Əxlaqi tərəqqinin yolları

Təqvanın çoxalması

Təqvalı olmaq və təqvanı çoxaltmaq üçün nə edək?

Əxlaq ustadları təqvanın çoxalması üçün müxtəlif yolları açıqlamışlar, o cümlədən:

1- Vaciblərin hamısını yerinə yetirmək

2- Haramların hamısından çəkinmək

3- Danışıq və sözlərinə nəzarət etmək

4- Təqvanın bərəkət, səmərə və nəticələrini bilmək

5- Namazda hüzuri-qəlbə malik olmaq, yəni namazları xüzu (cismin təvazökarlığı) və xüşu (qəlbin təvazökarlığı) ilə qılmaq

6- Şübhələrdən çəkinmək. Şübhəli yerlərə getməmək, şübhəli yemək-içməklərdən çəkinmək

7- Özünə əxlaq ustadı seçmək

8- Çox yeməkdən çəkinmək

9- Allahın onu gördüyünə yəqin etmək

10- Alimlərin və təqvalı insanların həyatları barədə kitabları mütaliə etmək

11- Alimlər və təqvalı insanlarla oturub durmaq, təqvalı və əxlaqlı insanlarla dostluq etmək

12- Peyğəmbərin (s) və İmamların (s) öz yaxın səhabə və xüsusi dostlarına etdikləri nəsihət və moizələri mütaliə edərək həyatda tətbiq etmək

13- Özünübəyənmə və təkəbbürlüyü özündən uzaqlaşdıraraq təvazökar olmaq

14- Gecə namazlarını qılmaq və sübh namazından əvvəl yuxudan durmaq

15- Qurani-kərimi davamlı tilavət etmək, hər gün azı bir ayənin şərhinə baxmaq və onun barəsində düşünmək

16- Məsumlardan gələn duaları, o cümlədən: Camieyi-kəbirə, Kumeyl, Təvəssül, Nüdbə və sairi diqqətlə oxumaq

17- Davamlı zikr etmək, günün zikrləri, salavat və sair

18- Həmişə dəstəmazlı olmaq

19- Özünü islah etmək və nəfsini saflaşdırmaq

20- Özündən hesab çəkmək, belə ki hər axşam gün ərzində etdiyi əməlləri yada salıb onların barəsində düşünmək

21- İslam ədəblərinə riayət etmək

22- Gün ərzində hətta beş dəqiqə də olsa təkliyə çəkilib Allahın işləri və axirət barədə fikirləşmək

23- İnsanlarla mehriban və mərhəmətli davranmaq

24- Qohumlarla əlaqəni kəsməmək və onlarla yaxın ünsiyyətdə olmaq

25- Valideynə xidmət etmək, əgər sağdırlarsa onların qulluğunda durmaq, əgər vəfat ediblərsə onların qəbrini ziyarət etmək

baxılıb: 71 dəfə