaçırıq, Dayananda isə təpik vururuq. 
Xoşbəxtlik elə bir daxili hissdir ki, başqalarında olanları qazanmaqla əldə edilmir. 
Xoşbəxtlik sizdə olub-olmayan şeylərin hesabatını aparmaqda deyil. 
Xoşbəxtlik o vaxt əldə edilir ki, siz razısınız, qəlbiniz tam aram, arxayın... 
Siz hətta məğlubiyyətlərinizdən də həzz ala bilərsiniz, öz ağrılarınızı sevə bilərsiniz. 
Çünki dərdlər sizindir, sizin içinizdədir, sizinlədir, sizin özününzünküdür.
Həyat -bütün idman növlərini oynamağı bacaran bir adama bənzəyir. 
Bəzi sahələrdə HƏYATa uduzmağımız bizi məyus və pərişan etməməlidir. Həyatın başqa sahələrində HƏYATı udmaq üçün əzmlə mübarizə etməliyik. Hətta çalışmalıyıq ki, əvvəllər uduzduğumuz oyunların belə əvəzini çıxaq. 
Həyat davam edirsə və ölüm mələyi insanın sorağına hələ gəlməyibsə deməli, mübarizə də davam edir.

baxılıb: 325 dəfə