Əxlaqi tərəqqinin yolları

Hədəf nədir?! Bi həyatda nəyi hədəflə səhv salırıq?!

İndiyə qədər düşünmüsünüzmü ki, siz bir nəfərə bank qəbzi yazasınız və oraya pulun qədəri yerinə “çoxlu pul”, hesabdan pulun götürülmə tarixinə isə “olduqca tez” yazasınız?! Sizcə belə bir qəbzi bank qəbul edərmi?! Heç vaxt! Bank pulun dəqiq rəqəmini və qəbz üçün rəsmi tarixi tələb edəcəkdir. Təəssüf ki, bizim çoxumuzun həyatdakı istəkləri bu cür yazılan bank qəbzləri kimidir, heç vaxt hədəflərimizi dəqiq yazmırıq və onun icrası üçün zaman təyin etmirik.

Sizin üçün bu statistika təəccüblü olacaqdır:

“Dünya əhalisinin 97%-inin həyatda hədəfləri yoxdur. Dünya əhalisinin yalnız 3%-i hədəfli yaşayırlar.

Hədəfli yaşayış barədə insanların anlayışları belə düzgün deyil. Çoxları hədəfli yaşayışın necə olduğundan belə xəbərsizdirlər.

Bəzi dostlardan soruşdum ki, həyatda sizin hədəfləriniz nədir?! Dedilər:
- Varlı olmaq istəyirəm.

- Müvəffəq olmaq istəyirəm.

- Elmdə yüksəkliklərə ucaqmaq istəyirəm.

- Gözəl əxlaqlı şəxsiyyət olmaq istəyirəm.

- Allaha xalis bəndə olmaq istəyirəm.

- Salamat va kamil insan olmaq istəyirəm.

- Ata və anam üçün layiqli övlad olmaq istəyirəm.

Bu siyahı çox uzanır, bilirəm bu növ istəkləriniz çoxdur, amma insanların əksəriyyəti bu istəklərinə çata bilmirlər.

Bilirsinizmi niyə?! Çünki onların hədəf barədə anlayışları düz deyil.

Deyəcəksiniz, elə isə hədəf nədir?!

Cavabım budur ki, “mənim hədəfim hər gün 50 səhifə kitab oxumaqdır.”

Təəccüb edəcəksiniz ki, məgər bu hədəfdir?!

Mənim elə bir dəqiq və ölçülüb biçilmiş hədəfim vardır ki, dostların çoxunun belə bir hədəfi yoxdur. Naməlum, örtülü və qeyri dəqiq hədəf əslində tarixi və pulun rəqəmi yazılmayan bank qəbzi kimidir. Siz o qəbzə “olduqca çox” tarixinə isə “olduqca tez” yazsanız heç bir bank sizin hesabınızdan pulu çıxarıb istədiyinizə verməyəcək. Çünüki bu qəbzin əsas məlumatları naməlum və örtülüdür.

Dostların hədəfi bank qəbzi kimi idi. Onların çox böyük arzuları vardır, amma bu arzular naməlum və örtülü olduğu üçün heç vaxt reallaşmayacaqdır.

Maraqlı burasıdır ki, dostların bəziləri ümumiyyətlə həyatda hədəflərin olmasını mühüm saymırlar. Halbuki hədəfli həyat hamıda olmalıdır. Sadəcə bunların seçimi çox naməlumdur.

Sizi həyat seçimlərində lazım olan üç meyar ilə tanış edim. Bu meyarların üçünə də çoxları bilmədən hədəf deyirlər.

Məqsəd, Dəyər və Hədəf

Biz bunların üçünə də hədəf dediyimiz üçün istək və arzularımıza çata bilmirik.

1- Məqsəd nədir?!

Məqsəd bizim həyatda olan missiyamız,  həyat zirvəmizdir. Bizim yaşayışımızın və həyatımızın səbəbidir. Məqsəd maddi deyil.

Məqsəd, məsələn, Xoşbəxtlik, Müvəffəqiyyət, Səadət, Təkamül, Tərəqqi, Yüksəliş... Bunların hamısı bizim həyat məqsədlərimizdir.

 

2- Dəyər nədir?!

Dəyər əslində bizim məqsədimizin yönünü, istiqamətini və cəhətini açıqlayan və aydınlaşdırandır.

Məsələn, biz hansı sahədə inkişaf etmək istəyirik?!

Elmdə, İdmanda, Ailədə, Mədəniyyətdə, İncəsənətdə ...??

Dəyər həqiqətdə bizim məqsədimizi aydınlaşdırır. Mən ucalmaq istəyirəm, lap yaxşı, bəs hansı sahədə?! Bu sualın cavabına “dəyər” deyilir.

 

3- Hədəf nədir?!

Dostlar, biz çox vaxtlar məqsəd və dəyəri hədəfin yerinə qoyuruq, ona görə də arzularımıza çata bilmirik.

Hədəf əslində məqsədə çatmağın yolu və ya məqsədin şəffaf, dəqiq,və təyin edilmiş zaman planı ilə reallaşması tərzidir.

Məsələn, Mən tərəqqi etmək istəyirəm (Məqsəd). Hansı sahədə?! Psixologiyada (Dəyər).  Lap yaxşı, elə isə mən bir ildə psixologiya mövzusunda 25 kitab oxuyacağam. (Hədəf).

 

- Və ya başqa bir misal vuraq:

Dostlardan biri mənə dedi ki, mənim hədəfim kamil insan olmaqdır. Mən ona dedim: Bu hədəf deyil. Dedi: Bəs nədir?

Məqsəd: Kamil insan olmaq

Dəyər: Həqiqi mömin bəndə olmaqla.

Hədəf:  Bir il namazları həmişə əvvəl vaxtında qılmaq, yaxud 5 ay ata-anaya layiqli xidmət etmək məqsədi ilə gündə 5 dəfə onlara üzünə sevgi dolu baxışlarla baxmaq və onlara gözəl söz demək.

 

- Başqa bir misal:

Məqsəd: Xoşbəxt olmaq istəyirəm.

Dəyər: İdeal həyat yoldaşı olmaqla.

Hədəf: 7 ay yaxşı həyal yoldaşı olmağın yolları barədə 6 kitab oxuyacağam.

 

- Başqa bir misal:

Məqsəd: Hər gün irəli getmək, dünənim bu günümdən üstün olsun.

Dəyər: Allahın saleh bəndəsi və yaxşı insan olmaqla.

Hədəf: Üç həftə yalan danışmayacağam, nə ciddi nə də zarafatla, nə böyük nə də kiçik.

 

- Başqa bir misal:

Məqsəd: Dünyagörmüş şəxsiyyət olmaq.

Dəyər: Səyyah və turizm sahəsində.

Hədəf: Bir ildə beş xarici ölkədə olmaq.

 

-Başqa bir misal:

Məqsəd: Tərəqqi etmək istəyirəm.

Dəyər: Elm və təhsil sahəsində.

Hədəf: Ali məktəbi üç ilə bitirəcəyəm.

Dostlar, burada son qeyd kimi bunu demək lazımıdr ki, məqsəd bəlli olduqdan, dəyər təyin edildikdən sonra hədəflər dəqiq ayırd olmalıdır ki, siz istəklərinizə çata biləsiniz. Hədəftləri bir bir, yaxud da neçə neçə icra edə bilərsiniz. Həm də hədəflərin sayı sizin gücünüz qədərində olmalıdır.

Allah Taala hamınızı müvəffəq etsin, Muhəmməd və ali-Muhəmməd xatirinə!

baxılıb: 1299 dəfə