Əxlaqi tərəqqinin yolları

Mənfi və müsbət tələsmək

1- Tələsmək ilə işlərdə sürətin, yəni cəldliyin fərqi İnsanlar bir çox hallarda tələsmək ilə xeyir işlərdə sürətli olmağı qarışdırırlar. Halbuki bu ikisi bir birindən fərqlidirlər. Qurani-Kərim hər iki mənanı bizlərə açıqlayır.

خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُون

“İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Öz ayələrimi (tezliklə) sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin!” (Ənbiya surəsi 37-ci ayə)

 

Həmçinin Əmirəlmöminin Əli əleyhissalam buyurur:

فِي الْعَجَلَةِ الندامَةَ

“Tələsmək peşmançılığa səbəb olur.” (Gurərul hikəm 6092-ci hədis)

 

Başqa bir tərəfdən isə Qurani-Kərim 3-cü Ali-İmran surəsinin 133-cü ayəsində buyurur:

 وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.”

 

Həmçinin Qurani-Kərim 23-cü Möminun surəsinin 61-ci ayəsində buyurur:

أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ

“Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.”

Gördüyünüz kimi Qurani-Kərim iki növ tələsməkdən, biri mənfə o birisi ilə müsbət olan tələsməkdən xəbər verir. Biri dəyər və üstünlük o birisi isə bunun tam əksi olan, başqa sözlə desək biri bəyənilmiş o birisi ilə xoşagəlməz olan bu iki sifətin, xasiyyətin arasında olan fərq nədən ibarətdir?!

Bunların, yəni mənfi və müsbət tələsməyin arasındakı fərqi bir cümlə ilə açıqlamaq mümkündür.

“Vaxtı hələ çatmamış və o işin başlanması üçün hələ lazım olan şərait olmadığı vaxtı həmin işə başlamağa, yəni həmin işi etməyə “tələsmək” deyilir. Əgər həmin işi etmək üçün vaxt daxil olubsa və lazım olan şərait yaranmışdırsa o işi etməyə “sürət (cəldlik)” deyilir. Misal üçün: Həyətdəki meyvə ağacında meyvənin dəyməmiş və hələ yeməli olmadığı zamanda onu yemək üçün dərmək “tələsmək”, amma həmin meyvənin dəydiyi və əsil yeməli vaxt olduğu zaman onu dadlı və ləzzətli olduğu zamanını buraxmayaraq vaxtında dərmək “sürət” adlanır.

Və ya başqa bir misal: siz evdə xörək bişirirsiniz, evdə qonaq olduğundan və qanaqların ac olduqlarından siz yeməyin yaxşı bişməsini gözləməsəniz və xörək hələ tama gəlmədən öncə yeməyi ocaqdan götürsəniz bu, olacaq “tələsmək”. Amma sizə yaxın və doğma olan bir adamın maşın qəzasına düşdüyünü və xəstəxanaya yerləşdiyini eşidən kimi özünü xəstəxanaya çatdırmaq “sürət” adlanır.

Deməli, tələsmək budur ki, bir işin zamanı çatmamış o işə başlayırsınız, amma sürət odur ki, həmin işi etməyin zamanı çatıb, əgər geciksəniz həmin işi dəyəri ya aradan gedəcək ya da azalacaq.

Odur ki, Əmirəlmöminin Əli əleyhissalam buyurur:

إِیَّاکَ وَ الْعَجَلَةَ بِالْأُمُورِ قَبْلَ أَوَانِهَا وَ التَّسَاقُطَ فِیهَا عِنْدَ زَمَانِهَا

“Səni çəkindirirəm işlərində tələsməkdən. (Tələsmək budur) ki, işi başlamaq üçün hələ şərait yoxdur və hələ onu etməyin zamanı çatmamışdır.” (Biharul ənvar 74-cü cild 265-ci səhifə. Tuhəfuq uqul 146-cı səhifə)

 

2- Peyğəmbərlərin əhvalatlarında baş vermiş “tələsmək”

 

Hər şeydən əvvəl onu deyək ki, Peyğəmbərlərin həyatında baş vermiş tələsmək amili, onların qərar verməkdə və insanların hidayətinə daha çox istəkdə olmalarından baş vermişdir.

Qurani-Kərimdə dörd peyğəmbərin həyatında baş vermiş tələsməyi görürük.

 A- Onların birincisi Yunis peyğəmbərdir. Yunis İlahi peyğəmbərlərdən biridir.  O, uzun illər ərzində öz xalqına moizələr və nəsihətlər etməklə, onların həqiqi dinə gəlmələri üçün çalışmışdı. Amma bu qədər zaman ərzində yalnız iki nəfər Yunis peyğəmbərə iman gətirmişdi. Onların biri abid (çox ibadət edən) o biri isə alim idi. Abid dedi: “Bu camaatı ki, mən tanıyıram heç biri imana gəlməyəcək. Onları nifrin et ki, İlahi əzaba düçar olsunlar.” O da nifrin etdi. Quranın buyurduğuna əsasən əzabın təsirləri görünməyə başladı, Yunis gərək tələsməyəydi, əksinə əzabın ilkin əlamətlərini görən kimi camaatın yanına gedib xəbərdarlıq etməli, onları tövbə etməyə çağırmalı idi. Amma Yunis dua etməyə tələsdi...

Odur ki, Allah Taala sevimli peyğəmbərimiz həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) xitab edərək 68-ci Qələm surəsinin 48-ci ayəsində buyurur:

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوتِ  

“(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma.”

Yunis peyğəmbər xalqından uzaqlaşdı. Yunisə iman gətirmiş alim isə camaatı bir yerə toplayıb dedi: “Baxın, siz günahdan çəkinmədiyiniz və düz yola gəlməkdən imtina etdiyiniz üçün peyğəmbər sizin aranızdan getdi, amma sizin hələ axırıncı fürsətiniz qalmışdır. İman gətirin və Allahın əzabının dayanması üçün dua edin. Hamı Allaha iman gətirdi və İlahi əzab dayandı. Yunis peyğəmbər balığın qarnından qurtulandan sonra öz xalqının yanına qayıtdıqda gördü ki, insanlar iman gətirmişlər, buna görə də əzab gəlməmişdir. Yunis tələsməsəydi və azacıq səbr edərək bir daha axırıncı xəbərdarlığı etsəydi başına çətin əhvalatlar (gəmiyə minməyi, balığın qarnına düşməyi...) gəlməyəcəkdi. Bu növ hərəkətlərə “tərki övla” deyilir. Yəni, daha üstün bir işi tərk etmək.

B- ikinci nümunə Davud peyğəmbərdir. Davud peyğəmbər çox bilici, hökümki bir şəxsiyyət idi. İki mələk insan surətində onun yanına gəldilər. Onlardan biri dedi:

إِنَّ هَاذَا أَخِى لَهُ تِسْعٌ وَ تِسْعُونَ نَعْجَةً وَ لىِ‏َ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَ عَزَّنىِ فىِ الخْطَاب

“Bu mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu da mənə ver!” – dedi və mübahisədə məni məğlub etdi”. ( Sad surəsi 23-cü ayə)

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلىَ‏ نِعَاجِهِ  وَ إِنَّ كَثِيرًا مِّنَ الخْلَطَاءِ لَيَبْغِى بَعْضُهُمْ عَلىَ‏ بَعْضٍ إِلَّا الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ وَ قَلِيلٌ مَّا هُمْ  وَ ظَنَّ دَاوُدُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَ خَرَّ رَاكِعًا وَ أَنَابَ

“Davud dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” Davud (tələsik hökm çıxartdığına görə) Bizim onu imtahana çəkdiyimizi bildi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. (Sad surəsi 24-cü ayə)

C- Üçüncü nümunə Musa peyğəmbərdir.

Musa peyğəmbər həzrəti Xızrı tapdıqdan sonra onunla birgə yola düşməyi üçün neçə dəfə Xızrdan heç nə soruşmayacağını desə də, hər dəfə Xızrdan qeyi-adi hərəkətlər gördükdə bunu niyə etdin –deyə soruşurdu. Xızr isə ona deyirdi: -Mən sənə dedim ki, mənim işlərimə səbr edə bilməyəcəksən. Sən tələskənsən, hövsələn yoxdur. Elə isə biz ayrılmalı olacağıq... (bax: Kəhf surəsi 65-83-cü ayələr)

Ç- Dördüncü nümunə sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih barədədir. Sevimli peyğəmbərimizin (s) vəhyin gəlməsinə çox iştiyaqı və istəyi vardı. Cəbrail gəldikdə və ayələri aramla Peyğəmbərə (s) oxuduqda o həzrətin ürəyi istəyirdi ki, təzə gəlmiş ayələri Cəbrail tez oxusun. Odu ki, Allah Taala buyurur:

وَ لَا تَعْجَلْ بِالْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضىَ إِلَيْكَ وَحْيُهُ

“Quranın sənə vəhy edilməsi sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə” (Taha surəsi 114-cü ayə)

 

Həmçinin Allah Taala peyğəmbərə (s) buyurur:

لَا تحُرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِه

“Quranı dilinə gətirməyə (onu tez, vaxtından əvvəl camaata oxumağa) tələsmə.” (Qiyamət surəsi 16-cı ayə)

 

3- Tələsməyin insanın canında, təbiətində qoyulmasının hikməti

 

Görəsən Allah Taala nə üçün insanın canında tələsmək sifətini yerləşdirib?!

خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ

““İnsan tələsən (hövsələsiz) yaradılmışdır.” (Ənbiya surəsi 37-ci ayə)

فَلاٰ تَسْتَعْجِلُونِ

“Tələsməyin” (yuxarıdakı ayə)

Allah Taala insanın canında şəhvət və qəzəb qüvvələrini yerləşdirdiyi kimi tələsmək qüvvəsini də yerləşdirmişdir. Çünki əgər tələsmək xisləti olmasaydı heç kim yaxşı işlərdə tələsməz və irəliyə can atmazdı, çətinə düşən və köməyə ehtiyacı olan adama yardım etməkdə tələsməzdi. Tələsmək xislətinin nəticəsidir ki, bəzi insanlar elə uca mənəvi məqamlara yüksəlmişlər ki, mələklərdən də yüksəyə ucalmışlar. Bir çox insanlar ömürün azlığını bildikləri üçün vaxtlarını hədərə getməyə qoymamış, çoxlu mütaliələr və elm öyrənməkdən yorulmamaqla uca elmi dərəcələrə yetişmişlər. İnsanın ucalığında tələsmək xislətinin böyük və əsaslı təsiri vardır.

Deməli, vaxtı çatmamış və şəraiti hələ olmayan işlərdə sürətli olmaq əslində tələsməkdir. Buna mənfi tələsmək də demək olar.

Amma əksinə, vaxtı daxil olmuş və şəraiti hazır olan işdə sürətli olmaq gözəl xislətdir, buna sürət, cəldlik və ya müsbət tələsmək də demək olar.

Bəzi insanlar şikayət edirlər ki, dua edirik amma duamız qəbul olmur.

وَ يَدْعُ الْانسَانُ بِالشرَّ دُعَاءَهُ بِالخْيرْ  وَ كاَنَ الْانسَانُ عجَولًا

“İnsan (özünə) xeyir-dua etdiyi kimi, (bilmədən) bəd dua da edər. Çünki insan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz). ( İsra surəsi 11-ci ayə)

Yəni insan özü üçün bəzən elə şeylər istəyir ki, həmin şeylər onun ziyanınadır.

Odur ki, Allah Taala 2-ci Bəqərə surəsinin 216-cı ayəsində buyurur:

وَ عَسىَ أَن تَكْرَهُواْ شَيْا وَ هُوَ خَيرْ لَّكُمْ  وَ عَسىَ أَن تُحِبُّوا شَيْا وَ هُوَ شَرٌّ لَّكُمْ  وَ اللَّهُ يَعْلَمُ وَ أَنتُمْ لَا تَعْلَمُونَ

“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.”

baxılıb: 1066 dəfə